Məhkəmə qərarları › İş №2(027)-1815/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1815/2022

04.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1815/2022 04.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, JN- 122F KOD 30304048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara - X4, Ərizəçi1 Ərizəçi2 və Ərizəçi3 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 22 aprel 2003-cü il tarixli, 03 saylı qərarı ilə ailə üzvlərinə - X4, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 JN-122F KOD 30304048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Quba rayonu, Timiryazev qəsəbəsi ərazisindən 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə “X7” əvəzinə səhvən “X5”, “Ərizəçi1” əvəzinə səhvən “X2”, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Niyaz qızı”, “Ərizəçi3” əvəzinə, səhvən “X6” kimi qeyd olunmuşdur. Mülkiyyətçilərdən ailə başçları X7 19 noyabr 2021-ci ildə vəfat etmişdir. Hazırda Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ailə üzvlərinə verilmiş torpaq sahəsi üçün daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış almaq istəyirlər. Lakin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X1 soyadı və ata adında, Ərizəçi1 soyadında, Ərizəçi2 adında və ata adında, Ərizəçi3 soyadında səhv olduğundan çıxarış ala bilmirlər. Buna görə də JN-122F KOD 30304048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4, Ərizəçi1 Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən olunmalıdır. Məhkəmədə Ərizəçi3 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Ərizəçi2 və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə Ərizəçi1 olaraq qeyd edilmişdir. İş materiallarında olan “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə Ərizəçi2 olaraq qeyd edilmişdir. İş materiallarında olan “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə Ərizəçi3 olaraq qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həmin şəhadətnamədə mərhumun adı soyadı və atasının adı X7 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X4, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Quba rayon AİK-nın xx.xx.2003cü il tarixli 03 saylı qərarına əsasən JN-122F KOD 30304048 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.07 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Quba rayon AİK-nın xx.xx.2003-cü il tarixli 03 saylı qərarına əsasən JN-122F KOD 30304048 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. JN-122F KOD 30304048 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə “X7” əvəzinə səhvən “X5”, “Ərizəçi1” əvəzinə səhvən “X2”, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Niyaz qızı”, “Ərizəçi3” əvəzinə, səhvən “X6” kimi qeyd olunmuşdur. Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məhkəmədən JN-122F KOD 30304048 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara və mərhum X4 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilərlər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, JN-122F KOD 30304048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X4 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-122F KOD 30304048 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X4 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar