Məhkəmə qərarları › İş №2(027)-182/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-182/2022

15.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-182/2022 15.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba RİH-nın Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı tərəf Quba rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı 30 avqust 1984-cü ildə Quba şəhərində anadan olmuş övladı- X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə ərizə ilə məhkəməyə müəraciət etmişdir. Məhkəmədə Ərizəçi ərizəsinin təmin olunmasını məhkəmdən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun övladıdır. Namiq Pirimov 30 avqust 1984-cü il tarixdə Quba şəhərində doğulmuşdur. Namiq Pirimov doğuşdan sağlam olmuş, heç bir psixi xəstəliyi olmamış, orta məktəbi yaxşı oxumuşdur, ali təhsillidir. Lakin 21 yaşından psixi vəziyyəti dəyişmiş, yuxusu pozulmuşdur. Namiq 1 saylı Respublika Psixatriya Xəstəxanasında həkim komissiyasından keçərək ona şizofreniyayabənzər psixoz diaqnozu qoyulmuşdur. Səhhətin müayinə edilməsi Aktı və Quba RMX KPŞ-nın arayışı ərizəyə əlavə olunub. Namiq Pirimov özünü idarə etmək qabiliyyətində deyildir. Daima səbəbsiz mübahisələr edir və özü-öüznə əsəbləşir. Ətrafdakılara və baş verən hadisələrə qarşı qeyri-laqeyddir. Onun daima kənar şəxsin qulluğuna ehtiyacı vardır. Qeyd edib ki, Namiq hazırda evdədir və ona o və həyat yoldaşı qulluq göstərirlər. Namiq uzun müddətdir ki, mütəmadi olaraq müalicə alır, amma heç bir müsbət nəticəsi yoxdur. Həmin xəstəliyi ilə əlaqədar get-gedə vəziyyəti pisləşir, kənar şəxsləri qəbul etmir. Bəzi hallarda onun tərəfindən hüquq müəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşirlər. Odur ki, X5 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun üzərində qəyyum təyin edilməsi zəruridir. Bunun üçün də ilkin olaraq o, məhkəmə qaydasında fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. 30 avqust 1984-cü il tarixdə Quba şəhərində doğulmuş övladı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Quba RİH-nın Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 30 avqust 1984-cü ildə Quba şəhərində anadan olmuşdur. İş materiallarında olan Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyin 20.09.2021-ci il tarixli 2666 nömrəli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 22.12.2021-ci il tarixli 3058 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X3 “X4” (F20.0) xroniki psixi xəstəliyi müəyyən edilir. Bunu anamnestik məlumatla (2005-ci ildən xəstələnməsi, psixi xəstəliklə əlaqədar olaraq hərbi xidmətdə olmaması,Quba Rayon Mərkəzi Xəstəxanasında “X4” diaqnozu ilə qeydiyyatda olması, psixi vəziyyəti ilə əlaqədar İİ qrup əlil hesab edilməsi). X5 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 22.12.2021-ci il tarixli 3058 saylı rəyini nəzərə alaraq, məhkəmə 30 avqust 1984-cü ildə Quba şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 30 avqust 1984-cü ildə Quba şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar