Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1843/2021 20.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-104, KOD 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X17nın ailə üzvlərilə yanaşı onlara-mərhum anası X3 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni müdafiə edərək, onunla əsaslandırmışlar ki, onlara Quba rayon Səbətlər kəndi ərazisindən Quba rayon Aqrar İslahat Komissiyasının 24 iyun 2000-ci il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş və bu barədə onlara JN -104, KOD 30329058 saylı Torpağa mülkiyyət hüququna X17 verilmişdir. Dövlət Aktı alandan sonra məlum olmuşdur kı, Dövlət Aktında soyadları Dadaşova əvəzinə səhvən Bayramova, Həsənova əvəzinə Dadaşova yazılmışdır. Lakin doğum şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə soyadları Dadaşova və Həsənova yazılmışdır. Torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq məqsədi ilə müraciət etsələr də soyadları düzgün yazılmadığından ərizələrinin qeydiyyatına imtina verilmişdir. Dövlət Aktını verən orqan - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmir və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-0104 KOD 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X14 görünür ki, X7, Bayramova Mənsurə Şükür qızı, Ərizəçi2 və X4 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 24 iyun 2000-ci il tarixli, 07 saylı qərarı ilə 1,64 hektar torpaq sahəsi verilmiş, həmin dövlət aktında Ərizəçi1 soyadı “Dadaşova” kimi, X1 “Bayramova” kimi qeyd olunmuşdur. İş materiallarında olan 20.04.1996-cı il tarixdə verilmiş A3 seriyalı, ******* №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1966-cı il tarixdə doğulmuş, şəhadətnamədə ərizəçinin soyadı, adı və atasının adı Ərizəçi1 kimi göstərilmişdir. İş materiallarında olan AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı, soyadı atasının adı müvafiq olaraq Ərizəçi1dır. İş materiallarında olan Quba RİHB-nın Çiçi İƏD üzrə nümayəndəsinin 15.07.2021ci il tarixli, 264 saylı arayışından görünür ki, JN-104 KOD 30329058 olan Torpağa Mülkiyyət Hüququna X15 adı qeyd olunan Dadaşova Gülər Zöhrab qızı ilə Ərizəçi1 ilə eyni şəxsdir. İş materiallarında olan 09 yanvar 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 781778 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 05.01.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Quba RİHB-nın Çiçi İƏD üzrə nümayəndəsinin 15.07.2021-ci il tarixli, 263 saylı və 16.09.2021-ci il tarixli, 348 №li arayışlarından görünür ki, JN-104 KOD 30329058 olan Torpağa Mülkiyyət Hüququna Dair dövlət aktında adı qeyd olunan X5, AZ-İ seriyalı 781778№li ölüm haqqında şəhadətnamədə adı qeyd olunan Dadaşova Mənsurə Şükür qızı ilə eyni şəxsdir. İş materiallarında olan Quba RİHB-nın Çiçi kənd İƏD üzrə nümayəndəsinin 15.07.2021-ci il tarixli, 265 saylı arayışından görünür ki, X6 05.01.2016-cı ildə vəfat etmiş, Ərizəçi2 onun vərəsəsi sırasına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxs 30.07.2021-ci il tarixli, **********62 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-104 KOD 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X15 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 24 iyun 2000-ci il il tarixli, 07 nömrəli qərarı ilə JN-104 KOD 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X17 əsasında X7, X6, Ərizəçi2 və Ərizəçi1 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 24 iyun 2000-ci il tarixli, 07 saylı qərarı ilə 1,64 hektar torpaq sahəsi verilməsi, həmin dövlət aktında Ərizəçi1 soyadı “Həsənova” əvəzinə səhvən “Dadaşova” kimi, X1 “Dadaşova” əvəzinə səhvən “Bayramova” kimi qeyd olunması, X2 05.01.2016-cı il tarixdə vəfat etməsi, Ərizəçi2 X2 vərəsəsi olması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçilərin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Maraqlı şəxsnə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, hüquqmüəyyənedici sənəd olan JN-0104 KOD 30329058 nömrəli Torpağa Mülkiyyət Hüququna X16 aktının ailə üzvlərilə yanaşı X3 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan JN-0104 KOD 30329058 nömrəli Torpağa Mülkiyyət Hüququna X16 aktının ailə üzvlərilə yanaşı X3 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1843/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1843/2021
20.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver