Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1844/2022 23.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X14 İdarəsi Quba XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş, 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli Akt əsasında hesablanmış 432 (dörd yüz otuz iki) manat borcun abonent bazasından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, hal-hazırda yaşadığı ünvanda yerləşən evi mərhum həyat yoldaşı X2 adına olduğu üçün bütün komunal xidmət sahələri üzrə abonent kodları da onun adına olmuşdur. Mərhum həyat yoldaşının vərəsələri sırasında ailə başçısı olaraq, onun da adı olduğundan müraciəti o etmişdir. Cavabdeh İB, X15 İstismar İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları 20 sentyabr 2020-ci il tarixində yaşadığı Quba rayonu, Timiryazev kəndində istifadəsində olan qaz sayğacı üçün “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı AKT tərtib edərək, növbədənkənar yoxlamaya göndərmək məqsədilə xəttən ayıraraq, əvəzində yeni sayğac quraşdırıblar və sayğacın plombunu sökərək əvəzinə yeni plomb vurublar. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı AKT tərtib edilərkən abonentin şəxsiyyət vəsiqəsinin məlumatları yerində də “vəfat edib” yazmaq əvəzinə “vəsiqəni təqdim etmədi” yazmışdılar. Bundan sonra istifadə etdiyi qazın pulunu ödəyərkən ona məlum olub ki, 2020-ci ilin dekabr ayı üçün akt əsasinda 432 manat borc hesablanmışdır. Bu borc 15 oktyabr 2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş AKT üzrə yazılmışdır. Aktda sayğacın çıxış plasmas borusunun deşilməsi barədə qeyd aparılmışdır. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı çöldədir, o sayğacın çöldə olmasına, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. Sayğaca nə o, nə də ailə üzvləri tərəfindən müdaxilə olunmamışdır. Onun məsuliyyəti qaz paylayıcısının funksiyasına aiddir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək, 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli Akt əsasında hesablanmış 432 (dörd yüz otuz iki) manat borcun abonent bazasından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən X1 abonent hesabına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması 15 oktyabr 2021-ci il tarixli ******* nömrəli akta əsasən abonentin mənzilinə baxış keçirirkən qaz sayğacının çıxış plasmas borusunun deşilməsi qeyd olunmuşdur. X1 nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 29 oktyabr 2021-ci il tarixli, təlabnamənin surətindən görünür ki, mərhum X3 məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4320 m3 həcmində qaz itkisi, 432 (dörd yüz otuz iki) manat borc hesablanmışdır. İş materiallarında olan abonent saldosundan məlum olur ki, Quba rayonu, Timiryazev kəndində yerləşən yaşayış evinə itirilmiş qazın bərpası üçün 432 (dörd yüz otuz iki) manat borc hesablanmışdır. İş materiallarında olan Quba Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 1770 nömrəli məktubundan məlum olur ki, xx.xx.2021-ci il tarixli 2V-1051 reyesterli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5, X4, İddiaçı və X6 xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 vərəsələridir. İş materiallarında olan Quba rayon Alekseyevka İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, 507 nömrəli arayışa əsasən İddiaçı Quba rayonu, Timiryazev kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən 15 oktyabr 2021-ci il tarixli ******* akt əsasında Quba rayonu, Timiryazev kəndində yerləşən yaşayış evinə hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti abonent bazasından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən 15 oktyabr 2021-ci il tarixli ******* akt əsasında Quba rayonu, Timiryazev kəndində yerləşən yaşayış evinə hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti abonent bazasından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1844/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1844/2022
23.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver