Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1845/2023 25.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair idia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 11 mart 2021-ci il tarixli, 009128 nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 1957,59 manat məbləğində borcun silinməsi, ilkin mediasiya sessiyasında ödənilmiş 60 manat məbləğində xidmət haqqının və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 100 manat məbləğində pulun "xxxx" ASC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin küçədə mərhum əri X2 məxsus “Çörək sexi” fəaliyyət göstərirdi. X10 07 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. 11 mart 2021-ci il tarixdə Azərişıq ASC-nin əməkdaşları X10ə məxsus Çörək sexinə gələrək elektrik sayğacına baxış keçirmiş və 11 mart 2021-ci il tarixli, 009128 nömrəli Akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, güya baxış zamanı sayğacın alt qapağının möhürünün pozulması və müdaxilə olunması aşkarlanmışdır. Həmin sayğac çıxarılaraq, laboratoriya şəraitində rəy verilməsi üçün göndərilmişdir. Azərişıq ASC-nin sayğac quraşdırma və nəzarət İdarəsi sayğacları və cərəyan transformatorlarının yoxlanılması barədə 19 mart 2021-ci il tarixli 213468 nömrəli pirotokol tərtib etmişlər. Həmin protokolda sayğacın 353251 saylı “ narıncı alt qapaq möhürü pozulub” qeydi aparılmışdır. Akt tərtib edilən zaman ona bildiriş gəlməmiş və xəbərdarlıq edilməmişdir. 11 mart 2021-ci tarixli, 009128 nömrəli Akta əsasən Çörək sexinə 1957,59 manat məbləğində borc hesablanmışdır. Həmin borcdan onun xəbəri olmamış, ona bildiriş verilmədən akt tərtib etmişlər. O, mərhum X10ə məxsus Çörək sexinə görə yaranmış borcun araşdırılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə X6 müraciət etmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə X3 06 iyun 2021-ci il tarixli məktubu ilə çıxarılmış elektrik sayğacı xx.xx.2021-ci il tarixdə laboratoriya şərhində yoxlanılmış, sayğacın alt qapaq plombuna müdaxilə olunduğu, dövlət möhürünün normal olduğu və sayğacın buraxıla bilən xəta ilə işləndiyi qeyd edilərək 213467 nömrəli protokol tərtib edilməsi, elektrik sayğacına istehlakçı tərəfindən müdaxilə olunması faktı sübuta yetirilməsə də, 009128 nömrəli akta əsasən 21751 kvts, dəyəri 1957,59 manat məbləğində hesabat aparılması, lakin akta əsasən aparılmış hesabat araşdırılması üçün təqdim edilməməsi deyə qeyd edilmiş, enerji təchizatı müəssisəsi tərəfindən elektrik sayğacı laboratoriya şəraitində yoxlanılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarf’nm 7.6-cı bəndinin tələbi pozularaq abonentin iştirakı təmin edilməmiş və hesabat aparılarkən Qaydaların 8.16-cı bəndinin tələbləri pozularaq, uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik elektrik enerjisinin sərfi və hesablaşma dövrü (bir a^^dan artıq olmamalıdır) nəzərə alınmaması qeyd olunanları nəzərə alaraq, "xxxx" ASC-yə aid ETAİS proqram bazasında daxil olmuş, 68,36 manat borcun araşdırılması, həmçinin 009128 nömrəli akta əsasən aparılmış 1957,59 manat məbləğində hesabata “Elektrik enerjisindən istifadə qaydaları”-nın 8.16-cı maddəsinin tələblərinə uyğun olaraq yenidən baxılması ilə əlaqədar tərəfimizdən "xxxx" ASC-yə müvafiq məktub ünvanlanmış, lakin "xxxx" ASC-nin müştəri xidmətləri idarəsinin cavab məktubunda elektrik enerjisi hesabatının qaydalara uyğun aparıldığı qeyd olunmas, elektrik enerjisinə görə yaranmış borc ilə əlaqədar Qaydaların 8.35-ci bəndinə əsasən (enerji təchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektro eenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə Enerji Məsələlərinin tənzimləmə Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət energetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər.) məhkəməyə müraciət etmək hüququmun olduğu qeyd edilmişdir. Göründüyü kimi, elektrik sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Həmçinin nə o, nə də başqaları elektrik sayğacına müdaxilə etməmişlər. Abunə haqqı arayışından da görünür ki, elektrik enerjisinin aylıq sərfiyyatı əvəlki dövrlərə uyğundur. Lakin əsassız olaraq heç bir sübuta əsaslanmadan obyektə borc hesablanmışdır. "xxxx" ASC tərəfindən ona borcun ödənilmədiyi halda Çörək sexinə verilmiş elektrik enerjisinin kəsiləcəyi bildirilmişdir. Çörək sexinə verilən elektrik enerjisinin kəsilməsi onu külli miqdarda ziyana sala bilər. Göstərilənlərə əsasən borcun silinməsi tələbi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixlie-2-2(l 19)-251/2022 saylı qərardadı ilə işin Sumqayıt kommersiya Məhkəməsində deyil, ümumi məhkəmədə baxılması qeyd edilərək geri qaytarılmışdır. Ona görə də, Quba rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, həmin qaydalar dövlət energetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdin. Məişət abonenti tərəfindən elektrik enerjisindən enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Lakin hazırkı iddia tələbinin verilməsinə əsas olan akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin və iddiaçının iştirakı təmin edilməmiş və bununla da qaydaların tələbləri pozularaq akt tərtib edilmişdir. Buna görə də həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilinməz. “İstehlakçıların hüquqularının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının poaulması ilə əlaqədar verdikləri iddialar üzrə-iddaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iclasında İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası İddiaçı qıznın xüsusi mülkiyyətindədir. İş materiallarında olan nikahın bağlanması haqqında Vİ-JQ seriyalı, 465882 №li şəhadətnamənin surətindən görünür ki, X4 ilə Həmidova (Fərzəliyeva) Zəminə Məmmədəli qızı arasında nikah xx.xx.1998-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan AZ-İ seriyalı 599902 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 26 iyul 2021-ci il tarixli 2214№li məktubundan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə vəfat etmiş X1 qanun üzrə vərəsələri sırasına daxildir. İş materiallarında olanxx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Quba rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 35 nömrəli Sərəncama əsasən Quba şəhəri, M.Qonaq küçəsi ünvanında yerləşən ümumi sahəsi 148.8 kv.m olan qeyri yaşayış sahəsi İddiaçı tərəfindən 5 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 11 mart 2021-ci il tarixli, 009128 nömrəli aktından görünür ki, baxış zamanı Həsrət Fərzəliyevə məxsus Çörək Sexində sayğacın alt qapaq möhürünün pozulması, müdaxilə olunması müəyyən edilmişdir. İş materiallarında olan **********41031 saylı Abunə Haqqında məlumatdan görünür ki, İddiaçı 11 mart 2021-ci il tarixli, 009128 №-li akt əsasında EİQ pozulması ilə 1957,59 manat borcunun olması göstərilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mərhum X10in mülkiyyətində olan Quba şəhəri, M.Qonaq küçəsində yerləşən çörək sexinə məxsus sayğac üzrə "xxxx" ASCnin əməkdaşları tərəfindən, abonentin elektrik enerjisindən qanunsuz istifadə etdiyi əsas gətirilərək 11 mart 2021-ci il tarixdə 009128 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında ona 1957,59 manat borc yazılmışdır. İddiaçı hesab edir ki, tərtib olunmuş akt “Elektrik enerjisindən istifadə qaydaları”na uyğun tərtib edilmədiyindən onun əsasında qəbul edilmiş qərar ləğv edilməklə, həmin borc abonent kodundan silinməlidir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.18-ci bəndinə görə Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 7.19-cu bəndinə görə Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər Həmin Qaydaların 8.17-ci bəndinə görə İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.[51] Həmin Qaydaların 8.17-1-ci bəndinə görə İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. [52] Həmin Qaydaların 8.17-2-ci bəndinə görə İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 8.21-ci bəndinə görə Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Məhkəmə qeyd edilən qaydalar üzrə müəyyən edir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Hazırkı iddia tələbinin verilməsinə əsas olan akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən iddiaçının iştirakı təmin edilməmiş və bununla da qaydaların tələbləri pozulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında 5 il müddətinə İcarə müqaviləsi bağlanmışdır. Buda onu göstərir ki, yxarıda göstərilən qaydaların 8.21-ci bəndinində tələbi pozulmuşdur. Akt tərtib olunarkən həmin cərimə hesablanmış abonent hesabı İddiaçı aid olmuşdur. Halbu ki həmin dövrdə obyekt icarədə olmuşdur. Həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilməz. Aktda qeyd olunmuş, mənzildə sayğacın hesabat aparmaması faktı sübut olunmamışdır. Həmin akt əsasında qəbul olunmuş qərar təsdiq edilməmiş və razılaşdırılmamışdır. Buna görə də həmin qərar ləğv olunmalı və onun əsasında hesablanmış borc İddiaçı münasibətdə onun abonentin hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçının ilkin mediasiya sessiyasında ödənilmiş 60 manat məbləğində xidmət haqqı və hüquqi yardıma görə 100 manat tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı mediasiya xərcinə görə 60 manat və hüquqi yardıma görə 100 manat pulun ödənilməsini göstərsə də, bu məbləğlərin mediasiya xərci və hüquqi yardım kimi kiməsə (vəkilə və ya nümayəndəyə) ödənilməsini və cavabdeh tərəfdən ona həmin məbləğdə zərər vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbini əsaslandırdığı həmin halı sübut edə bilməmişdir. Göstərilənlər 60 manat və 100 manat məbləğində tələbin rədd edilməsi üçün əsasdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11 mart 2021-ci il tarixli 009128 saylı akt əsasında hesablanmış 1957,59 manat məbləğində borc İddiaçı münasibətdə onun **********41031 nömrəli abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1845/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1845/2023
25.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver