Məhkəmə qərarları › İş №2(027)-185/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-185/2022

17.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-185/2022 17.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı tərəf Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahatı Komissiyasının 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-2032 KOD 30319018 saylı Dövlət Aktının Ərizəçi1, X2 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizədə göstərmişdilər ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-2032 KOD 30319018 saylı Dövlət Aktı verilib. Dövlət Aktında “Ərizəçi1” oğlu əvəzinə səhvən “Ərizəçi1 Əli” oğlu, “X8” qızı əvəzinə səhvən “X10” qızı, “Ərizəçi2” qızı əvəzinə səhvən “X13” qızı kimi yazılmışdır. Qeyd edirlər ki, adlarına olan doğum haqqında şəhadətnamələrdə və şəxsiyyət vəsiqələrində ad, soyad və ata adı Ərizəçi1, X2 və Ərizəçi2 kimi qeyd olunub. X9 Zahid Əli oğlu, X4 və X1 yazılıb. X2 06 dekabr 2014-cü il tarixində vəfat edib. X14 qeyd olunmuş ad, soyad və ata adında yaranmış uyğıınsuzluğları aradan qaldıra bilmir və sənədləşmə işi apara bilmirlər və bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək, Quba rayon Aqrar İslahatı Komissiyasının 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-2032 KOD 30319018 saylı Dövlət Aktının Ərizəçi1, X2 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə iştirak edən zaman Ərizəçi2 ərizəni müdafiə edərək, bildirmişdi ki, Dövlət Aktında onun soyadı səhv olaraq “Fileydanova” əvəzinə “Fleydanova” kimi səhv yazılıb. E. Fileydanova ərizənin təmin olunmasını məhkəmədən xahiş edi. Məhkəmədə şahid X5 bildirdi ki, onlar neçə illərdir İ Nügədi kəndində yaşayırlar, ərizəçilər ilə qonşudular. Fileydanova Roza Ərizəçi1 anasıdır, soyadları da Fileydanovdur. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi1 və şahid X3 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-2032 KOD 30319018 saylı Dövlət Aktının surətindən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Quba rayonu, İ Nügədi kənd sakinləri X2 və onun ailə üzvləri- Ərizəçi2 və Ərizəçi1 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi1 ünvanladığı 14.07.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan AZ-İ 724551 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 06 dekabr 2014-cü il tarixində Quba rayonu, İ Nügədi kəndində vəfat etmişdir. İşdə olan Quba rayon İHB-nın İ Nügədi İƏD-si üzrə nümayəndəliyinin 06.09.2021-ci il tarixli, 986 nömrəli arayışından məlum olur ki, X2 10.03.1932-ci ildən 2014-cü ilədək Quba rayonu, İ Nügədi kəndində yaşamış, 06 dekabr 2014-cü il tarixində həmin kənddə vəfat etmiş, və qızı- Ərizəçi2, oğlu- Ərizəçi1 adlı vərəsələri qalmışdır. İşdə olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi Ərizəçi2 məxsusdur, Quba rayon İ Nügədi kəndində qeydiyyatdadır. Məhkəmədə müəyyən edildi ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 23 mart 1999-cu il tarixli 07 nömrəli qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-2032 KOD 30319018 saylı Dövlət Aktı ilə 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Quba rayonu, İ Nügədi kənd sakinləri X2 və onun ailə üzvləri- Ərizəçi2 və Ərizəçi1 mülkiyyətinə verilib, lakin Dövlət Aktında onlara aid hissələrdə ad, soyad, ata adı səhv yazılıb. Ərizəçilər yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağa Mülkiyyət Hüququna Dair JN-2032 KOD 30319018 saylı Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 23 mart 1999-cu il tarixli 07 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-2032 KOD 30319018 saylı Dövlət Aktı Ərizəçi1, X2 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Torpağa Mülkiyyət Hüququna Dair JN-2032 KOD 30319018 saylı Dövlət Aktının Ərizəçi1, X2 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar