Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1853/2021 14.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X24 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və X8 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və X8 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və X16 məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-c i il tarixli, 13 nömrəli qərarı ilə verilmiş JN-0054 kod 30327018 saylı torpağa mülkiyyət hüquqlarına dair Dövlət Aktının onlara məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1 və X16 ərizələrini onunla əsaslandırmışlar ki, Quba-rayon-Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə ona və ailə üzvlərinə JN-0054 kod 30327018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X37 “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1 Möhlud qızı” kimi, “X17” əvəzinə səhvən “X18” kimi, “X6” əvəzinə səhvən X11” kimi qeyd olunmuşdur. Adlarına verilmiş doğum haqqında şəhadətnamələrdə və şəxsiyyət vəsiqələrində ad, soyad və ata adı Ərizəçi1, X17 və X2 qeyd olunmuşdur. Dövlət Aktında qeyd olunan Ərizəçi1 Möhlud qızı, X18 və X4 səhv olaraq qeyd olunmuşdur. X6 13 yanvar 2016-cı il tarixində vəfat etmişdir. Hazırda sənədləşmə işi ilə əlaqədar torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan yanlışlıq olduğuna görə sənədləşmə işi apara bilmirlər. Ona görə də, onlar bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədə ərizəçilər Ərizəçi1 və X16 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1966-cı ildə anadan olmuşdur. Həmin şəxsiyyət vəsiqəsində onun atasının adı “Mövlud” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Musayeva (Xanbabayeva) Cəmilə Ağacan qızı xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində adı, atasının adı “Ağacan” olaraq qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyinin 20.04.2021-ci il tarixli arayışından görünür ki, Quba rayon AİK-nın 28.10.1998-ci il tarixli 13 saylı qərarı ilə verilmiş JN-0054 (kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət aktında texniki səhv olaraq X6 əvəzinə X12, Ərizəçi1 əvəzinə Ərizəçi1 Möhlud qızı. Musayeva (Xanbabayeva) Cəmilə Ağacan qızı əvəzinə X19 yazılmışdır. X6 ilə X12. Ərizəçi1 ilə Ərizəçi1 Möhlud qızı. Musayeva (Xanbabayeva) Cəmilə Ağacan qızı ilə X19 eyni şəxslərdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10.01.2016-cı il tarixdə vəfat etmişdir. Həmin şəhadətnamədə onun atasının adı “Abdulqəni” olaraq qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mövlud Vəliyev 03.03.1998-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X16 30.04.2010-cu il tarixdə nikah bağlamış və nikahdan sonra Musayeva Cəmiləyə “Xanbabayeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi1, X10, X5 və onların ailə üzvlərinə Quba rayon AİK-nın 28.10.1998-ci il tarixli 13 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-0054 kod 30327018 saylı Dövlət Aktı tərtib edilərək 2,07 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1, X10, X5 və onların ailə Quba rayon AİK-nın 28.10.1998-ci il tarixli 13 saylı qərarına əsasən 2,07 ha torpaq sahəsi verilmiş və Torpağa Mülkiyyət Hüququna dair JN-0054 kod 30327018 saylı Dövlət Aktı tərtib edilmişdir. Həmin Şəhadətnamədə “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1 Möhlud qızı”, “X6” əvəzinə səhvən “X12”, “X16” əvəzinə səhvən “X19 ” kimi qeyd olunmuşdur. Ərizəçi1 və X16 məhkəmədən Torpağa Mülkiyyət Hüququna dair JN-0054 kod 30327018 saylı Dövlət Aktının onlara məxusus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağa Mülkiyyət Hüququna dair JN-0054 kod 30327018 saylı Dövlət X3, X21, X14 və X23 ilə yanaşı, X22, Ərizəçi1 və X10 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 və X9 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-0054 kod 30327018 saylı Dövlət X1, Ərizəçi1 və X10 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1853/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1853/2021
14.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver