Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1855/2021 20.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi X4 oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, X1 və Ərizəçi3 maraqlı tərəf DƏDRX-nin 5 sayli Xaçmaz ərazi idarəsinə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair mülki işə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, X1 və Ərizəçi3 məhkəməyə ərizə ilə muraciət edərək Quba rayon X2 23 mart 1999-cu il tarixli 07 nömrəli qərari ilə verilmiş JN-2032 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olmasi faktını müəyyən edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin baxılması ilə əlaqədar tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər heç bir üzrlü səbəb olmadan 20 sentyabr 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Pposessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1, X1 və Ərizəçi3 maraqlı tərəf DƏDRX-nin 5 sayli Xaçmaz ərazi idarəsinə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259- 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçilər Ərizəçi1, X1 və Ərizəçi3 maraqlı tərəf DƏDRX-nin 5 sayli Xaçmaz ərazi idarəsinə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1855/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1855/2021
20.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver