Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1860/2020 17.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-4384A, KOD:30301004 Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin valideynlərinə - X6 və X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərzəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, valideynlərinə Quba şəhəri ərazisində Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrılmış və bu barədə valideynlərinə JN-4384A, KOD:30301004 Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Şəhadətnaməni alandan sonra məlum olmuşdur ki, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə atasının soyadı “Zərnacad” əvəzinə səhvən “Zərnəcat” kimi, anasının soyadı və adı “Zernacəd Gülşad” əvəzinə səhvən “Zərnəcat Dilşad” olaraq qeyd edilmişdir. Hal-hazırda valideynləri vəfat etmişlər və hüquqi varis kimi torpaq sahəsinə DƏDRX-dən çıxarış almaq məqsədi ilə müraciət etsə də ad və soyadlar səhv qeyd olunduğundan ərizəsinin qeydiyyatına imtina verilmişdir. Həmin yalnışlığın aradan qaldırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin vəmaraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, X9 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Həmin arayışda onun soyadı “Zərnacat” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Həmin Şəhadətnamədə onun adı və soyadı “Zernacəd Gülşad” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci ildə anadan olmuşdur. Həmin Şəhadətnamədə onun valideynlərinin adı – X9 və X7 olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X6 və X3 Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli 05 saylı qərarına əsasən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-4384A, KOD:30301004 saylı Şəhadətnamə tərtib edilərək 0.05 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Quba Regional “Asan Xidmət” X5 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2013-cü il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsələri sırasına daxildir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X6 və X3 Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli 05 saylı qərarına əsasən 0.05 ha torpaq sahəsi verilərək Torpağın Mülkiyyətə Verilməsinə dair JN-4384A, KOD:30301004 saylı Şəhadətnamə tərtib edilmişdir.Torpağın Mülkiyyətə Verilməsinə dair JN-4384A, KOD:30301004 saylı Şəhadətnamədə “X9” əvəzinə səhvən “X10” kimi, “X7” əvəzinə səhvən “X8” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-4384A, KOD:30301004 saylı Şəhadətnamənin mərhum ata və anasına məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN-4384A, KOD:30301004 saylı X1 və X3 məxsus olması məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-4384A, KOD:30301004 saylı X1 və X3 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1860/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1860/2020
17.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver