Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1861/2020 02.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X44 katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili X36 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X16, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Quba regional “Asan Xidmət” mərkəzinə qarşı «miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlakdan payın müəyyən edilməsi» tələbinə dair ərizə üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx xxxxxx 2001-ci il tarixdə vəfat etmiş miras qoyan X3ndan qalmış miras əmlak olan Quba rayonu Hacıhüseynli kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-00xx xxx 30313028 saylı Dövlət Aktına əsasən Quba rayonu Hacıhüseynli kəndində yerləşən 0,54 ha pay torpaq sahəsi üzərində onun vərəsəlik hüququnun tanınması və xx xxxxxx 2001-ci il tarixdə vəfat etmiş miras qoyan X3ndan qalmış Quba rayonu Hacıhüseynli kəndində yerləşən 0,08 ha torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-00xx xxx 30313028 saylı Dövlət Aktına əsasən Quba rayonu, Hacıhüseynli kəndində yerləşən 0,54 ha pay torpaq sahəsindən ibarət miras əmlakdan onun vərəsəlik üzrə tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X1 1929-cu il tarixdə, bibisi miras qoyan X20 1923-cü il tarixdə, əmisi X8 1933-cü il tarixdə, əmisi X23 1942-ci il tarixdə Xaçmaz rayonunda anadan olmaqla dörd uşaq olmuşlar. X1 xx xxxxxx 1960-cı il tarixdə X17 ilə nikahlarını rəsmiləşdirmişlər. Onlarn nikahından o İddiaçı Cəmaləddin oğlu, Cavabdeh1 Cəmaləddin qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 anadan olmuşdur. Miras qoyan X3nın qardaşı yəni X1 xx xxxx 1987-ci ildə ölmüşdür. Atası öldükdən sonra onun vərəsələri kimi yuxarıda qeyd etdiyi o, bacısı və qardaşları qalmışdır. X5 xx xxxxxx 1958-ci ildə Qəribova Gövhər Abas qızı ilə ailə qurmuş, onların nikahından Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 adında övladları olmuş, əmisi, miras qoyan X9 qardaşı X8 xx xxxxxx 2014-cü il tarixdə vəfat etmiş, onun vəfatından sonra yuxarıda adlarını qeyd etdiyi vərəsələri qalmışdır. Digər əmisi X23 xx xxxx 1968-ci ildə Şixverdiyeva Mələknisə Mövlud qızı ilə ailə qurmuş, onların nikahından X16, X25, Cavabdeh13, Cavabdeh14 adında övladları olmuş, əmisi miras qoyan X9 qardaşı X23 xx xxxxxx 2014-cü il vəfat etmiş, onun vəfatından sonra yuxarıda adları qeyd edilən vərəsələri qalmışdır. X3 Quba rayonu Hacıhüseynli kəndində yaşamış, ailə qursa da, uşaqları olmamışdır. O, uzun illər bibisi tək yaşadığı üçün ailəsi ilə onun yaşadığı evə getmiş, onunla birlikdə yaşamışdır. Bibisi miras qoyan X20 xx xxxxxx 2001-ci ildə vəfat etmiş, onu vəfatından sonra o həmin miras əmlakı idarə etmiş, torpaq vergilərini ödəmişdir. Bibisi miras qoyan X6 JN-00xx xxx 30313028 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən 0,54 ha torpaq sahəsi və 0,08 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X3 həyatda olarkən və o öldükdən sonra da ondan qalmış miras əmlakı o qəbul edərək idarə etmişdir. Əmisinin övladları həmin mirasdan pay iddia etməsinə baxmayaraq miras əmlakı o idarə etmiş və əmlaka dair vergiləri o ödəmişdir. Lakin qanunu bilməməzlikdən X20 vəfat etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna müraciət etməmişdir. Belə ki, hazırda o bibisindən miras qalmış payı vərəsəlik yolu qəbul etmək üçün Cavabdeh15 notariat ofisinə müraciət etsə də,oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığına görə notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyin məqsədə uyğun olduğu qeyd edilmişdir. Hazırda bibisi miras qoyan X18 birinci növbəli vərəsələri olmadığından qardaşları ikinci növbəli vərəsələri olduğundan, onlar da öldüyündən onun uşaqları o da daxil olmaqla bibisinin ikinci növbəli vərəsələridir. Məhkəmədə İddiaçı Cəmaləddin oğlu və onun etibarnamə əsasında nümayəndəsi X50 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxs Quba Regional “ASAN Xidmət” X22 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehinlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun etibarnamə əsasında nümayəndəsininn izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 388 nömrəli arayışdan görünür ki, 1923-cü ildə anadan olmuş X9 Xaçmaz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2006-cı il tarixdə verilmiş Xaçmaz RPŞ ŞV bölməsi tərəfindən verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı Cəmaləddin oğlu xx.xx.1955-ci il tarixdə Xaçmaz rayonu, Armudpadar kəndində doğulmuşdur. İş materiallarına əlavə olunmuş Quba rayonu Hacıhüseynli bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 69 nömrəli arayışdan görünür ki, mərhum X12 məxsus 0,54 ha pay torpaq sahəsinə görə xx.xx.2001-ci il tarixdən Quba rayonu Hacıhüseynli bələdiyyəsinə pul vəsaiti ödəmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon X29 1999-cu il 18 fevral tarixli 03 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30313028 saylı Dövlət Aktına əsasən X12 0,54 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon qeydiyyat şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 389 nömrəli arayışından görünür ki, 1929-cu il tarixdə anadan olmuş, X7 barəsində Xaçmaz rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş xx xxxx 1968-ci il tarixdə Xaçmaz rayon Nərəcan kənd ZDS tərəfindən verilmiş AZ 053346 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X26 ilə Şıxverdiyeva Mələknisə Mövlud qızı xx xxxx 1968-ci il tarixdə ailə qurmuşlar. İş materiallarına əlavə olunmuş Xaçmaz rayonu Yergüc kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1960-cı il tarixdə verilmiş İ-İE 180803 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X17 xx xxxxxx 1960-cı il tarixdə ailə qurmuşlar. İş materiallarınaəlavə olunmuş Quba Regional “Asan Xidmət” X22 xx xxxxxxxx 2020-ci il tarixli 1217 nömrəli məktubundan görünür ki, İddiaçı Cəmaləddin oğlu xx.xx.2001-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlakla bağlı şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş X30 Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2016cı il tarixli 881 nömrəli arayışından görünür ki, Quba rayonu, Novonikolayevka kənd sakini X20 vəfat etdiyi günədək Quba rayonu Novonikolayevka kəndində yaşamışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayonu, Yergüc kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1987-ci il tarixli İİİ-JQ 390195 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx xxxx 1987-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Quba rayonu VVADQ şöbəsi tərəfindən xx xxxxx 2001-ci il tarixli AZ 092420 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx xxxxxx 2001-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Quba rayonu Yergüc kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZ-İ 695222 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx xxxxxx 2014-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon İHB-nın Yergüc İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2021-ci il tarixli AZ-İİ 102988 nömrəli ölüm haqqında şəhadətanməsindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Xaçmaz rayonu Yergüc bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 82 nömrəli arayışdan görünür ki, X7 1929-cu il tarixdə xx.xx.1987-ci ilədək Xaçmaz rayonunun Armudpadar kəndində yaşamış və orada xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra əmlak və vergi torpaq vergilərini oğlu İddiaçı Cəmaləddin oğlu ödəyir. İş materiallarına əlavə olunmuş Quba rayon İHB-nın Hacıhüseynli İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 842 nömrəli arayışdan görünür ki, X4 rayonu Novonikolayevka kəndində yaşamış və xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra X7, X8, X43 adlı vərəsələri qalmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon İHB-nın Yergüc kənd İƏD-nin xx xxxxxx 2020-ci il tarixli 875 nömrəli arayışından görünür ki, X7 1929-cu il tarixdən xx.xx.1987-ci ilədək Xaçmaz rayonunun Armudpadar kəndində yaşamış və orada xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra onun İddiaçı, Abdullayeva (Qəribova) Sara Cəmaləddin qızı, Atakişiyeva (Qəribova) Sumayə Cımaləddin qızı, Zahirova (Qəribova) Nəcabət Cəmaləddin qızı, Əlizadə (Qəribova) Gülnamə Cəmaləddin qızı, Cavabdeh5 adlı vərəsələri qalmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon Qeydiyyat şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 420 nömrəli arayışından görünür ki, X23 barəsində Xaçmaz rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon Qeydiyyat şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 387 nömrəli arayışından görünür ki, 1933-cü ildə anadan olmuş X8 barəsində Xaçmaz rayonu Qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayou qeydiyyat şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 387 nömrəli arayışından görünür ki, X24 və Qəribova Göhər Abas qızının nikahı xx xxxxxx 1958-ci il tarixdə 10 nömrəli akt qeydi aşkar olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Qəribova soyadı verilmişdir. İş materialarına əlavə olunmuş Quba rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 695 nömrəli məktubundan görünür ki, elektron informasiya sisteminə əsasən Xaçmaz rayon Yergüc İƏD-nin xx.xx.1942-ci il tarixli 03 saylı nikah haqqında akt qeydinə əsasən X2 Qurban Mamedoviçlə nikaha daxil olmuş və uşaqları barədə məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayonu İHB-nın Yergüc İƏV üzrə nümayəndəliyinin xx xxxx 2011-ci il tarixli AZ-İİ 606487 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxx 1955-ci ildə anadan olmuş, atası X10, anası X13r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X12 Quba rayonu Novonikalayevka kəndində Quba rayonu X19 xx xxxxxx 1999-cu il tarixli 03 nömrəli qərarı ilə 810,37 kv.m həyatyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən Notariat Ofisinə verilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, X3ndan qalmış miras əmlakı qəbul etməmiş və mirasın qəbulu ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 Camaləddin qızı tərəfindən Notariat Ofisinə verilmiş 26.08. 2020-ci il tarixli ərizədən görünür ki, X3ndan qalmış miras əmlakı qəbul etməmiş və mirasın qəbulu ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh14 tərəfindən Notariat Ofisinə verilmiş 15.09. 2020-ci il tarixli ərizədən görünür ki, X3ndan qalmış miras əmlakı qəbul etməmiş və mirasın qəbulu ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh13 tərəfindən Notariat Ofisinə verilmiş 06.09. 2020-ci il tarixli ərizədən görünür ki, X3ndan qalmış miras əmlakı qəbul etməmiş və mirasın qəbulu ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh12 tərəfindən Notariat Ofisinə verilmiş 06.09. 2020-ci il tarixli ərizədən görünür ki, X3ndan qalmış miras əmlakı qəbul etməmiş və mirasın qəbulu ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş X16 tərəfindən Notariat Ofisinə verilmiş 06.09. 2020-ci il tarixli ərizədən görünür ki, X3ndan qalmış miras əmlakı qəbul etməmiş və mirasın qəbulu ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş X14 tərəfindən Notariat Ofisinə verilmiş xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, X3ndan qalmış miras əmlakı qəbul etməmiş və mirasın qəbulu ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh9 tərəfindən Notariat Ofisinə verilmiş xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, X3ndan qalmış miras əmlakı qəbul etməmiş və mirasın qəbulu ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh8 tərəfindən Notariat Ofisinə verilmiş xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, X3ndan qalmış miras əmlakı qəbul etməmiş və mirasın qəbulu ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh6 tərəfindən Notariat Ofisinə verilmiş xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, X3ndan qalmış miras əmlakı qəbul etməmiş və mirasın qəbulu ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş X11 tərəfindən Notariat Ofisinə verilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X3ndan qalmış miras əmlakı qəbul etməmiş və mirasın qəbulu ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh4 tərəfindən Notariat Ofisinə verilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X3ndan qalmış miras əmlakı qəbul etməmiş və mirasın qəbulu ilə məhkəməyə müraciət etməyəcəkdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı X1 1929-cu il tarixdə, bibisi miras qoyan X20 1923-cü il tarixdə, əmisi X8 1933-cü il tarixdə, əmisi X23 1942-ci il tarixdə Xaçmaz rayonunda anadan olmaqla dörd uşaq olmuşlar. X1 xx xxxxxx 1960-cı il tarixdə X17 ilə nikahlarını rəsmiləşdirmiş, X7 xx xxxx 1987-ci ildə ölmüş, onun ölümündən sonra vərəsələri olan uşaqları İddiaçı Cəmaləddin oğlu, Cavabdeh1 Cəmaləddin qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X15 qalmış, X5 xx xxxxxx 1958-ci ildə Qəribova Gövhər Abas qızı ilə ailə qurmuş, X8 xx xxxxxx 2014cü il tarixdə vəfat etmiş, vəfatından sonra Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 adında övladları qalmış, digər X23 xx xxxx 1968-ci ildə Şixverdiyeva Mələknisə Mövlud qızı ilə ailə qurmuş, X23 xx xxxxxx 2014-cü il vəfat etmiş, onun vəfatından sonra, X16, X25, Cavabdeh13, Cavabdeh14 adında övladları qalmış, miras qoyan X4 rayonu Hacıhüseynli kəndində yaşamış, xx xxxxxx 1942-ci ildə X33 ailə qursa da, Qurban Səfərov İİ dünya müharibəsinə getmiş, geri qayıtmamış, onların uşaqları olmamış, İddiaçı uzun illər bibisi tək yaşadığı üçün ailəsi ilə onun yaşadığı evə getmiş, onunla birlikdə yaşamışdır. Miras qoyan X20 xx xxxxxx 2001-ci ildə vəfat etmiş, onun vəfatından sonra həmin miras əmlakı idarə etmiş, torpaq vergilərini ödəmiş, miras qoyan X6 JN-00xx xxx 30313028 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən 0,54 ha torpaq sahəsi və 0,08 ha həyətyanı torpaq sahəsi miras qalmış, X20 həyatda olarkən və İddiaçı öldükdən sonra da ondan qalmış miras əmlakı o qəbul edərək idarə etmiş, əmisinin övladları həmin mirasdan pay iddia etməsinə baxmayaraq miras əmlakı İddiaçı idarə etmiş və əmlaka dair vergiləri ödəmiş, lakin qanunu bilməməzlikdən X20 vəfat etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna müraciət etməmişdir, belə ki, hazırda bibisindən miras qalmış payı vərəsəlik yolu qəbul etmək üçün Cavabdeh15 notariat ofisinə müraciət etsəm də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığına görə notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyin məqsədə uyğun olduğu qeyd edilmiş, bibisinin digər vərəsələri Notariat orqanına ərizə verərək mirasın qəbulundan imtina etmişlər. Hazırda bibisi miras qoyan X18 birinci növbəli vərəsələri olmadığından qardaşları ikinci növbəli vərəsələri olduğundan, onlar da öldüyündən onun uşaqları o da daxil olmaqla bibisinin ikinci növbəli vərəsələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən İkinci növbədə ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.4-cü maddəsinə əsasən dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx xxxxxx 2001-ci il tarixdə vəfat etmiş miras qoyan X6 qalmış miras əmlak olan Quba rayonu Hacıhüseynli kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-00xx xxx 30313028 saylı Dövlət Aktına əsasən Quba rayonu Hacıhüseynli kəndində yerləşən 0,54 ha pay torpaq sahəsi üzərində İddiaçı vərəsəlik hüququnun tanınmalı və xx xxxxxx 2001-ci il tarixdə vəfat etmiş miras qoyan X6 qalmış Quba rayonu Hacıhüseynli kəndində yerləşən 0,08 ha torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-00xx xxx 30313028 saylı Dövlət Aktına əsasən Quba rayonu, Hacıhüseynli kəndində yerləşən 0,54 ha pay torpaq sahəsindən ibarət miras əmlaka İddiaçı vərəsəlik üzrə tam payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddia ərizəsi təmin edilsin. xx xxxxxx 2001-ci il tarixdə vəfat etmiş miras qoyan X6 qalmış miras əmlak olan Quba rayonu Hacıhüseynli kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-00xx xxx 30313028 saylı Dövlət Aktına əsasən Quba rayonu Hacıhüseynli kəndində yerləşən 0,54 ha pay torpaq sahəsi üzərində İddiaçı vərəsəlik hüququ tanınsın. xx xxxxxx 2001-ci il tarixdə vəfat etmiş miras qoyan X6 qalmış Quba rayonu Hacıhüseynli kəndində yerləşən 0,08 ha torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-00xx xxx 30313028 saylı Dövlət Aktına əsasən Quba rayonu, Hacıhüseynli kəndində yerləşən 0,54 ha pay torpaq sahəsindən ibarət miras əmlaka İddiaçı vərəsəlik üzrə tam payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1861/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1861/2020
02.12.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver