Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1864/2022 07.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X34 qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Quba Regional Cavabdehtariat Kontoruna qarşı miras əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və miras əmlaka payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Quba Regional Cavabdehtariat Kontoruna qarşı miras əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və miras əmlaka payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərəkHüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********55 reyestr nömrəli, 06.04.022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu Alpan kəndində yerləşən 0,6744 ha torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********54 reyestr nömrəli, 06.04.022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu Alpan kəndində yerləşən 0,6438 ha torpaq sahəsindən X5 düşən hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və miras əmlaka payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********55 reyestr nömrəli, 06.04.022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu Alpan kəndində yerləşən 0,6744 ha torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********54 reyestr nömrəli, 06.04.022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu Alpan kəndində yerləşən 0,6438 ha torpaq sahəsindən X5 düşən hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və onun miras əmlaklara tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, nənəsi X14 13 yanvar 1936-cı ildə, atasının xalası, yəni nənəsinin bacısı X24 1935-ci ildə anadan olmuşdur. Atasının xalası yəni nənəsinin bacısı Xanım Qədirova 28 mart 1957-ci ildə Qənbər Balaqadaşovla nikahlarını rəsmiləşdirmiş, onların nikahından uşaqları olmamışdır. Birgə yaşadıqları dövrdə onlara Torpağın Mülkiyyətə verilməsinə dair JN-548A KOD 30306018 nömrəli şəhadətnaməyə əsasən 0,12 ha həyətyanı torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-0090 KOD 30306018 saylı Dövlət Aktına əsasən 1,32 ha kənd təsərrüfatlı torpaq sahəsi verilmişdir. Onların uşaqları olmadığı üçün onlara atası Seyran Qədirov, yetkinlik yaşına çatdıqdan sonra o, baxmışdır. Daima onların yanına gedib-gəlmişdir. X36 02 iyun 2011-ci ildə vəfat etmişdir. Miras qoyan X4 X42 24 avqust 2005-ci ildə vəfat etmiş, onun vəfatından sonra o nənəsinin bacısı yəni atasının xalasının yanına daha çox gedibgəlməyə başlamış, tək qalmış Xanım Balaqadaşovaya baxmışdır. X42 öldükdən sonra ondan qalmış miras əmlakı Xanım Balaqadaşov faktiki surətdə idarə etməklə qəbul etmiş, həyətyanı torpaq sahəsinə dair 07 avqust 2015-ci ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin həyətyanı torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış almışdır. Pay torpaq sahəsinə dair kasıb olduğundan, imkanı olmadığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Beləliklə, əri öldükdən sonra Xanım Balaqadaşova miras əmlakı faktiki surətdə idarə etməklə qəbul etmişdir. Xanım Balaqadaşova miras əmlakı 10 yanvar 2008-ci il tarixli, Quba rayonu Alpan kənd İƏD üzrə nümayəndəlikdə verilmiş vəsiyyətnaməyə ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnaməyə əsasən o əvvəlcə Torpağın Mülkiyyətə verilməsinə dair JN-548A KOD 30306018 nömrəli şəhadətnamə ilə Xanım Balaqadaşova və X42a məxsus olan, sonradan Xanım Balaqdaşovanın adınavərəsəlik yolu ilə rəsmiləşdirilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0,12 ha həyətyanı torpaq sahəsinə dair Quba Regional ASAN Xidmət Mərkəzində Notariat ofisində verilmiş 2V-298, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Sonradan həmin şəhadətnamə əsasında Hüquqların Dövlət Qeydiyyatında haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********05 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış almışdır.Beləliklə göründüyü kimi o, miras əmlakın bir hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra eyni qaydada Xanım Balaqadaşova və Qəmbər Balaqadaşova məxsus olan Torpağa Mülkiyyət Hüququna dair JN-0090 KOD 30306018 saylı Dövlət Aktına əsasən 1,32 ha kənd təsərrüfatlı torpaq sahəsinə bütövlükdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Quba Regional ASAN Xidmət Mərkəzinə Notariat Ofisinə müraciət etsə də, ona miras əmlakın bir hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə versələrdə, digər hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verməmişlər. Halbuki, hər iki əmlak yəni həm 0,07 ha həyətyanı torpaq sahəsi və 1,31 ha pay torpaq sahəsi həm Xanım Balaqadaşova və həm də Qəmbər Balaqadaşova məxsus olmuşdur. Qəmbər Balaqadaşov öldükdən sonra Xanım Balaqadaşova ondan qalmış miras əmlakı faktiki surətdə idarə etməklə qəbul etmiş, sonradan özünə məxsus miras əmlakı ona vəsiyyət etmiş, həyətyanı torpaq sahəsindən ərindən özünə düşən payı vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmiş, həmin miras əmlaka bötövlükdə vərəsəlik hüququ haqqında şəhadətnamə alsa da, eyni qaydalı digər miras əmlak olan 1,31 ha pay torpaq sahəsinə bütövlükdə vərəsəlik hüququ haqqında şəhadənamə verilməsindən imtina edilmişdir.Hesab edir ki, Quba Regional ASAN Xidmət Mərkəzində Notariat ofisi tərəfindən ona verilmiş 07 may 2022-ci il tarixli imtina əsassızdır. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən miras əmlakı faktiki surətdə idarə etməklə qəbul etmişdir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən Qəmbər Balaqadaş öldüyü gün miras açıldığı üçün, həmin vaxtdan ondan miras qalmış əmlak Xanım Balaqadaşovanın mülkiyyəti sayılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1152-ci maddəsinə əsasən vəsiyyətnamə tərtib edilən vaxtı Qəmbər Balaqdaşovdan qalmış miras əmlak Xanım Balaqadaşovanın mülkiyyəti sayıldığı üçün, Xanım Balaqadaşova bütövlükdə həm 0,07 ha həyətyanı və 1,31 ha pay torpağını ona vəsiyyət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehiniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə əsasında nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılaraəsasən iddia təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Mənzil Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Kommunal sahəsinin 20 iyul 2020-ci il tarixli, 3627 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, mərhum X19 ailə üzvləri X21, X22, X25 və X26r. İş materiallarında olan RSFSR-nın Krasnodarsk diyarının Maykopskiy rayonu tərəfindən verilmiş 21 iyul 1990-cı il arixli Vİİİ-AQ 431795 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X31 19 iyun 1962-ci il tarixdə doğulmuşdur. X3, atası X13. İş materiallarında olan Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 sentyabr 2019-cu il tarixli, AZ-İİ 025233 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 02 iyun 2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 26 iyun 1990cı il tarixli, XV-JQ 319886 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X23 21 aprel 1984-cü il tarixdə anadan olmuşdur. X8, anası X16r. İş materiallarında olan Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 26 iyun 1990cı il tarixli, XV-JQ 319900 nömrəli doğum haqqıda şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 1985-ci il tarixdə doğulmuşdur. X8, anası X17r. İş materiallarında olan Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən 23 iyun 1990-cı il tarixdə verilmişXV 320611 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X38 15 iyun 1990-cı il tarixdə doğulmuşdur. X8, anası X17r. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 05 fevral 2019-cu il tarixli, 243 nömrəli arxiv arayışından görünür ki, Quba rayonu, Alpan kənd sovetinin 1948-1950-ci illərə aid Alpan kəndi üzrə 3 nömrəli təsərrüfatbaşına kitabda milliyətcə azərbaycanlı X20 1935-ci ildə anadan olduğuqeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbsəi tərəfindən 01 iyul 2020-ci il tarixdə verilmiş AZ-İİ096832 nömrəli ölüm haqqında şəhadətanmədən görünür ki, X32 17 iyun 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin 19 dekabr 2018-ci il tarixli arayışından görünür ki, X14 xx.xx.1936-cı il tarixdə Quba rayonu, Alpan kəndində anadan olmuşdur. X12, anası X27r. İş materiallarında olan Quba RİHB-nın Alpan İƏV üzrə nümayəndəliyi tərəfindən 06 sentyabr 2005-ci il tarixdə verilmiş AZ-İ 153402 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba RİHB-nın Alpan İƏV üzrə nümayəndəliyi tərəfindən 12 dekabr 2017-ci il tarixdə verilmiş AZ-İ 859068 nömrəli ölüm haqqında şəhadətanmədən görünür ki, X10 08 dekabr 2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba rayonu,Alpan kənd soveti tərəfindən verilmiş 28 mart 1957-ci il tarixli, İ-İE 052046 nömrəli evlənmək haqında şəhadətnamədən görünür ki, X11 ilə X24 28 mart 1957-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Alpan kəndində yerləşən 0,6744 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 və X5 paylı mülkiyyət əsasında məxsusdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Alpan kəndində yerləşən 0,6438 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 və X5 paylı mülkiyyət əsasında məxsusdur. İş materiallarında olan Quba rayon İHB-nın Alpan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli, 56 nömrəli arayışdan görünür ki, X1 rayonu, Alpan kəndində qeydiyyatda olub, xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Birinci dərəcəli vərəsəsi yoxdur. İkinci dərəcəli vərəsəsi sırasına İddiaçı daxildir. İş materiallarında olan Quba rayon İHB-nın Alpan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli, 55 nömrəli arayışdan görünür ki, X2 rayonu, Alpan kəndində qeydiyyatda olub, xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Birinci dərəcəli vərəsəsi yoxdur. İkinci dərəcəli vərəsəsi sırasına İddiaçı daxildir. İş materiallarında olan Quba regional Asan Xidmət Mərkəzində notariat ofisinin 07 may 2022-ci il tarixli, 1360 nömrəli məktubundan görünür ki, İddiaçı miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Alpan kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Alpan kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsi X6 məxsusdur. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-548A KOD 30306018 saylı Şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə X11, X6 fərdi yaşayış evinin tikintisi məqsədilə Quba rayonu Alpan kəndi ərazisindən 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 07 avqust 2015-ci il tarixli, 2V-261 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki X9 vərəsəsi X10 1/1 hissədə pay almalıdır. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli 2V-782 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Alpan kəndində yerləşən 0,6438 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X6 çatan hissəsindən pay almalıdır. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli 2V-783 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Alpan kəndində yerləşən 0,6744 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X6 çatan hissəsindən pay almalıdır. Beləliklə iddiaçının nümayəndəsinin izahatı və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki,X24 28 mart 1957-ci ildə X9 ilə nikahlarını rəsmiləşdirmiş, onların nikahından uşaqları olmamış, birgə yaşadıqları dövrdə onlara Torpağın Mülkiyyətə verilməsinə dair JN-548A KOD 30306018 nömrəli şəhadətnaməyə əsasən 0,12 ha həyətyanı torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-0090 KOD 30306018 saylı Dövlət Aktına əsasən 1,32 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmiş, X9 24 avqust 2005-ci ildə vəfat etmiş, onun vəfatından sonra ondan qalmış miras əmlakı avadı X18 faktiki surətdə idarə etməklə qəbul etmiş, 10 yanvar 2008-ci il tarixlidə Quba rayonu Alpan kənd İƏD üzrə nümayəndəliyində miras əmlaka dair İddiaçı adına vəsiyyətnamə vermiş, Torpağın Mülkiyyətə verilməsinə dair JN-548A KOD 30306018 nömrəli şəhadətnaməyə əsasən 0,12 ha həyətyanı torpaq sahəsindən əri X5 düşən hissəsinə dair 07 avqust 2015-ci ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və hüquqlarını dövlət qeydiyyatına aldırmış, X18 08 dekabr 2017-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra ondan miras qalan 0,07 ha həyətyanı torpaq sahəsinə dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış almış, yerdə qalan digər əmlak olan 1,32 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən X7 aid hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, digər X5 aid hissədə isə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Halbuki notariat orqanın X5 aid hissədə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinas əsassız olmuşdur. Ona görə ki, hər iki əmlak yəni həm 0,07 ha həyətyanı torpaq sahəsi və 1,31 ha pay torpaq sahəsi həm Xanım Balaqadaşovaya və həm də Qəmbər Balaqadaşova məxsus olmuşdur. Qəmbər Balaqadaşov öldükdən sonra Xanım Balaqadaşova ondan qalmış miras əmlakı faktiki surətdə idarə etməklə qəbul etmiş, sonradan miras əmlakı vəsiyyət etmişdir. Xanım Balaqadaşova X42dan qalmış miras əmlakı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən faktiki surətdə idarə etməklə qəbul etmişdir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən Qəmbər Balaqadaş öldüyü gün miras açıldığı üçün, həmin vaxtdan ondan miras qalmış əmlak Xanım Balaqadaşovanın mülkiyyəti sayılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1152-ci maddəsinə əsasən vəsiyyətnamə tərtib edilən vaxtı Qəmbər Balaqdaşovdan qalmış miras əmlak Xanım Balaqadaşovanın mülkiyyəti sayıldığı üçün, Xanım Balaqadaşova bütövlükdə həm 0,07 ha həyətyanı və 1,31 ha pay torpağını vəsiyyət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsuluilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadəetmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (§ 44). Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********55 reyestr nömrəli, 06.04.022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu Alpan kəndində yerləşən 0,6744 ha torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********54 reyestr nömrəli, 06.04.022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu Alpan kəndində yerləşən 0,6438 ha torpaq sahəsindən X5 düşən hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınmalı və İddiaçı həmin miras əmlaklara tam payı müəyyən edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********55 reyestr nömrəli, 06.04.22-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu Alpan kəndində yerləşən 0,6744 ha torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********54 reyestr nömrəli, 06.04.22-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu Alpan kəndində yerləşən 0,6438 ha torpaq sahəsindən X5 düşən hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınsın və İddiaçı həmin miras əmlaklara tam payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1864/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1864/2022
07.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver