Məhkəmə qərarları › İş №2(027)-1886/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1886/2021

17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1886/2021 17.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci tarixli, 03 nömrəli qərarı ilə verilmiş JN-002F kod 30311058 saylı torpağın mülkiyyətə X2 və X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərzəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci tarixli, 03 nömrəli qərarı ilə ona və ailə üzvlərinə JN-002F kod 30311058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə adı “Ərizəçi əvəzinə səhvən “Həsənova Ləlifər” kimi yazılaraq, atasının adı da qeyd olunmamış, həyat yoldaşının adı “X7” əvəzinə “X8” kimi yazılaraq, ata adı düzgün qeyd olunmamışdır. Adlarına verilmiş doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqələrində kimi yazılaraq, ata adı düzgün qeyd olunmamışdır. Adları verilmiş doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqələrində və nikah haqqında şəhadətnamədə ad, soyad və ata adı Ərizəçi və X3 qeyd olunmuşdur. Şəhadətnamədə qeyd olunan Həsənova Ləlifər və X4 olaraq qeyd olunmuşdur. Həyat yoldaşı X7 22.07.2021-ci il tarixdə vəfat etmişdir. Hazırda sənədləşmə işi ilə əlaqədar torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan yanlışlıq olduğuna görə sənədləşmə işi apara bilmir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin vəmaraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Həmin doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində onun adı, soyadı və atasının adı “Ərizəçi” olaraq qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 20.07.2021-ci il tarixdə vəfat etmişdir. Həmin şəhadətnamədə onun atasının adı “Qazixan” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, X5 və onların ailə üzlərinə Quba rayon AİK-nın 09.02.1998ci il tarixli 03 saylı qərarına əsasən JN-002F, KOD:30311058 Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib edilərək 0,20 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi, X5 və onların ailə üzlərinə Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən 0.20 ha torpaq sahəsi verilərək JN-002F, KOD:30311058 Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib edilmişdir. Həmin Şəhadətnamədə “Ərizəçi” əvəzinə səhvən “Həsənov Ləlifər”, “X7 ” əvəzinə səhvən “X8” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-002F, KOD:30311058 Torpağın Mülkiyyətə X2 və mərhum həyat yoldaşı X5 məxusus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN-002F, KOD:30311058 Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 və X9 ilə yanaşı, Ərizəçi və X5 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. JN-002F, KOD:30311058 Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin Ərizəçi və X5 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar