Məhkəmə qərarları › İş №2(027)-1890/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1890/2021

23.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1890/2021 23.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İskahat Komissiyasının 22 aprel 2003-cü il tarixli, 03 saylı qərarı ilə verilmiş, JN-0311 Kod 30304048 saylı Torpağa Mülkiyyət Hüququna X11 anası İşıkova Kamilə x x x x məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 22 aprel 2003-cü il tarixli, 03 saylı qərarı ilə anası X4 və ailə üzvlərinə JN-0311 kod 30304048 saylı torpağa mülkiyyət hüququna X12na əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,09 hektar torpaq sahəsi verilmişdir. Lakin Torpağa Mülkiyyət Hüququna Dair anası İşıkova Kamilə xxxx əvəzinə səhvən “X5” kimi qeyd olunumuşdur. Belə ki, ölüm haqqında şəhadətnamədə anasının adı İşıkova Kamilə xxxx kmi qeyd olunmuşdur. O, torpağa mülkiyyət hüququna X12nda yaranmış uyğunsuzluğu aradan qaldırmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etsə də, bu məsələninn həllinin onların səlahiyyətlərinə aid olmadığına dair **********66 nömrəli, 09.08.2021-ci il tarixli imtina məktubu almışdır. Anası mərhum İşıkova Kamilə xxxx qızı 24 may 2015-ci il tarixdə vəfat etmişdir. Quba rayonu İHB-nın Alekseyvka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.07.2015-ci il tarixli arayışa əsasən mərhum anası X1 qanun üzrə vərəsələri sırasına o, da daxildir. Torpağa mülkiyyət X12nda və ölüm haqqında şəhadətnamədə olan yanlışlıqları aradan qaldıra bilmir və o məhkəmə müraciət etmək məcburiyyərində qalmşdır. Hazırda sənədləşmə işi ilə əlaqədar torpağa mülkiyyət hüququna X12nda yalnışqlıqlar olduğuna görə sənədləşmə işi apara bilmir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-0311 KOD 30304048 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, İşikova Kamilə Rəşid qızının mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 22 aprel 2003-cü il tarixli, 03 saylı qərarı ilə 0,09 hektar torpaq sahəsi verilmiş, həmin dövlət aktında İşıkova Kamilə x x x x atasının adı “Rəşid” kimi qeyd olunmuşdur. İş materiallarında olan 09 iyun 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 737483 №-li ölüm haqqında şəhadətnamənin əslindən görünür ki, İşıkova Kamilə x x x x 24.05.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba rayonun Notariusunun 08.12.2015-ci il tarixli, 479 saylı arayışından görünür ki, X3 24.05.2015-ci il tarixdə vəfat etmiş Kamilə İşıkovanın qanun üzrə vərələri sırasına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 09.08.2021-ci il tarixli, **********66 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-0311 Kod 30304048 saylı torpağa mülkiyyət hüququna X12nda qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 22 aprel 2003-cü il il tarixli, 03 saylı qərarı ilə JN-0311 KOD 30304048 saylı Torpağa Mülkiyyət Hüququna X12 əsasında Kamilə İşıkovanın mülkiyyətinə 0,09 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında ərizəçinin anası Kamilə İşıkovanın adı “İşıkova Kamilə x x x x” əvəzinə səhvən “İşikova Kamilə Rəşid qızı” kimi qeyd olunması, İşıkova Kamilə x x x x 24.05.2015-ci il tarixdə vəfat etməsi, Ərizəçi Kamilə İşıkovanın vərəsəsi olması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, hüquqmüəyyənedici sənəd olan Quba rayon Aqrar İskahat Komissiyasının 22 aprel 2003-cü il tarixli, 03 saylı qərarı ilə verilmiş, JN-0311 Kod 30304048 saylı Torpağa Mülkiyyət Hüququna X11 İşıkova Kamilə x x x x məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin olunsun. Quba rayon Aqrar İskahat Komissiyasının 22 aprel 2003-cü il tarixli, 03 saylı qərarı ilə verilmiş, JN-0311 Kod 30304048 saylı Torpağa Mülkiyyət Hüququna X11 İşıkova Kamilə x x x x məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar