Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1900/2021 23.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X19 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-082F KOD 30319038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamənin mərhum anası X6 və ona Ərizəçi, JN -0056 KOD 30319033 saylı Torpağa Mülkiyyət Hüququna X20 mərhum anası X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN-082F KOD 30319038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamənin mərhum anası X3 və Ərizəçi, JN-0056 KOD 30319038 saylı Torpağa Mülkiyyət Hüququna X20 mərhum anası X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı Qərarı ilə Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən, JN-082F KOD 30319038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ailə üzvlərinin X4, İsayeva (Babayeva) Seyidbikə Əlixan qızının, X7 və onun mülkiyyətinə 0,22 ha həyətyanı torpaq sahəsi, JN -0056 KOD 30319033 saylı “Torpağa mülkiyyət hüququna X22 əsasən ailə üzvlərinin-X4, X5, X7 mülkiyyətinə 1,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair şəhadətnamədə və Dövlət aktında mərhum anası X5 atasının adı “Əlixan” əvəzinə səhvən “Elxan”, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun ata adı “Bahadır” əvəzinə “Bahadur” yazılmışdır. Anasının ölüm haqqında şəhadətnaməsində atasının adı Əlixan və onun şəxsiyyət vəsiqəsində atasının adı Bahadır qeyd olunmuşdur. Hazırda torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və torpağa mülkiyyət hüququna X23 əsasında verilmiş torpaq sahələri üçün daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış almaq istəyir. Lakin Dövlət aktında və şəhadətnamədə onun atasının adının və anasının atasının adının səhv qeyd olunduğundan, çıxarış ala bilmir. Buna görə də JN 082F KOD 30319038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum anası X6 və ona Ərizəçi Bahdır qızına, JN-0056 KOD 30319033 saylı “Torpağa mülkiyyət hüququna X23”nın mərhum anası X6 məxsus olması faktı müəyyən olunmalıdır. Torpağa mülkiyyət hüququna dair şəhadətnaməni və Torpağa mülkiyyət hüququna X23nı verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi ləğv edildiyindən, şəhadətnamədəki və dövlət aktındakı səhv qeydi başqa yolla düzəliş etdirmək mümkün deyildir. Həmin sənədlərdəki yalnışlıqların düzəliş edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etsələr də, həmin idarənin 17 avqust 2021-ci il tarixli cavab məktubu ilə ərizələrinin icrasından imtina olunmuş, məhkəməyə müraciət etməyimiz tövsiyyə edilmişdir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-082 KOD 30319038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8, X11, Ərizəçi və X7 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə 0,22 hektar torpaq sahəsi verilmiş, həmin şəhadətnamədə Ərizəçi ata adı “Bahadur” kimi, X2 atasının adı “Əlixan” kimi qeyd olunmuşdur. İş materiallarında olan JN-0056 KOD 30319038 saylı Torpağa Mülkiyyət Hüququna X20 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8, X11, Qasımova Heyran Nurbala qızının mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə 1,35 hektar torpaq sahəsi verilmiş, həmin dövlət aktında ərizəçi X2 atasının adı “Əlixan” kimi qeyd olunmuşdur. İş materiallarında olan 21.06.1974-cü il tarixdə verilmiş İİ-JQ seriyalı, 476629 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxx 1974-cü il tarixdə doğulmuş, şəhadətnamədə ərizəçinin soyadı, adı və atasının adı Ərizəçi kimi göstərilmişdir. İş materiallarında olan 30.07.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0*******№-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı, soyadı atasının adı müvafiq olaraq Ərizəçidır. İş materiallarında olan 09 aprel 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 173943 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 21.03.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba RİHB-nın Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsinin 20.08.2021-ci il tarixli, 389 saylı arayışından görünür ki, JN-082 KOD 30319038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən Ərizəçi Bahadur qızı Ərizəçi kimi yazılmalı idi. İş materiallarında olan Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəsinin 20.08.2021-ci il tarixli, 220 saylı arayışından görünür ki, Quba rayonu, 1-ci Nügədi kənd İƏD üzrə nümayəndəliyin Mirzəqışlaq kənd sakini olmuş mərhum İsayeva Seyidbikə Əlixan qızının ata adı JN-0056 KOD 30319038 saylı Torpağa Mülkiyyət Hüququna X22 əsasən səhvən X11 yazılıb. Düzgün olan yazılış X15 qızı kimi yazılmalı və oxunmalıdır. İş materiallarında olan Quba RİHB-nın 1-ci Nügədi kənd İƏD üzrə nümayəndəsinin 26.08.2021-ci il tarixli, 749 saylı arayışından görünür ki, X9 21.03.2021-ci il tarixdə vəfat etmiş, Ərizəçi onun vərəsəsi sırasına daxildir. İş materiallarında olan Maraqlı şəxs 17.08.2021-ci il tarixli, **********81 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-0056 KOD 30319038 saylı Torpağa Mülkiyyət Hüququna X21 və JN-082 KOD 30319038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il il tarixli, 06 nömrəli qərarı ilə JN-082F KOD 30319038 saylı Torpağın mülkaiyyətə Verilməsinə Dair şəhadətnamə əsasında X8, İsayeva (Babayeva) Seyidbikə Əlixan qızı, Ərizəçi və X7 mülkiyyətinə 0,22 hektar torpaq sahəsi və JN-0056 KOD 30319038 saylı Torpağa Mülkiyyət Hüququna X23 əsasında X8, X10 və X7 mülkiyyətinə 1,35 hektar torpaq sahəsinin verilməsi, həmin şəhadətnamədə Ərizəçi ata adının “Bahadır” əvəzinə səhəvən “Bahadur” kimi, şəhadətnamədə və dövlət aktında Babayeva Seyidbikə Əlixan qızının ata adının “Əlixan” əvəzinə səhvən “Elxan” kimi qeyd olunması, X2 21.03.2021-ci il tarixdə vəfat etməsi, Ərizəçi Babayeva Seyidbikə Əlixan qızının vərəsəsi olması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, hüquqmüəyyənedici sənəd olan JN-082F KOD 30319038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamənin X3 və Ərizəçi, JN- 0056 KOD 30319038 saylı Torpağa Mülkiyyət Hüququna X20 X3 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. JN-082F KOD 30319038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamənin X3 və Ərizəçi, JN-0056 KOD 30319038 saylı Torpağa Mülkiyyət Hüququna X20 X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1900/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1900/2021
23.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver