Məhkəmə qərarları › İş №2(027)-1912/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1912/2020

25.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1912/2020 25.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X27 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN:871A, kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair X2, X24 və X12 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərziəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, O, Ərizəçi əri X16 ilə xx xxxxxx 2020-ci il tarixdə nikahları Qusar rayon VVADQ şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuşdur. X7, eləcə də valideynləri- anası X17 və atası X13 Quba rayon AİK-nm xx xxx 2000-ci il tarixli, 05 saylı Qərarına əsasən Quba şəhəri ərazisindən 0,04 ha həyətyanı torpaq sahəsi verilmiş və adlarına JN-871A Kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib olunmuşdur. Həmin şəhadətnamədə X4 düzgün yazılsa da, adı “Əlibaba” əvəzinə “Əlibala”, atasının adı “Əbülfəz” əvəzinə “Mustafa” kimi, X6 və adı düzgün olaraq yazılsa da, atasının adı “Mustafa” əvəzinə “Əbülfəz” kimi, X5 və adı düzgün yazılsa da, atasının adı “Əlibaba” əvəzinə “Əlibala” kimi səhvən yazılmışdır. X15 xx xxx 2005-ci il tarixdə, X16 xx xxx 2009-cu il tarixdə və X24 xx xxxxxxx 2012-ci il tarixdə vəfat etmişlər. Hazırda həmin torpaq sahəsinə dair çıxarış almaq istəyir. Lakin JN:871A Kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə ad və ata adlarında olan yalnışlıqlara görə həmin torpaq sahəsinə dair sərəncam vermək hüququ məhdudlaşmışdır. O, qeyd olunan torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nm saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nın 5 saylı X34 xx xxxxxx 2019-cu il tarixli məktubu ilə onlara qeyd olunan sənəddə olan ad, soyad və ata adında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd edək ki, Dövlət Aktını verən AR -DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də JN: JN- 871A Kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X2, X24 və X12 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.1956-cı il tarixdə Quba rayonuda anadan olmuşdur. Həmin şəhadətnamədə və şəxsiyyət vəsiqəsində onun atasının adı “Əlibaba” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətidən görünür ki, X16 ilə Bağırova (Dadaşova) Mələk Tofiq qızı arasında xx.xx.2002-ci ildə nikah bağlanmışdır. X20 Bağırovun atasının adı “Əlibaba” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Quba rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X15 ilə X26 arasında xx.xx.1953-cü il tarixdə nikah bağlanmışdır. X23 nikahdan sonra “Bağırova” soyadı verilmişdir. Həmin Şəhadətnamədə X8 adı “Əlibaba”, atasının adı “Əbülfəz”, X14 atasının adı “Mustafa ” olaraq qeyd edilmişdir. İş materillarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2005-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. Həmin Şəhadətnamədə onun adı “Əlibaba”, atasının adı “Əbülfəz” olaraq qeyd etmişdir. İş materillarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.2009-cu il tarixdə Quba şəhərində vəfat etmişdir. Həmin Şəhadətnamədə onun atasının adı “Əlibaba” olaraq qeyd etmişdir. İş materillarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi Mustafa qızı xx.xx.2012-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. Həmin Şəhadətnamədə onun atasının adı “Mustafa” olaraq qeyd etmişdir. İş materillarına əlavə edilmiş Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədən görünür ki, X15, X24 və X12 Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli 05 saylı qərarına əsasən JN-871A, KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnamə tərtib edilərək 0,04 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli 05 saylı qərarına əsasən X15, X24 və X12 JN-871A, KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamə tərtib edilərək 0.04 ha torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə ərizəçinin məhrum ailə üzvlərinin adı “X15” əvəzinə səhvən “X30” kimi, “X24” əvəzinə səhvən “X25” kimi, “X16” əvəzinə səhvən “X18” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-871A, KOD 30301004 saylı Torpağa Mülkiyyətə Verilməsinə dair X2, X24 və X12 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni JN-871A, KOD 30301004 saylı Torpağa Mülkiyyətə Verilməsinə dair X2, X24 və X12 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-871A, KOD 30301004 saylı Torpağa Mülkiyyətə Verilməsinə dair X3, X24 və X12 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar