Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1914/2020 30.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Mührəli oğlu tərəfindən Quba rayon İddiaçı ərazisində Quba meşəbəyliyinin 47-ci kvartalının 13-cü dolayında Dövlət Meşə fonduna aid İddiaçı xidməti ərazisində qanunsuz olaraq inşa etdiyi Minarə restoranının sökülməsi və ərazilərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, Cavabdeh Mührəli oğlu tərəfindən Quba rayon İddiaçı ərazisində Quba meşəbəyliyinin 47-ci kvartalının 13-cü dolayında Dövlət Meşə fonduna aid İddiaçı xidməti ərazisində qanunsuz olaraq yerləşdirdiyi çardaqların sökülməsi və ərazilərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X3 iddia müdafiə edərək göstərdi ki, cavabdeh Muradov X6 rayon ərazisində yerləşən Meşə Pondu torpaqlarına daxil olan Quba meşəbəyliyinin 47-ci kvartalının 13-cü dolayında Milli Parkın ərazisində qanunsuz olaraq “Minarə restoranı” adı ilə tikili tikərək ərazidə çardaqlar yerləşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli. 1814 saylı Sərəncamına əsasən İddiaçı yaradılmış və X9 və X5 Fondunun balansında olan torpaqlar İddiaçına təhvil verilmişdir, aparılmış tikinti işlərinin böyük hissəsi də həmən dövrə təsadüf etmişdir. Bununla əlaqədar tərəflərindən Cavabdeh Mührəli oğluna ərazidə fəaliyyət göstərməsi üçün İddiaçı ilə qanuna müvafiq qaydada müqavilə bağlaması üçün dəfələrlə görüşlər keçirilməsinə baxmayaraq müqavilə bağlamaqdan imtina etmiş və sözü gedən ərazini qanunsuz olaraq istifadə etməkdə davam edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Mührəli oğlu tərəfindən Quba rayon İddiaçı ərazisində Quba meşəbəyliyinin 47-ci kvartalının 13-cü dolayında Dövlət Meşə fonduna aid İddiaçı xidməti ərazisində qanunsuz olaraq yerləşdirdiyi çardaqların sökülməsi və ərazilərin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmədə iştirak edən zaman bildirmişdi ki, həmin ərazidə (besetka) qoymuşdur və yay mövsümündə istifadə edir. Məhkəmə İddiaçı nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu“ N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və anunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki,məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Mührəli oğlu tərəfindən Quba rayon İddiaçı ərazisində Quba meşəbəyliyinin 47-ci kvartalının 13-cü dolayında Dövlət Meşə fonduna aid İddiaçı xidməti ərazisində qanunsuz olaraq yerləşdirilmiş çardaqlar sökülməli və həmin ərazi boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh Mührəli oğlu tərəfindən Quba rayon İddiaçı ərazisində Quba meşəbəyliyinin 47-ci kvartalının 13-cü dolayında Dövlət Meşə fonduna aid İddiaçı xidməti ərazisində qanunsuz olaraq yerləşdirilmiş çardaqlar sökülsün və həmin ərazi boşaldılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1914/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1914/2020
30.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver