Məhkəmə qərarları › İş №2(027)-1914/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1914/2022

29.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1914/2022 29.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, Ərizəçi2 nümayəndəsi və həmçinin ərizəçi Nümayəndə iştirakı ilə, Ərizəçilər Nümayəndə və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Nümayəndə və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə dair JN:429F KOD30304018 saylı Şəhadətnamənin Nümayəndə və Ərizəçi2 məxsus olmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Nümayəndə və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, onlara yəni, Nümayəndə və Ərizəçi2 Quba rayon Aqrar islahat Komissiyasının xx.xx.2000-ci il tarixli 02 nömrəli qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN:429F KOD30304018 saylı Şəhadətnaməyə əsasən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.10 ha torpaq sahəsi verilmişdir. Lakin, Torpağın Mülkiyyətə Verilməsinə dair JN:429F KOD30304018 saylı Şəhadətnamədə onun yəni, Nümayəndə və Ərizəçi2 soyadı və atasının adı səhv yazılmışıdr. Belə ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN:429F KOD30304018 saylı Şəhadətnamədə “Nümayəndə” əvəzinə səhvən “Qəribov Azər Xatəmir oğlu” kimi, “Ərizəçi2” əvəzinə səhvən “X1” kimi yazılmışdır. Onların bütün sənədlərində adları Nümayəndə və Ərizəçi2 kimi yazılmışıdır. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər. Lakin Şəhadətnamədə onların adları düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Şəhadətnamədə yanlışlıqları aradan qaldıra bilmirlər və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi2 nümayəndəsi və həmçinin ərizəçi Nümayəndə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində onun adı, soyadı və ata adı Ərizəçi2 olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Nümayəndə xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində onun adı, soyadı və ata adı Nümayəndə olaraq qeyd edilmişdir. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, Yarəliyev Xantəmir Dəmir oğlu ilə X2 arasında xx.xx.1973-cü il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra Tavat Qədirovaya “Yarəliyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Nümayəndə və Ərizəçi2 Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 02 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-429F kod 30304018 saylı Şəhadətnamə tərtib edilərək 0.10 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Nümayəndə və Ərizəçi2 Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 02 saylı qərarına əsasən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-429F kod 30304018 saylı Şəhadətnamə tərtib edilərək, 0.10 ha torpaq sahəsi verilmişdir. Şəhadətnamə də “Nümayəndə” əvəzinə səhvən “Qəribov Azər Xatəmir oğlu” kimi, “Ərizəçi2” əvəzinə səhvən “X1” kimi qeyd edilmişdir. Nümayəndə və Ərizəçi2 məhkəmədən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-429F kod 30304018 saylı Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN-429F kod 30304018 saylı Şəhadətnamənin Nümayəndə və Ərizəçi2 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Nümayəndə və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-429F kod 30304018 saylı Şəhadətnamənin Nümayəndə və Ərizəçi2 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar