Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1915/2020 13.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı maraqlı tərəflər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs7 qarşı ”vərəsəliyin qəbul edilməsi və miras payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı maraqlı tərəflər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs7 qarşı ”vərəsəliyin qəbul edilməsi və miras payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı maraqlı tərəflər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs7 rəsmi qeydiyyatda olduqları ünvanlarını qeyd etməmiş və o barədə sənəd əlavə etməmişdir.. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı maraqlı tərəflər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs7 qarşı ”vərəsəliyin qəbul edilməsi və miras payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1915/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1915/2020
13.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver