Məhkəmə qərarları › İş №2(027)-1915/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1915/2023

13.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1915/2023 13.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 15 dekabr 2022-ci il tarixli ******* saylı AKT əsasında hesablanmış 4147,20 manat borcun abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB, X5 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşlan tərəfindən 15 dekabr 2022-ci il tarixində yaşadığları Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evimə gələn qaz xəttinə baxış keçirilmiş, yoxlama aparilmış və nəticədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Aktda qeyd olunur ki, “Abonentin mənzilinə baxış keçirilərkən sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi tərəflərindən aşkar olundu” qeydi yazılmışdır. Həmin akt əsasında abonent kodu üzərinə 4147,20 manat borc hesablanmışdır. İlk növbədə qeyd etmək istiyir ki, onun mənzilində sayğacı vardır. Bundan əlavə iddia ərizəsinə əlavə etdiyi abonent saldosunda işlətdikləri təbii qazın sərfi və sərfin məbləği göstərilmişdir. 15 dekabr 2022-ci il tarixində tərtib edilən ******* saylı aktda bir il üçün sərfiyyat 34560 kub.m, sərfiyyatı məbləği isə 4147,20 manat götürülmüşdür. Hesablanmış məbləğlə əvvəlki illərdə istifadə etdiyi illik sərfiyyatı məbləği arasında təxminən 10 dəfə fərq vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununa əlavə edilən 8-1-ci hissəsinə əsasən İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu qanunun 11-ci maddəsinin 6-ci hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Yoxlama aparılarkən və akt yazılarkən ona və ailə üzvlərinə heç bir məlumat verilməmişdir. Əgər evinə kənar xətt qoşulmuşdusa, həmin an ev sahibi ilə kənar xəttin olması, hara daxil olması aydmlaşdınlmlı idi. Göründüyü kimi əgər ziyan dəyibsə də, dəymiş ziyanın məbləği düzgün hesablanmamışdır. Hesablama aparılarkən istifadə müddəti, ilin mövsümü, gündəlik qaz sərfi, istifadədə olan qaz qurğulannm xüsusiyyətləri və s. alınmamışdır. Beləliklə, hesab edir ki, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlanın tərtib etdiyi 15 dekabr 2022-ci il tarixli ******* saylı AKT əsasında hesablanmış borc əsassızdır və abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən kənar xətdən istifadə edilməsi video görüntü ilə qeydə alınmışdır. (həmin görüntü SD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir) Ona görə də iddianı təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək onunla əsaslandırmışdır ki, Quba rayonunun Zərdabi qəsəbəsində yaşayan İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı “Qazdan istifadə Qaydalarf’mn tələbinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunmasının aşkar edilməsi ilə əlaqədar tərtib olunan aktın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, cavabdeh “Azəriqaz.” İB-yi tərəfindən tərtib edilmiş akta istinadən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinə əsasız yazılmış 4147,20 manat borc pulun silinməsi barədə qətnamə qəbul edilsin. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 15 dekabr 2022-ci il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza Nəzarət şöbəsinin və Xaçmaz xidmət sahəsinin satış xidmətiin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz, istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). İddiaçı fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” həmin vaxt xx.xx.2023cü il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq İddiaçı 1 lidayət oğlu üçün 34560 m3 və ya hər kübmetr qaz üçün 12 qəpik hesabı ilə 4147,20 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. İddiaçı akt tərtib olunan vaxt sayğacdan kənar, qanunsuz yolla təbii qazdan istifadə etdiyini etiraf etmiş, lakin akta imza etməkdən imtina etmişdir. Həmin vaxt İddiaçı iddia ərizəsində də sayğacdan kənar qaz xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etməsini etiraf etmişdir, lakin o itirilmiş qazın bərpası üçün onun koduna hesablanmış qazın həcmindən və məbləğindən narazı idi. “Qazdan istifadə Qaydalarf’nm təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, ”Qaz.dan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”-ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı,etibarhlğınm və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz. paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması; İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz sayğacı G-4 tipli olduğu üçün onun nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddəi) qəbul edilməklə itirilmiş qazın bərpasıüçün hesabat aparılmışdır, olmaqla istifadə etdiyi qaz işlədici cihazlar: PQ-3 qaz plitəsi saatlıq sərfıyyatı 0,8 m3, İran istehsalı qızdırıcı soba saatlıq sərfıyyatı 1,5 m3, QSQ(su qızdırıcı) saatlıq sərfıyyatı 2,25 m3, təlimata uyğun olaraq 4m3 x 24 saat x 360 gün =34560 m3 itirilmiş qazın bərpası hesablanmışdır ki, bu da hər m3 üçün 12 qəpikdən 4147,20 manat edir. Göründüyü kimi İddiaçı 1 lidayət oğlu üçün sayğacdan kənar xətlə qanunsuz təbii qazdan istifadəyə görə ziyan Təlimata tam uyğun hesablanmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz RQİİ-nin Quba XS-nin xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu Zərdabi qəsəbəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, sayacın kənar rezin boru vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü il üzrə 4147,20 manat məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixdə İddiaçı Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman İddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, İddiaçı Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 4147,20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçı onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməməsini, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməməsini qeyd etsə də, DVD diskə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, yerli baxış zamanı da, iddiaçının istifadəsində olan qaz sayğacına baxış zamanı müəyyən olundu ki, sayğacın giriş hissəsində əlavə boru müəyyən edililmişdir. Həmin boru rənginə, materialına və s. görə seçilir, buda həmin hissədən kənar xəttin aparılmasını istisna etmir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı sayğaca baxış keçirilən və akt tərtib edilən zaman onun iştirakının təmin edilməməsini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar