Məhkəmə qərarları › İş №2(027)-1928/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1928/2021

03.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1928/2021 03.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə Ərizəçi Maraqlı şəxsna qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, qardaşı X9 08 may 1991-ci ildə anadan olmuşdur. Seymur Şizofreniyanın paronoid forması xəstəliyindən əziyyət çəkir və Quba RMX-nın konsultativ poliklinika şöbəsinin KPŞ-nin Psixiatrik kabinetində qeydiyyatdadır, birinci qrup əlildir. Kənar şəxsin qulluğuna ehtiyacı vardır. Ona özü və digər ailə üzvləri qulluq edirlər. Onun hər bir hərəkətinə daimi nəzarət olunması tələb olunur. O, müstəqil olaraq heç bir hərəkəti yerinə yetirmək iqtidarında deyildir. Hal-hazıradək onun üzərində qəyyum təyin edilməmişdir, halbuki qardaşının üzərində qəyyum təyin olunması zəruridir. Belə ki ona aid heç bir səndələşmə işlərini apara bilmirlər. Onun fəaliyyət qabiliyətinin olmaması məhkəmə qaydasında müəyyən edilmədiyindən qəyyumluğun təyin edilməsi mümkün olmamışdır. Seymurun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul edərək təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 13.02.2017-ci il tarixdə verilmiş AZE seriyalı, 16567492 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X9 08.05.1991-ci il tarixdə Quba rayonu Cağacuq kəndində doğulmuşdur və yaşayış yeri də Quba rayonu Cağacuq kəndidir. İş materiallarında olan Quba RİHB-nın Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsinin 23 avqust 2021-ci il tarixli 391 №li arayışından görünür ki, X9 nümayənədiliyin 10 №li təsərrüfatbaşına kitabının 04-cü səhifəsinə əsasən o həqiqətən Cağacuq kənd sakini olub, hal-hazırda həmin kənddə yaşayır: anası X7, qardaşı Ərizəçi, qardaşının yoldaşı X10, qardaşının qızı X8 və qardaşının qızı X2 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba Mərkəzi Rayon X1 Şöbəsinin arayışından görünür ki, X3 MRX-nin konsultativ poliklinika şöbəsinin psixiatrik kabinetində şizoferniyanın paranoid forması diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Espertiza Mərkəzi” X18-Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 05.11.2021-ci il tarixli, 2591 saylı rəyindən görünür ki, X6 “ŞİZOFRENİYA PARANOİD FORMA” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (6-cı sinifdən xəstələnməsi, psixi xəstəliklə əlaqədar olaraq hərbi xidmətdə olmaması, Quba MRX-nin poliklinika şöbəsinin psixiatrik kabinetində “Şizofreniya paranoid forma" diaqnozu ilə qeydiyyatda olması, İ dərəcə əlil olması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə həvəssiz daxil olması, təfəkkürünün paroloqik olması, maraq dairəsinin dar olması, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Məhkəmə, iş üzrə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, həmin sübutlarla X5 Ərizəçi qardaşı olması, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması və bu halın onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas verməsi müəyyən edilir. Ona görə də X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 319-cu maddəsnə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda, onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Beləliklə, məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdəki sübutları araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar