Məhkəmə qərarları › İş №2(027)-1929/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1929/2022

03.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1929/2022 03.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən X8, Ərizəçi1, X7, X5 adlarına verilmiş JN:336 KOD 30306018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X2, Ərizəçi1, Fərhadova (Ələskərova) Qumru Rauf qızına və Bədirxanova (Ələskərova) Samurə Rauf qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi2 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizədə göstərmişdilər ki, Quba rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarına əsasən onlara-Fərhadova(Ələskərova)Qumru Rauf qızına, Bədirxanova (Ələskərova)Samurə Rauf qızına, Ərizəçi1, X10 Quba rayonu Alpan kəndi ərazisindən 2.63 kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:336 KOD 30306018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X15 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. X23 Ərizəçi1 adı səhvən “Afiman”, ərizəçi Bədirxanova (Ələskərova)Samurə Rauf qızının adı səhvən ”Samirə” kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə Ərizəçi1 adı “Afima", ərizəçi Bədirxanova (Əiəskərova) Samurə Rauf qızının adı “Samurə” kimi qeyd edilmişdir. X21 və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:336 KOD 30306018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da ərizəçilərin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar X23 olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət ediblər. X25 və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:336 KOD 30306018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ərizəçilərin adında uyğunsuzluq olduğu üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. JN:336 KOD 30306018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək qərarına gələrək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən X8, “Ərizəçi1n Hacıbala qızının, “X7, X5 adlarına verilmiş JN:336 KOD 30306018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X2, Ərizəçi1, Fərhadova (Ələskərova) Qumru Rauf qızına və Bədirxanova (Ələskərova) Samurə Rauf qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdilər. İş üzrə maraqlı tərəf Maraqlı şəxs1 ərizəni qəbul edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X9 bildirdi ki, Ərizəçi1 onun bacısıdır. Bədirxanova (Ələskərova) Samurə isə onun bacısının qızıdır. Rauf Ələskərov bacısı Afimanın yoldaşıdı, o 2004-cü ildə vəfat edib. Bacısı Afimanın və bacısı qızı Samurənin adı onların ailəsinə məxsus Dövlət Aktında səhvən Afiman və Samirə kimi yazılıb. Əslində düzgün olaraq onların adı Afima və Samirə ki, yazılmalıdı. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçiləri, maraqlı tərəf Maraqlı şəxs1 və şahid X6 dinləyib, ərizəyə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, İş materiallarında olan JN:336 KOD 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X24 görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Quba rayonu, Alpan kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.63 ha torpaq X8, Ərizəçi1, X7, X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Quba rayon Alpan İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, 178 nömrəli arayışdan məlum olur ki, JN:336 KOD 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X26 əsasən Ərizəçi1n Hacıbala qızı və X3 səhv yazılıb, X23 həmin şəxslər olduğu kimi Ərizəçi1 və X4 oxunmalıdır. İş materiallarında olan AZE 00****** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1964-cü ildə Quba rayon Alpan kəndində doğulub. Şəxsiyyət vəsiqəsinin ad qrafasında- Afima, soyad qrafasında- Ələskərova, ata adı qrafasında- Hacıbala qeyd olunub. İş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1992-ci ildə doğulub. Şəxsiyyət vəsiqəsinin ad qrafasında- Samurə, soyad qrafasında- Bədirxanova, ata adı qrafasında- Rauf qeyd olunub. İş materiallarında olan AZ-İ 089006 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2004-cü ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixində 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmədə müəyyən edildi ki, JN:336 KOD 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X26 əsasən, Quba rayon Aqrar İslahatı Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Quba rayonu, Alpan kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.63 ha torpaq X8, Ərizəçi1, X7, X5 mülkiyyətinə verilib, lakin Dövlət Aktında Ərizəçi1 və X1 və ata adı düzgün yazılsa da, adları səhv olaraq Afima əvəzinə Afiman, Samurə əvəzinə, Samirə kimi qeyd olunub. Ərizəçilər yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağa Mülkiyyət Hüququna Dair JN:336 KOD 30306018 saylı Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-336 KOD 30306018 saylı Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Torpağa Mülkiyyət Hüququna Dair JN-336 KOD 30306018 saylı Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar