Məhkəmə qərarları › İş №2(027)-1934/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1934/2020

01.12.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1934/2020 01.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçılar İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı və Ömərova (Nurəliyeva) İradə Əlimirzə qızının iştirakı ilə İddiaçılar İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı, Ömərova (Nurəliyeva) İradə Əlimirzə qızı və İddiaçı3 cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi xaxtının uzadılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı, Ömərova (Nurəliyeva) İradə Əlimirzə qızı və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anaları X3 miras qalmış əmlakın bütün vərəsələr tərəfindən qəbul edilməsi üçün müəyyən edilmiş müddətin keçməsini üzürlü hesab edib, həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə iddiaçı İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı iddianı müdafiə edərək göstərdi ki, anaları X10 xx.xx.2004-cü ildə vəfat etmişdir. Anaları uzun müddət yataq xəstəsi olmuş, onlar övladlıq borclarını yerinə yetirməklə onun bütün ehtiyaclarını ödəmişlər. Azərbaycandan kənarda yaşayan digər qardaşları da maddi cəhətdən analarına köməklik göstərmişlər. Analarının vəfatından sonra qanunla müəyyən edilmiş qayda və müddətdə onlar mirasın qəbul edilməsi barədə müvafiq qurumlara müraciət etməmişlər. Buna da səbəb vərəsələrin bir yerdə yaşamaması və digər üzürlü səbəblər olmuşdur. Buna baxmayaraq onlar analarını el adəti üzrə dəfn etmiş, dəfn mərasimlərini təşkil etmiş, qəbrinin üstü götürmüşlər. Miras qalmış sahəsi 35,4 kv.m olan fərdi yaşayış evini təmir etsələr də o hazırda yaşayış üçün əsaslı təmir edilməli və ya sökülüb yenidən tikilməlidir. Belə ki, anaları xəstələndən sonra uzun müddət qonşuluqda yaşayan qardaşları Şahmirzənin evində yaşamışdır. Analarına aid 20 sotluq torpaq sahəsi Şahmirzə və Xadimin torpaq sahələri bir-birinə bitişikdir. Həmin torpaq sahəsində həmişə onlar istifadə etmişlər, torpaq və əmlak vergilərini bu günə kimi müntəzəm ödəmişlər. Yəni digər vərəsələrin gəlməsini gözləmədən faktiki mirasa sahiblik etmiş, mirasın mühafizə və idarə edilməsində hamısı iştirak etmişdir. Analarının mülkiyyətində 20 sot həyəiyanı torpaq, həmin torpağın üstündə köhnə fərdi yaşayış evi və 73 sot pay torpağı vardır. Bu yaxınlarda onlar Quba Cavabdehtariusuna miras hüququ əsasında şəhadətnamə verilməsi barədə müraciət etdikdə onlara izah olunmuşdu ki, mirasın qəbul edilməsi vaxtı keçdiyi üçün mirasın qəbul ediİməsi vaxtının uzadılması barədə məhkəməyə müraciət etmək lazımdır. Göstərilənlərə əsasən, anaları X3 miras qalmış əmlakın bütün vərəsələr tərəfindən qəbul edilməsi üçün müəyyən edilmiş müddətin keçməsini üzürlü hesab edib, həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçı Ömərova (Nurəliyeva) İradə Əlimirzə qızı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə İddiaçı3 teleqramma ilə məhkəməyə müraciət eərək, xəstə olduğu üçün məhkəməyə gələbilməməsini bildirib, işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçılar İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı və Ömərova (Nurəliyeva) İradə Əlimirzə qızının X8 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-617F KOD 30319018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X10 və X1 Quba rayon X7 xx xxxx 1997-ci il tarixli 14 saylı qəarı ilə 0,20 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-21xx xxx 30320018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X10 və X1 Quba rayon X7 xx xxxxxx 1997-ci il tarixli 14 saylı qəarı ilə 0,73 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istahsalı məqsədi üçün verilmişdir. İş materiallarında olan Quba Cavabdehtariat ofisinin İddiaçı3 ünvanladığı xx.xx.2020-ci il tarixli mətubundan görünür ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. İş materiallarında AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı1 Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş və həmin ünvanında qeydiyyatdadır. İş materiallarında olan İ-ЖГ 464997 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X11 ilə Nurəliyeva(İslamova) Lalə Əlimirzə qızı arasında xx.xx.1979cu ildə nikah bağlanmış və 63 nömrə ilə qeyd edilmişdir. İş materiallarında AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Ömərova (Nurəliyeva) X14 rayonu, 2-ci Nügədi kəndində anadan olmuş və həmin ünvanında qeydiyyatdadır. İş materiallarında olan İİ-ЖГ 427989 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ömərov Muxtar Tağı oğlu ilə Ömərova (Nurəliyeva) İradə Əlimirzə qızı arasında xx.xx.1981-ci ildə nikah bağlanmış və 74 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 695477 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2014-cü ildə Quba rayonu, 2-ci Nügədi kəndində vəfat etmişdir. İş materiallarında AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1949-cu il təvəllüdlü İddiaçı3 Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X10 xx.xx.2004-cü ildə vəfat etmişdir və onun övladları-İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı, Ömərova (Nurəliyeva) İradə Əlimirzə qızı, İddiaçı3, X2, X5, X6 və X4 anaları-X3 miras qalmış mirasın qəbul edilməsi üçün qanunda nəzərədə tutulmuş vaxtda notariat orqanına müraciət etməmişlər. Hazırda iddiaçılar İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı, Ömərova (Nurəliyeva) İradə Əlimirzə qızı və İddiaçı3 cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi xaxtının uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anaları X3 miras qalmış əmlakın bütün vərəsələr tərəfindən qəbul edilməsi üçün müəyyən edilmiş müddətin keçməsini üzürlü hesab edib, həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, X3 miras qalmış əmlakların onun vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilməli və həmin müddət uzadılmalıdır Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X3 miras qalmış əmlakların onun vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilsin və həmin müddət uzadılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar