Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-194/2022 17.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi5 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Tağıyeva (Nurəddinova) Nərgiz Afiz qızı, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Tağıyeva (Nurəddinova) Nərgiz Afiz qızı, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN-138 KOD 30311028 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Tağıyeva (Nurəddinova) Nərgiz Afiz qızı, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizədə göstərmişdilər ki, onlar bir ailə olmaqla X4, Ərizəçi1 Afız oğluna, Tağıyeva (Nurəddinova) Nərgiz Afız qızına, Ərizəçi4, Ərizəçi5 Afız oğluna Quba Rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN- 138 KOD 30311028 nömrəli Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,97 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa Mülkiyyət Hüququna dair JN-138 KOD 30311028 Dövlət Aktında torpaq mülkiyyətçilərinin ad, soyad və ata adları səhv yazılmışdır. Belə ki, Torpağa Mülkiyyət Hüququna dair JN-138 KOD 30311028 Dövlət Aktında Ərizəçi4 əvəzinə səhvən Ərizəçi4, Nurəddinova (Tağıyeva) Nərgiz Afız qızı əvəzinə səhvən X7, X6 əvəzinə səhvən X5, Ərizəçi5 Afız oğlu əvəzinə səhvən X10, Ərizəçi1 Afız oğlu əvəzinə səhvən X11. Ərizəçi6 Afız oğlu əvəzinə səhvən X3 yazılmışdır. Dövlət Aktında ad, soyad və ata adlarında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********75 nömrəli 26 avqust 2021-ci il tarixli imtina məktubu alıblar. Onlar şəhadətnamədə olan yanlışlığları aradan qaldıra bilmirlər və bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək, Torpağa Mülkiyyət Hüququna dair JN-138 KOD 30311028 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Tağıyeva (Nurəddinova) Nərgiz Afiz qızı, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək, ərizələrinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi2 ərizəni müdafiə edərək, ərizələrinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi5 ərizəni müdafiə edərək, ərizələrinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə ərizəçilər Tağıyeva (Nurəddinova) Nərgiz Afiz qızı, Ərizəçi4, Ərizəçi6 və maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Tağıyeva (Nurəddinova) Nərgiz Afiz qızı, Ərizəçi4, Ərizəçi6 və maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-138 KOD 30311028 nömrəli Dövlət Aktının surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 09.02.1998-ci il tarixli, 03 nömrəli qərarı ilə 1.97 ha həyətyanı torpaq sahəsi Quba rayonu, Mirzəməmmədkənd kənd sakinləri Ərizəçi1, Ərizəçi2, Tağıyeva (Nurəddinova) Nərgiz Afiz qızı, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi5 ünvanladığı 26.08.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad, soyad və ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan Quba rayon İHB-nın Vladimirovka İƏD-si üzrə nümayəndəliyinin 17.08.2021-ci il tarixli, 700 nömrəli arayışından məlum olur ki, həqiqətən xüsusi mülkiyyətə verilmiş JN-138 KOD 30311028 nömrəli Dövlət Aktına əsasən X5, X1 Zahid Hafiz oğlu, X10, X12, X2 səhv yazılıb, əslində şəxsiyyət vəsiqələrində olduğu kimi; Ərizəçi2, Ərizəçi4, Ərizəçi1, Ərizəçi5, Ərizəçi6, Tağıyeva (Nurəddinova) Nərgiz Afiz qızı kimi yazılmalı və oxunmalıdır. İşdə olan A3 488934 seriya və nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən məlum olur ki, Nurəddinov Ərizəçi2 Seçmə Əlibəy qızı arasında 19.05.1972-ci il tarixində nikah başlanmış, 01 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi Ərizəçi2 məxsusdur, Quba rayon Mirzəməmmədkənd kəndində qeydiyyatdadır. İşdə olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə Ərizəçi4 məxsusdur, Quba rayon Mirzəməmmədkənd kəndində doğulub, həmin kənddə qeydiyyatdadır. İşdə olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə Ərizəçi1 məxsusdur, Quba rayon Mirzəməmmədkənd kəndində qeydiyyatdadır. İşdə olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə Ərizəçi5 məxsusdur, Quba rayon Mirzəməmmədkənd kəndində qeydiyyatdadır. İşdə olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə Tağıyeva (Nurəddinova) Nərgiz Afiz qızına məxsusdur, Quba rayon Mirzəməmmədkənd kəndində qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin doğum haqqında şəhadətnamə Ərizəçi6 məxsusdur. Məhkəmədə müəyyən edildi ki, Quba rayon Aqrar İslahat Komissiyasının 09.02.1998-ci il tarixli, 03 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-138 KOD 30311028 nömrəli Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,97 ha torpaq sahəsi Quba rayonu, Mirzəməmmədkənd kənd sakinləri Ərizəçi2, Ərizəçi4, Ərizəçi1, Ərizəçi5, Ərizəçi6, Tağıyeva (Nurəddinova) Nərgiz Afiz qızının mülkiyyətinə verilib, lakin Dövlət Aktında onlara aid hissələrdə ad, soyad, ata adı səhv yazılıb. Ərizəçilər yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə “Torpağa Mülkiyyət Hüququna Dair JN-138 KOD 30311028 nömrəli Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 09.02.1998-ci il tarixli, 03 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN- 138 KOD 30311028 nömrəli Dövlət Aktı Ərizəçi1, Ərizəçi2, Tağıyeva (Nurəddinova) Nərgiz Afiz qızı, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Torpağa Mülkiyyət Hüququna dair JN-0138 KOD 30311028 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Tağıyeva (Nurəddinova) Nərgiz Afiz qızı, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-194/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-194/2022
17.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver