Məhkəmə qərarları › İş №2(027)-1940/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1940/2022

19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1940/2022 19.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi1 və ərizəçilər Ərizəçi2, Ərizəçi3 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı tərəf Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə onlara verilmiş JN-0019 Kod 30319028 saylı Torpağa Mülkiyyət Hüququna X8 Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki,Torpağa Mülkiyyət X1 və digər ərizəçilərə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə ərizəçilər Ərizəçi2, Ərizəçi3 nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək bildirdi ki, Torpağa Mülkiyyət Hüququna X8 Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 ərizədə göstərmişdilər ki, Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə onlara JN-0019 Kod 30319028 saylı Torpağa Mülkiyyət Hüququna X10 verilmişdir. Lakin həmin Aktda Onların ata adı qeyd olunmamışdır. Onların adına verilmiş şəhadətnamədə və şəxsiyyət vərəqələrində ad, soyad və ata adı Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 qeyd olunmuş, X5 Vüsal, Talıbova Nübar, Ərizəçi3 qeyd olunaraq soyad səhv yazılmış, ata adı göstərilməmişdir. Hazırda sənədləşmə işi ilə əlaqədar Torpağa Mülkiyyət Hüququna X9 qeyd olunan yanlışlıq olduğuna görə sənədləşmə işi apara bilmirlər. Onlar hüquqmüəyyənedici sənədləri DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim ediblər. Lakin onlara xx.xx.2021-ci il tarixli məktubu ilə ad və ata adında olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gələrək, Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə onlara verilmiş JN-0019 Kod 30319028 saylı Torpağa Mülkiyyət Hüququna X8 Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iştirak edən şahid X3 bildirdi ki, ərizəçilər onun qardaşının övladlarıdı. Qardaşı Sahib 1997-ci ildə vəfat edib. Ərizənin təmin olunmasını və JN-0019 Kod 30319028 saylı Torpağa Mülkiyyət Hüququna X8 Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçiləri dinləyib, şahid X2 ifadəsini və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0019 Kod 30319028 saylı Dövlət Aktının surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə Quba rayonu, Qaraçay kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.02 ha torpaq sahəsi Quba rayonu, Qaraçay kənd sakinləri Nümayəndə, Talıbov Vüsal, Talıbova Nübar, Ərizəçi3 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Maraqlı şəxs Nümayəndə ünvanladığı 290.6.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1988-ci il tarixində Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, vəsiqədə adı- Vüsal, soyadı -Talubov, ata adı-Sahib qeyd edilib. İşdə olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1982-ci il tarixində anadan olmuş, vəsiqədə adı- Nübar, soyadı - Talubova, ata adı-Sahib qeyd edilib. İşdə olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi3 xx.xx.1986-cı il tarixində anadan olmuş, vəsiqədə adı- Cəhalə, soyadı - Talıbova, ata adı-Sahib qeyd edilib. İşdə olan Quba rayonu İ Nügədi İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 640 nömrəli arayışına əsasən məlum olur ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 ad, soyad və ata adları Torpağa Mülkiyyət Hüququna Dair JN-0019 Kod 30319028 saylı Dövlət Aktında səhvən Talıbov Vüsal, Talıbova Nübar, Ərizəçi3 yazılıb. Düzgün yazılış Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 kimi olmalıdır. Məhkəmədə müəyyən edildi ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0019 Kod 30319028 saylı Dövlət Aktına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə Quba rayonu, Qaraçay kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.02 ha torpaq sahəsi Quba rayonu, Qaraçay kənd sakinləri Nümayəndə, Talıbov Vüsal, Talıbova Nübar, Ərizəçi3 xüsusi mülkiyyətinə verilib, lakin Dövlət Aktında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 ata adı və soyadda yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağa Mülkiyyət Hüququna JN-0019 Kod 30319028 saylı Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0019 KOD 30319028 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Torpağa Mülkiyyət Hüququna Dair JN-0019 KOD 30319028 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar