Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1943/2022 23.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, vəkili X14, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* nömrəli Çıxarışa əsasən xx.xx.2018-ci il tarixdən mülkiyyət hüququ əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X7 adına olan abonent hesabına yazılmış 3999,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X8 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilən tələbə əlavə olaraq bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X11 14 oktyabr 2014-cü il tarixdə vəfat edib, buna baxmayaraq həmin evdə onun ailə üzvləri yaşayıb. Onlar orda iddiaçının mülkiyyət hüququ yarandığı günə kimi yaşamışdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı vəkili X19 iddia ərizəsini müdafiə edərək, qeyd etdi ki, iddia ərizəsində göstərilən borc 2010-cu ildə 2018-ci ilə kimi olan borcdur. Bu borc üzrə iddia müddəti ötmüş və Cavabdeh İB həmin borcu tələb edə bilməz. Azərbaycan Respublikası MM-dən də göründüyü kimi vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir və həmçinin 551.2.1-ci maddəyə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir və bu barədə Ali Məhkəmənin komunal xərclər və öhdəliyə xitam vermə müddətləri barədə qərarını məhkəməyə təqdim edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən ev X9 məxsus olmuşdur. Həmin yaşayış alqı-satqı müqaviləsinə əsasən alıb. Həmin alqı-satqı müqaviləsi Quba Rayon məhkəməsinin 2(027)-1044/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Lakin razılaşmaya əsasən X11 başqa yaşayış yeri olmadığına görə o həmin evdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış alana kimi yaşamalı, daha sonra isə həmin evdən çıxmalı, o ailəsiylə birlikdə həmin evə köçməli idi. X11 14 oktyabr 2014-cü il tarixdə vəfat etmişdir. O, qeyd edilən evə xx.xx.2018-ci il qeydiyyat tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış alıb və bundan sonra evə köçüb. Lakin həmin evə köçdükdə həmin evdə xx.xx.2014-cü il tarixdə vəfat etmiş X7 adına **********00420 saylı abonent hesabının olması və həmin abonent hesabında isə borcun olmasını görüb. O 2018-ci ilin sentyabr ayından uşaqları və azyaşlı nəvələri ilə birlikdə həmin evdə yaşayır. xx.xx.2018-ci il qeydiyyat tarixli qeyd edilən evə mülkiyyət hüquqlarının ayarlandıqdan sonra evə dair adıına yeni abonent hesabı açıb, yeni sayğac quraşdırılmasını Azəriqaz İB-nin X21 İdarəsindən dəfələrlə tələb etsə də, ondan əvvəl yaşamış X7 qeyd edilən evə qaz borcu yarandığından onun adına yeni abonent hesabı açmaqdan və yeni sayğac quraşdırılmasından imtina etmişlər. Bundan sonra o Azəriqaz İB-nə qarşı alqı-satqı müqaviləsinin bağlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1663/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evinə dair qazın alqı-satqı müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Azəriqaz İB-nə həvalə edilmsi qət edilmişdir. Daha sonra 22 yanvar 2022-ci il tarixdə Azəriqaz İB nin Xaçmaz RQİİ ilə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Qeyd edi ki, X7 Azəriqaz iB-nə olan borcunun ona heç bir bağlılığı yoxdur. Ona görə ki, Azəriqaz İB ilə onun arasında 22 yanvar 2022-ci il tarixli müqavilə bağlanmışdır. O qeyd edilən evdə ünvan 2 fərdi yaşayış evini Quba Rayon Məhkəməsinin 2(027)-1044/2011 saylı, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alıb, həmin qətnamə qanuni qüvvəyə minmiş və adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə çıxarış verilmişdir. Həmçinin o mülkiyyət hüquqları əsasında özünə məxsus evə köçəndə X7 ailəsi tərəfindən ona işlətdiyi qaza görə ödənilmiş 24 dekabr 2013-cü il tarixli, 14 oktyabr 2014-cü il tarixli və 02 yanvar 2015-ci il tarixli ödəniş çeklərini də təqdim etmişlər. Həmin ödəniş çeklərinə əsasən X11 1270 manat məbləğində işlətdiyi qaza görə pul ödəmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X7 adına olan abonent hesabına yazılmış 3999,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman iş üzrə Cavabdeh nümayəndəsi X5 iddia tələbinə qarşı məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdi ki, ünvan 2 evdə yaşayan yaşayan İddiaçı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. İddiaçı ilə bağlanmış “Qazpaylayıcı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqı Müqaviləsi”nə əsasən yaşadığı evdə təbii qazdan istifadə etməklə abonent kimi Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində qeydiyyatdadır. Abonentin təbii qazdan istifadəyə görə yaranmış sayğacla müəyyən edilən debitor borcu xx.xx.2022-ci il tarixinə 6177,10 manat təşkil edir. İddiaçı yaşadığı evi alqısatqı müqaviləsinə əsasən aldığını, həmin müqavilənin Quba rayon Məhkəməsinin xx.xx.2011- ci il tarixli qətnaməsi ilə təsdiq olunduğunu qeyd edir. Deməli 2011-ci ildən iddiaçının yaşadığı ev faktiki olaraq özünün istifadəsində olmuşdur. 2011-ci ildə həmin evin abonent kodunda cəmi 436 manat debitor borcu olub. İddiaçının silinməsini iddia etdiyi borc həmin evin özünün istifadəsində olduğu müddətdə yaranmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, evin abonent kodunun adına olduğu İsrafili Vahid xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. AGİS Proqramından çıxarılmış abonent saldosundan məlum olur ki, 2014-cü ilin 10-cu ayında abonentin cəmi 736 manat debitor borcu olmuşdur. Vahid İsrafilinin vəfat etməsinə baxmayaraq istehlakçı hər ay təbii qazdan istifadə etmiş, sərfiyyat qeydə alınmışdır. Hazırki borcun 5441 manat hissəsi həmin tarixdən sonra yaranmışdır. Deməli bu borc iddiaçının təbii qazdan istifadə etməsi nəticəsində yaranmış borcdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli əmri ilə təsdiq edilmiş “X13’mn 6.4-cü bəndində göstərilir: Qazlaşdırılmış obyektin mülkiyyətçisi, (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi, (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı- satqısına dair yeni müqavilənin bağlanması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir.Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmədə cavadeh Cavabdeh İB-nin nümayəndəsi X4 iddia ərizəsinə etirazını bildirərək, etiraz ərizəsində göstərilənləri bir daha təsdiq edərək, iddia tələbinin əsassız olduğunu və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X6, vəkili X17, cavabdehin nümayəndəsi X2 dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, Seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 134.6 kvm olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 1663/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evinə dair qazın alqı-satqı müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Azəriqaz İBnə həvalə edilmsi qət edilmişdir. İş materiallarında olan Qazdan istifadə qaydalarına əsasən “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”sinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli 305xx-xx-2022 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan 24 dekabr 2013-cü il tarixli, 14 oktyabr 2014-cü il tarixli və 02 yanvar 2015-ci il tarixli ödəniş qəbzlərindən Vahidi İsrafil adından 1340 manat qaz borcu ödənilib. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmədə müəyyən edildi ki, İddiaçı xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X9 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayş evini alıb, alqı-satqı müqaviləsi Quba Rayon məhkəməsinin 2(027)-1044/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təsdiq edilib. İddiaçı həmin evə xx.xx.2018-ci il qeydiyyat tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışla mülkiyyət hüququ əldə edib və bundan sonra evə köçüb. Lakin həmin evə köçdükdə xx.xx.2014-cü il tarixdə vəfat etmiş əvvəlki mülkiyyətçi X7 adına **********00420 saylı abonent hesabına 3999,40 manat borcun yazıldığını görüb. İddiaçı məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əldə etdiyi günədək, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* nömrəli Çıxarışa əsasən xx.xx.2018-ci il tarixdən mülkiyyət hüququ əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X7 adına olan abonent hesabına yazılmış 3999,40 manat məbləğində borcun silinməsini xahiş edib. Cavabdeh tərəf olan Cavabdeh İB-nin nümayəndələri buna etirazlarını bildirərək, iddianın əsassız olduğunu və iddianın təmin edilməməsini xahiş ediblər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 551-ci maddəsinin, 551.2.1-ci bəndinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası adından Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1477/2022 saylı Qərarına əsasən komunal xərclər və öhdəliyə xitam vermə müddətləri barədə bəndində qeyd edilir ki, Mütki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulan müddətlər qanuna əsasən öhdəliyə xitam verən müddətlər kimi müəyyən edilmişdir. Həmin müddətlərin keçməsi qanunun birbaşa göstərişinə görə öhdəliyə xitam vermə əsası kimi müəyyən olunduğu üçün həmin müddətlərin tətbiqinə dair ayrıca ərizənin verilməsi və ya tələbin irəli sürülməsinə zərurət yoxdur. Əgər işə baxılarkən həmin müddətlərin keçdiyi müəyyən olunarsa, bu, məhkəmə tərəfindən nəzərə alınmalıdır. Göründüyü kimi qaz borcunun ödənilməsi vaxtaşırı ödənişlərə aid olduğundan, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir və həmin müddətlərin keçməsi qanunun birbaşa göstərişinə görə öhdəliyə xitam vermə əsası kimi müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə iddia tələbinin qismən əsaslı olduğunu qanunamüvafiq hesab edir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin bəndinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (tebii qazfar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xx.xx.2018-ci il tarixdən mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh əməkdaşları tərəfindən X7 adına olan abonent hesabına 01 noyabr 2017-ci il tarixədək yazılmış 3127 manat 40 qəpik məbləğində pul vəsaiti abonent bazasından silinməli və iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xx.xx.2018-ci il tarixdən mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh əməkdaşları tərəfindən X7 adına olan abonent hesabına 01 noyabr 2017-ci il tarixədək yazılmış 3127 manat 40 qəpik məbləğində pul vəsaiti abonent bazasından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1943/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1943/2022
23.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver