Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1946/2025 13.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 15 yanvar 2021-ci il tarixli ******* saylı abonent kodu üzərinə hesablanmış 561 manat 60 qəpik məbləğində borc pulun abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 bildirdi ki, 15 yanvar 2021-ci il tarixli ******* saylı akt mübahisələndirilmişdir. İddiaçı Cavabdehnə qarşısında ümumilikdə 1654 manat 62 qəpik borcu olmuş, Quba Rayon Məhkəməsinin (hakim Aydın Babayev) xx.xx.2025-ci il tarixli, 2(027)-447/2025 saylı qətnaməsi ilə İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 1654 manat 62 qəpik borcu Azəriqaz İB-nin xeyrinə tutulması qət edilmişdir. Hazırki iddia tələbində göstərilən 561 manat 60 qəpik məbləğində borc da daxil olmaqla 1654 manat 62 qəpik borcun Cavabdeh xeyrrinə tutulması qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmənin elektron sistemindən müəyyən edilmişdir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı Quba Rayon Məhkəməsində baxılmış, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il 2(027)-447/2025 saylı qətnaməsi ilə İddiaçı təbii qazdan istifadəyə görə 1654 manat 62 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 36 manat 55 qəpik tutularaq Cavabdeh hesabına ödənilməsi qət edilmişdir. Hər iki mülki işin materiallarından olan abonent saldosundan görünür ki, Quba rayonu, Zərdabi kəndində yaşayan X1 istifadə etdiyi təbii qaza görə 2021-ci il üçün hesablanmış 561 manat 60 qəpik məbləğində debitor borc qeydə alınmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il 2(027)-447/2025 saylı qətnaməsi ilə X1 Cavabdeh İB qarşısında olan 2021-ci il üçün hesablanmış 561 manat 60 qəpik məbləğində debitor borc daxil olmaqla ümumilikdə 1654 manat 62 qəpik borcun tutulması qət edilmiş və qətnamə icra edilərək qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini alan qətnaməsi vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini alan qətnaməsi olduğundan, hazırki mülki işə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Quba Rayon Məhkəməsinə verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1946/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1946/2025
13.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver