Məhkəmə qərarları › İş №2(027)-1949/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1949/2022

06.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1949/2022 06.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X18 qızının katibliyi, Ərizəçi X6, Ərizəçi1 (Ərizəçi4 etibarnamə üzrə nümayəndəsi), Ərizəçi2, Ərizəçi3, Ərizəçi6 və Ərizəçi8 iştirakı ilə, Ərizəçilər X17, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər X17, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 30 mart 2002-ci tarixli, 03 nömrəli qərarı ilə verilmiş JN JN034A kod 30312028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara, yəni X17, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 məxsus olmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. X2, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahat Komissiyasının 30 mart 2002-ci tarixli, 03 nömrəli qərarı ilə onlara və ailə üzvlərinə JN-034A kod 30312028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə soyadları “Tahayev” və “Atayeva” əvəzinə “Yahyayev” kimi yazılaraq düzgün qeyd olunmamışdır. Onların, adına verilmiş doğum haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqələrində ad, soyad və ata adı X17, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 kimi qeyd olunmuşdur. Şəhadətnamədə qeyd olunan X12, X9, X7, X13, X10, X14, X5, X8 və X3 olaraq qeyd olunmuşdur. X17 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Hazırda sənədləşmə işi ilə əlaqədar torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan yanlışlıq olduğuna görə sənədləşmə işi apara bilmədiklərini qeyd etmişlər. Məhkəmə iclasında ərizəçilər X17, Ərizəçi1 (Ərizəçi4 etibarnamə üzrə nümayəndəsi), Ərizəçi2, Ərizəçi3, Ərizəçi6 və Ərizəçi8 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, ərizəçilər Ərizəçi5 və Ərizəçi8, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə ərizəçilər Ərizəçi5, Ərizəçi8 və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quba rayonu, Giləzi kəndində anadan olmuş xx.xx.2000-ci il təvəllüdlü Ərizəçi5dır. Onun şəxsiyyət vəsiqəsində soyadı Tahayeva olaraq qeyd olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quba rayonu, Vəl-vələ kəndində anadan olmuş xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi1dur. Onun şəxsiyyət vəsiqəsində soyadı Tahayev olaraq qeyd olunmuşdur. İş materiallarında olan Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quba rayonu, Vəl-vələ kəndində anadan olmuş xx.xx.1981-ci il təvəllüdlü Ərizəçi2dur. Onun şəxsiyyət vəsiqəsində soyadı tahayev olaraq qeyd olunmuşdur İş materiallarında olan Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quba rayonu, Kunxırt kəndində anadan olmuş xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi7dır. Onun şəxsiyyət vəsiqəsində soyadı Alimova olaraq qeyd olunmuşdur. İş materiallarında olan Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi8dır. Onun şəxsiyyət vəsiqəsində soyadı Atayeva olaraq qeyd olunmuşdur. İş materiallarında olan Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quba rayonu, Güləzi kəndində anadan olmuş xx.xx.1949-cu il təvəllüdlü Ərizəçi6dır. Onun şəxsiyyət vəsiqəsində soyadı Tahayeva olaraq qeyd olunmudur. İş materiallarında olan Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quba rayonu, Kunxırt kəndində anadan olmuş xx.xx.1999-cu il təvəllüdlü Ərizəçi4dur. Onun şəxsiyət vəsiqəsində soy adı Tahayev olaraq qeyd olunmuşdur. İş materiallarında olan Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quba rayonu, Kunxırt kəndində anadan olmuş xx.xx.1986-cı il təvəllüdlü Ərizəçi3dur. Onun şəxsiyyət vəsiqəsində soyadı Tahayev olaraq qeyd olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünr ki, X17 xx.xx.2018-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X17, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 Quba rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 03 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-034A kod 30312028 saylı Şəhadətnamə tərtib edilərək 0.15 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X17, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 Quba rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 03 saylı qərarına əsasən Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 034A kod 30312028 saylı Şəhadətnamə tərtib edilərək, 0.15 ha torpaq sahəsi verilmişdir. Şəhadətnamə də “X17” əvəzinə “X12”, “Ərizəçi1” əvəzinə “X9”, “Ərizəçi2” əvəzinə “X7”, “Ərizəçi3” əvəzinə “X13”, “Ərizəçi4” əvəzinə “X10”, “Ərizəçi5” əvəzinə “X14”, “Ərizəçi6” əvəzinə “X5”, “Tahayeva (Alimova) Ülkər Arifşah qızı” əvəzinə “Yahyayeva (Alimova) Ülkər Arifşah qızı” və “Tahayeva (Atayeva) Vüsalə Kamil qızı” əvəzinə “Yahyayeva (Atayeva) Vüsalə Kamil qızı” kimi qeyd edilmişdir. X17, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 məhkəmədən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-034A kod 30312028 saylı Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN-034A kod 30312028 saylı X1, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Tahayeva (Alimova) Ülkər Arifşah qızı və Tahayeva (Atayeva) Vüsalə Kamil qızına məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər X17, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Tahayeva (Alimova) Ülkər Arifşah qızı və Tahayeva (Atayeva) Vüsalə Kamil qızının hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-034A kod 30312028 saylı X1, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Tahayeva (Alimova) Ülkər Arifşah qızı və Tahayeva (Atayeva) Vüsalə Kamil qızına münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar