Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1950/2024 17.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X16 qızının katibliyi, İddiaçı Yunis oğlunun, cavabdeh X7 və onu nümayəndəsi vəkili X15 iştirakı ilə İddiaçı Yunis oğlunun Cavabdeh və Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı «mirasın qəbul etmə müddətinin bərpa edilməsi, vərəsəlik hüququnun müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Yunis oğlu məhkəməyə ərizə ilə müraciət edərək, 29 mart 2007-ci il tarixində vəfat etmiş atası X4 miras qalmış Quba rayonu, Dağ Güləzi kəndində yerləşən JN-149A KOD 30312018 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnamə”yə əsasən 0,20 ha, JN-0141 KOD 30312018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X30” na əsasən 0,40 ha torpaq sahəsi və Quba rayonu Yeni Güləzi kəndi ərazisində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində onun vərəsəlik hüququmun müəyyən edilməsi və mirasın ötürülmüş qəbul etmə müddətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən İddiaçı Yunis oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdiriləsi barədə ərizə ilə müraciət edərək, 29 mart 2007-ci il tarixində vəfat etmiş atası X4 miras qalmış Quba rayonu, Dağ Güləzi kəndində yerləşən JN-149A KOD 30312018 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnamə”yə əsasən 0,20 ha, JN-0141 KOD 30312018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X30” na əsasən 0,40 ha torpaq sahəsi dair mirasın qəbul edilməsi üçün ötürülmüş müddətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Yunis oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, 29 avqust 1958-ci il tarixdə Quba rayon Güləzi kəndində anadan olmuşdur. X2r. O, 29 mart 2007-ci il tarixdə Quba rayonu Güləzi kəndində vəfat etmiş və Güləzi kənd qəbirstanlığında dəfn edilmişdir. O, atası Y.Babayevi el adəti üzrə dəfn edib, onun dəfni ilə əlaqədar bütün xərcləri çəkərək ondan qalan mirası faktiki qəbul edirək, bir hissəsini hal-hazırda da idarə edir. Atası Y.Babayev vəfat etdikdən sonra Quba rayon Güləzi kəndində JN-149 A N-li ‘"Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə” əsasən 0,20 ha, JN-141 30312018 N-li “Torpağa Mülkiyyət Hüququna X30na” əsasən 0,40 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi və atasının yaşadığı Dağ Güləzi kəndində yerləşdiyi üçün və həmin zona sürüşməyə məruz qaldığı üçün orada yerləşən evinin əvəzinə Quba rayonu Yeni Güləzi kəndi ərazisində ayrılmış 0.08 ha torpaq və həmin torpaq üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Onun hazır ki, iddiası üzrə cavabdeh qardaşı atasından miras qalmış bütün əmlakları mənimsəyərək onun vərəsəlik hüquqlarını pozmuşdur. JN-149 A N-li “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə” əsasən 0,20 ha və JN-141 30312018 N-li “Torpağa Mülkiyyət Hüququna X30na” əsasən atasından Dağ Güləzi kəndində 0,40 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi miras qalmışdır. 08 sentyabr 1958-ci il tarixli doğum haqqında şəhadətnamədən aşkar olur ki, X13 onun doğma atasıdır. xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən aşkar olur ki, atası X13 29 mart 2007-ci il tarixində Güləzi kəndində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs 11 iyul 2024-cü il tarixli məktubundan aşkar olur ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş atası X4 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ona imtina cavabı verilmişdir. Ona görə də halhazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı Yunis oğlu iddianı müdafiə edərək, iddia ərizəsində yazılnalara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 və onu nümayəndəsi vəkili X21 iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 13 avqust 2021-ci il tarixli arayışından görünür ki, X14 ilə X11 arasında nikah Quba rayonu, Güləzi İN tərəfindən xx.xx.1950-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan İ-ИЕ 526352 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Yunis oğlu xx.xx.1956-cı ildə anadan olmuşdur. Onun atası X9r. İş materiallarında olan xx.xx.2021-cı il tarixdə verilmiş, AZ-İİ seriyalı 152145 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2007-ci ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən İddiaçı Yunis oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli 1436№li məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddətini ötürmüş və vərəsələr arasında mübahisə olduğuna görə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında Quba RİHB-nın Güləzi kənd İƏD üzrə nümayəndəsinin 18 may 2022-ci il tarixli 192 №li arayışdan görünür ki, X3 rayonu Güləzi kəndində qeydiyyatda olmuş və xx.xx.2007-ci ildə Quba rayonu, Güləzi kəndində vəfat etmişdir. Vəfat etdikdən sonra vərəsələri oğlu X17, oğlu İddiaçı Yunis oğlu, oğlu Cavabdeh Yunus oğlu və qızı X12 qalmışdır. İş materiallarında olan JN-0141 KOD 30312018 saylı Torpağa Mülkiyyət Hüququna X25 görünür ki, X6 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 30 mart 2002-ci il tarixli, 03 saylı qərarı ilə 0.40 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-149A KOD 30312018 saylı Torpağa Mülkiyyət Hüququna X25 görünür ki, X6 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 30 mart 2002-ci il tarixli, 03 saylı qərarı ilə 0.20 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan 7-e-2713 reyestr nömrəli,09 avqust 2006-cı il tarixli vəsiyyətnamədən görünür ki, X3 rayonu, Güləzi kəndində yerləşən yaşayış evini və 0,20 ha həyətyanı torpaq sahəsini Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan 001591 saylı vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı Yunis oğlu 29 avqust 1958-ci il tarixdə Quba rayonu, Güləzi kəndində anadan olmuş, atası X9r. X14 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra vərəsələri oğlu X17, oğlu İddiaçı Yunis oğlu, oğlu Cavabdeh Yunus oğlu və qızı X12 qalmışdır. 7-e-2713 reyestr nömrəli,09 avqust 2006-cı il tarixli vəsiyyətnaməyə əsasən X3 rayonu, Güləzi kəndində yerləşən yaşayış evini və 0,20 ha həyətyanı torpaq sahəsini Cavabdeh vəsiyyət etmişdir. Qanunu bilməməzlikdən və savadsızlıqdan atası vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. X1 qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə buraxdığı üçün miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı Yunis oğlunun atası X10 Quba rayon AİK-nın JN-149A KOD 30312018 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnamə”yə əsasən Quba rayonu, Güləzi kəndində yerləşən 0,20 ha və JN-0141 KOD 30312018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X30” na əsasən Quba rayonu, Güləzi kəndində yerləşən 0,40 ha torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməsinin səbəbi üzürülü sayılaraq uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Yunis oğlunun atası X10 Quba rayon AİK-nın JN-149A KOD 30312018 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnamə”yə əsasən Quba rayonu, Güləzi kəndində yerləşən 0,20 ha və JN-0141 KOD 30312018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X30” na əsasən Quba rayonu, Güləzi kəndində yerləşən 0,40 ha torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməsinin səbəbi üzürülü sayılaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1950/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1950/2024
17.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver