Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1957/2023 07.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkili X3, Cavabdeh Bayım oğlunun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı ölçüsü sənədinin ləğv edilməsi və hüquqların dövlət reyestrində qeydiyyatın çıxarılmasına” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0059, KOD 30310018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 7135.00 kv.m torpaq sahəsinə dair Quba rayon Dövlət Notariat Kontorunda xx.xx.2005-ci il tarixdə bağlanmış 4- Ə-389 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli çıxarışın və torpaq sahəsini planı və ölçüsünün ləğv edilməsi, həmin torpaq sahəsi ilə bağlı Cavabdeh Dövlət reyestrində qeydiyyata alınmış hüquqların dövlət reyestrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Özbəkistan Respublikasının Əndican vilayətində anadan olmuşdur. 1981-ci ildə X11 ilə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından dörd uşaqları vardır, uşaqların hamısı yetkinlik yaşına çatmışlar. 1990-cı ildə Özbəkistanda baş vermiş məlum hadisələr nəticəsində ailələri Azərbaycan Respublikasına pənah gətirmiş, o vaxtdan da ailələri Quba rayonu, Vəlvələ kəndində məskunlaşmışdır. Həmin ildə onlarla bərabər qaynı Eldar Əliyevində ailəsi Quba rayonu, Vəlvələ kəndində gəlmişdir. Dövlət tərəfindən onlara fərdi yaşayış evinin tikintisi üçün 0.08 ha həyətyanı torpaq sahəsi verilmiş və özləri həmin torpaq sahəsində yaşayış evi tikərək, 1991-ci ildən həmin evdə yaşayır. Beləliklə, 2000-ci ildən başlayaraq X7na və ailəsinə məxsus Quba rayonu, Vəlvələ ərazisində yerləşən 1.24 ha torpaq sahəsini ailələri istifadə etmişdir. İllər keçdi Eldar Əliyev geri qayıtmadı, ona görə də onlar ondan xahiş etmiş ki, onlara məxsus torpaq sahəsinə dair adlarına etibarnamə göndərsin. 17 mart 2013-cü il tarixdə qaynı Eldar və həyat yoldaşı İsminaz onun adına həmin torpaq sahəsinə dair notariatda təsdiq edilmiş etibarnamə göndərmişdir. Etibarnamənin müddəti 2038-ci ilə qədərdir. X6 16 yanvar 2007-ci il tarixdə vəfat etmişdir. X7 30 aprel 2021-ci il tarixdə Qazaxıstan Respublikasında vəfat etmişdir. 2008-ci ildə həmin torpaq sahəsinin yerləşdiyi ərazidən dövlət əhəmiyyətli su kanalı çəkilmiş, nəticədə qaynı Eldarın mülkiyyətinə verilmiş 1.24 ha torpaq sahəsinin 5236,00 kv.m hissəsi su kanalının altına düşmüş və buna görə təxminən 3000 dollar məbləğində kompensasiya pulu ödənilmişdir. Həmin pulu o, təhvil alaraq 2008-ci ildə də Qazaxıstan Respublikasına qaynı Eldarın ata tərəfdən doğma bacısı olan X8 adına bank vasitəsilə göndərmişdir. 2022-ci ilin yanvar ayında Cavabdeh Bayım oğlu onun iş yerinə gələrək bildirmişdir ki, qaynı Eldar və həyat yoldaşı İsminazın etibarnamə əsasında ona həvalə olunmuş Quba rayonu, Vəlvələ kəndində yerləşən 7135,00 kv.m torpaq sahəsinə adına reyestrdən çıxarış almış və tələb etdi ki, artıq həmin torpaq sahəsinə daxil olmasın. Ona etirazını bildirmiş ki, həmin torpaq sahəsi heç vaxt satılmamış, torpaq sahəsinə dair Dövlət Aktının əsli ondadır. 2022-ci ilin avqust ayında o, həmin torpaq sahəsində əkdiyi əkini biçdikdən sonra oranı şumlatmışdır. Lakin cavabdeh özü orada əkin əkmiş, artıq onu həmin torpaq sahəsinə buraxmır. Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi vəkili X10 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Bayım oğlunun nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək, iddiaçının subyektiv hüququ olmadığından iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-0059, KOD 30310018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, ünvan 1ində yerləşən 1.24 ha torpaq sahəsi X16 və X4 mülkiyyətindədir. İş materiallarında olan **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.7135 ha torpaq sahəsi Cavabdeh Bayım oğlunun mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X13 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan ** AD ***6352 saylı, xx.xx.2013-cü il tarixli etibarnamədən görünür ki, X16 və X9 xx.xx.1997-ci il tarixli qərarı ilə onların mülkiyyətinə verilən JN:0056, kod 30310018 saylı, ümumi sahəsi 1.24 ha olan torpaq sahəsini idarə etməsi və onun barəsində sərəncam verməsi üçün İddiaçı etibar etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, JN-0059 KOD 30310018 nömrəli “Torpağa mülkiyyət dair dövlət aktında göstərilmiş 7135.00 kv.metr torpaq sahəsi Quba rayon Dövlət notariat kontorunun xx.xx.2005-cı il tarixli, 4-Ə-389 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh Bayım oğlunun adına özgəninkiləşdirilmiş, dövlət reyestrindən Cavabdeh Bayım oğlunun adına ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı JN-0059, KOD 30310018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 7135.00 kv.m torpaq sahəsinə dair Quba rayon Dövlət Notariat Kontorunda xx.xx.2005-ci il tarixdə bağlanmış 4-Ə-389 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli çıxarışın və torpaq sahəsini planı və ölçüsünün ləğv edilməsini, həmin torpaq sahəsi ilə bağlı Cavabdeh Dövlət reyestrində qeydiyyata alınmış hüquqların dövlət reyestrindən çıxarılmasını tələb etmişdir. Lakin, Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətində deyildir. Mübahisəli torpaq sahəsi JN-0059, KOD 30310018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X16 və X2 mülkiyyətindədir. Mübahisəli torpaq sahəsinin iddiaçıya etibarnamə əsasında etibar edildiyini qeyd etsə də, ** AD ***6352 saylı, xx.xx.2013-cü il tarixli etibarnaməsinə əsasən X16 və X9 xx.xx.1997-ci il tarixli qərarı ilə onların mülkiyyətinə verilən JN:0056, kod 30310018 saylı, ümumi sahəsi 1.24 ha olan torpaq sahəsini idarə etməsi və onun barəsində sərəncam verməsi üçün İddiaçı etibar etmişlər. Lakin, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Quba rayonu, AİK-nın xx.xx.1997-ci il tarixli qərarı ilə JN-0059, KOD 30310018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında X16 və X2 mülkiyyətindədir. Yəni, ** AD ***6352 saylı, xx.xx.2013-cü il tarixli etibarnamə ilə iddiaçıya etibar edilmiş torpaq sahəsi ilə iddiaçının mübahisələnirdiyi torpaq sahəsi eynilik təşkil etməmişdir. Həmçinin, İddiaçı həmin iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri tərəfindən iddiaçıya etibarnamə verilməsi onun həmin əmlak üzrə subyektiv hüququnun yaranmasına səbəb olmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi JN-0059, KOD 30310018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X16 və X4 mülkiyyətindədir. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması barədə iş materillarında sübut mövcud deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı ölçüsü sənədinin ləğv edilməsi və hüquqların dövlət reyestrində qeydiyyatın çıxarılmasına” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı ölçüsü sənədinin ləğv edilməsi və hüquqların dövlət reyestrində qeydiyyatın çıxarılmasına” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1957/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1957/2023
07.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver