Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1958/2023 26.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası cəlb olunmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 fevral 1994-cü ildə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş oğlu X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməs barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Quba rayonu, İİ-Nügədi kəndində yaşayır. 02 noyabr 1986-cı il tarixdə X6 ilə rəsmi nikaha daxil olub və birgə nikahdan 08 fevral 1994-cü il təvəllüdlü X7 adlı uşağı anadan olmuşdur. X11 3 aylıq körpə olarkən qəflətən qıcolma keçirmiş və 7 gün komada qaldıqdan sonra yenidən həyata qayıtmışdır. Lakin bundan sonra X11 iflic olmuşdur. Hazırda onun 29 yaşı vardır. Lakin oğlu nə yeriyə, nə də ki, özünü idarə edə bilir. O, hazırda əlil arabası ilə hərəkət etdirilir. Həmçinin yeməyi və bütün ehtiyaclarını onun köməkliyi ilə ödəyir. Artıq illərdir müayinə və müalicə olur. Lakin X11 öz yaşına görə davrana və qavraya bilmir. Artıq bu xəstəlik ilə əlaqədar olaraq onda əqli gerilik də yaranmış, öz hərəkətlərinin mənasını başa düşmür. Müxtəlif dövlət orqanlarında öz adından hərəkət edərək hüquqmüəyyənedici sənədlər əldə edə və ya onları imzalaya bilmir. X11 öz hərəkətlərini idarə edə bilmədiyi üçün onun imzası notariat orqanında qəbul edilmir. Ona görə də Murad Mədətovun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Quba RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan XVİİİ-ЖГ 410824 seriya və nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən göründüyü kimi, X7 08 fevral 1994-cü ildə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, atası X6, anası Ərizəçi qeyd edilib. İş materiallarında olan AZ-İ 376437 seriya və nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, X6 ilə Quba rayonu, Ərizəçi arasında 02 noyabr 1986-cı il tarixində nikah bağlanmış, 62 nömrə ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3039 saylı ekspert rəyindən göründüyü kimi, X5 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara yoxlanılan şəxsin asfiksiya ilə anadan olması, körpəlikdən onda serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda xeyli geri qalması, nitqinin inkişaf etməməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, Bakı şəhər X3 müalicələrdə olması, Rusiya Federasiyası Yekaterinburq şəhər tibbi müəsissəsində xx.xx.2003-cü il tarixdən xx.xx.2003cü il tarixə kimi “MSS-nin üzvi xəstəliyi, sağ beyin yarımkürəsinin kistası, uşaq serebral iflici, ağır forma. Dizarteriya. Psixi və nitq inkişafının ləngiməsi. Funksional kardiopatiya” diaqnozu ilə stasionar müalicədə olması, xəstəliyi ilə əlaqədar İ qrup olması, fizioloji ifrazatları ilə natəmiz olması, hər-hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, göstərilən səbəblərlə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə gedişatında dərin əqli gerilik əlamətlərinin müəyyən edilməsi və s.) sübut edir. X5 Uşaq serebral iflicinin qalıqəlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 onda müəyyən edilən uşaq serebral iflici, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, Qəyyum və himayəçilik fəaliyyətinə nəzarət edilməmiş və ya məhdudlaşdırılmış fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilməsi. Yetkinlik yaşına çatmayanlar güclü qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyəsini gücləndirmək təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının ailə məhsulları ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından ərizə təmin edilməli, 08 fevral 1994-cü ildə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 fevral 1994-cü ildə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X7 üzərində qəyyumluq təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına məlumat verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1958/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1958/2023
26.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver