Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-198/2021 04.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı Abdı oğlunun iştirakı ilə, İddiaçı Abdı oğlunun cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Abdı oğlu cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən hesablanmış 533.72 manat məbləğində pulun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı Abdı oğlu iddianı müdafiə edərək, onunla əsaslandırdı ki, o, Quba rayonu, Vladimirovka kəndində ona və ailəsinə məxsus həyətyanı torpaq sahəsində yerləşən evdə yaşayır. “xxxx” la olan müqaviləyə əsasən elektrik enerjisindən istifadə edir və iistifadə etdiyi elektrik enerjisinin dəyərini mütəmadi ödəyir. Elektrik enerjisindən istifadəyə görə sayğac yaşadığı evin kənarına hasara yerləşdirilmiş və onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Lakin “xxxx” ASC-nin əməkdaşları onun xəbəri və iştirakı olmadan elektrik sayğacına müdaxilə etdiyinə görə ona akt tərtib edib və ona qanunsuz 533.72 manat məbləğində əlavə sərfiyyat hesablamışdır. Bu səbəbdən xx.xx.2020-ci tarixdə Şimal RETİİ-yə şikayət edib araşdırma aparılmasını tələb edib, lakin heç bir araşdırma aparılmadan ona akt tərtib edilərkən elektrik enerjisindən istifadə qaydalarının tələblərinə riayət olunduğu barədə xx.xx.2020-ci il tarixli məktubla cavab verilib və hal-hazırda onu elektrik enerjisindən istifadə etməkdən məhrum etməklə hədələyirlər. Bu səbəbdən “xxxx” ASC-nin hərəkətlərindən və əsassız hesablanmış borcun silinməsi üçün məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirdi və göstərilənləri nəzərə alaraq, “xxxx” ASC tərəfindən hesablanmış 533.72 manat məbləğində pulun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh “xxxx” ASC ona qarşı verilmiş iddiaya qarşı etirazı məhkəmənin dəftərxanası vasitəsi ilə məhkəməyə təqdim edərək, etirazda göstərilmişdir ki, İddiaçı Abdı oğlunun Quba rayonu, Vladimirovka kəndində ona və ailəsinə məxsus fərdi yaşaış evinə EEİQ-nin pozulması ilə əlaqədar tərtib edilmiş akta əsasən hesablanmış 533.72 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edib. Belə ki “xxxx” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırımlmış elektrik hesabat sayğacına baxış keçirilən zaman elektrik hesabat sayğacının sərf olunan elektrik enerjisinin tam qeyd etməməsi halı aşkar edilmişdir. Daha obyektiv yoxlama aparılması məqsədilə xətdən axan yük ampermaşa ilə ölçülmüş, elektrik hesabat sayğacının naqildən keçən yükün 100% qeyd etməməsi təsdiqlənmişdir. Bu zaman faktiki olaraq xətdən axan yük 2,2 kvt olsada, sayğacın qeydə aldığı yük 1.0 kvt olmuşdur və sayğacın işləməməsi bir daha təsdiq edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.16-cı bəndinin tələblərinin pozulması haqqında İddiaçı Abdı oğlunun iştirakı ilə xx.xx.2020-ci il tarixli, NDM 019013 saylı akt tərtib edilmişdir. Lakin P. Məmmədov aktı imzalamaqdan imtina etmiş, bununla bağlı qeyd aparılmışdır və ona görə İddiaçı Abdı oğlunun “xxxx” ASC-yə qarşı elektrik enerjisindən istifadəyə görə 533.72 manat məbləğində borcun silinməsinə dair iddia tələbinin hüquqdan sui istifadə olduğu üçün idianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh “xxxx” ASC-nin nümayəndəsinin məhkəmədə iştirakını təmin etmək məqsədilə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5ci maddəsinə əsasən, məhkəmə cavabdeh “xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etiraz ərizəsini, işdə olan sənədləri, tam, hərətəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənəddən görünür ki,abunə kodu **********00546 abonent saldosu İddiaçı Abdı oğlunun adınadı və onun adına 533.72 manat borc hesablanmışdır. İş materiallarında olan Quba rayon İHB-nın Vladimirovka İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş aryışdan məlum olur ki, Məmmədov X1 rayonu, vladimirovka kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-218F kod 30311018 saylı şəhadətamədən görünürki, İddiaçı Abdı oğlu və onun ailə üzvlərinə Quba rayon Aqrar islahatı Komissiyasının qərarı ilə Quba rayonu Vladimirovka kəndində 0.06 ha fədi yaşayış evi tikmək məqsədilə həyətyanı torpaq sahəsi verilmişdir. İş materialında olan “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, NDM 019013 saylı aktın surətindən görünür ki, faktiki olaraq xətdən axan yük 2,2 kvt olsada, sayğacın qeydə aldığı yük 1.0 kvt olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü maddəsində nəzərdə tutulur ki, enerji təchizatçı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu maddəsində nəzərdə tutulur ki, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablanması üçün, yaşayış binalarındakı hər bir mənzil özrə hesablaşma elektrik sayğacı quraşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4 nömrəli əlavənin 5-ci bəndində göstərilir ki, elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası MM-ndə nəzərdə tutlmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plobların qorunmasına və işçi vəziyyətdə saxlanlmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə pozuntuya yol verildiyi aşkar edildikdə, eneryi təchizatı müəssisəsinin nümayəndəsi onun və 2 nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və 2 nəfər hal şahidi tərəfindən imzalnmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə akta müvafiq qeyd aparılır. xx.xx.2020-ci il tarixli, NDM 019013 saylı aktdan isə müəyyən edilir ki, akt tərtib edilərkən hal şahidlərinin əvəzinə enerji təchizatı müəssisəsinin əməkdaşları iştirak edərək akta imza etmişlər. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. İş materiallarında olan .“xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, x xxx 019013 saylı aktın surətindən müəyyən edilir ki, İddiaçı Abdı oğluna məxsus Quba rayonu, Vladimirovka kəndində olan evində elektrik sayğacı yoxlanılmış və akt tərtib edilmiş aktı iki nəfər imza etmiş və hər ikisi “xxxx” ASC-nin əməkdaşları A. Quliyev və G. Vəliyevdir. Şərh edilənləri və İddiaçı Abdı oğluna məxsus **********00546 nömrəli abonent hesabına akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.33–cü bəndinin tələblərinin pozulduğunu, yəni akt tərtib edilərkən hal şahidlərinin iştirak etmədiklərini nəzərə alaraq, məhkəmə iddiacı İddiaçı Abdı oğluna məxsus **********00546 nömrəli abonent hesabına xx.xx.2020-ci il tarixli,NDM 019013 nömrəli akt üzrə hesablanmış 533.72 manat məbləğində pulun İddiaçı Abdı oğlunun abonent hesabından silinməsini qanuni hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. “xxxx” ASC əməkdaşları tərəfindən Quba rayonu Vladimirovka kəndində yerləşən İddiaçı Abdı oğluna məxsus evə **********00546 nömrəli abonent hesabına xx xxxx 2020-ci il tarixli, NDM 019013 nömrəli akt üzrə hesablanmış 533 (beş yüz otuz üç) manat 72 qəpik məbləğində borc silinsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-198/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-198/2021
04.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver