Məhkəmə qərarları › İş №2(027)-1980/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1980/2021

23.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1980/2021 23.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il ytarixli, 17 nömrəli qərarı ilə verilmiş JN-214 KOD 30313088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi X11 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, Quba rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci tarixli, 17 nömrəli qərarı ilə ona və ailə üzvlərinə JN-214 kod 30313088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X25 adı “Ərizəçi” əvəzinə səhvən "Ərizəçi Camal qızı” kimi yazılaraq, atasının adı səhv qeyd olunmuşdır. Qeyd edib ki, adına verilmiş doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnamədə ad, soyad və ata adı Ərizəçi kimi qeyd olunmuşdur. Dövlət Aktında qeyd olunan Ərizəçi Camal qızı səhv olaraq qeyd olunmuşdur. Həyat yoldaşı X5 17.11,2008-ci il tarixdə vəfat etmişdir. Hazırda sənədləşmə işi ilə əlaqədar torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan yanlışlıq olduğuna görə sənədləşmə işi apara bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə alaraq, Quba rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il ytarixli, 17 nömrəli qərarı ilə verilmiş JN-214 KOD 30313088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X24 bildirdi ki, Ərizəçi onun bacısıdı, ailədə dörd qardaş beş baçı olublar, atasının adı Cəlaldır. Torpağın Mülkiyyətə verilməsinə dair JN-214 KOD 30313088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “Ərizəçi” qızı əvəzinə “Ərizəçi Camal” qızı səhv olaraq yazılmışdır. Məhkəmə Ərizəçi nümayəndəsi X6, şahid X19 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb iş materiallarında olani sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan JN-214 KOD 30313088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 30.03.20202-ci il tarixli, 03 nömrəli qərarı ilə Quba rayonu, Hacıqaib kənd sakini X2 və onun ailə üzvlərinə, kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 4.00 ha torpaq sahəsi mülkiyyətə verilmiş, pay sahibi kimi Ərizəçi Camal qızı kimi yazılmışdır.. İşdə olan İ-ЖГ№ 259913 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi arasında 04.03.1974-cü il tarixdə Quba rayonu Yelenovka kənd sovetində nikah bağlanmış, 03 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən və Quba rayonu Hacıqaib İƏD-si üzrə nümayəndəliyinin 27.08.2021-ci il tarixli 686 nömrəli arayışından görünür ki, Ərizəçi Quba rayonu Hacıqaib kəndində qeydiyyatdadır, hal-hazırda həmin kənddə yaşayır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 19.08.2021-ci il tarixli məktubda Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan Quba rayon İHB-nın Hacıqaib İƏD-si üzrə nümayəndəliyinin 23.08.2021-ci il tarixli 632 nömrəli arayışından görünür ki, Hacıqaib kənd sakini Ərizəçi mərhum əri X1 adına verilmiş JN- 214 KOD 30313088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında pay sahibi kimi adı qeyd olunan Ərizəçi eyni şəxs olduğu qeyd edilib. İşdə olan Quba rayon İHB-nın Hacıqaib İƏD-si üzrə nümayəndəliyinin 23.08.2021-ci il tarixli 633 nömrəli arayışından görünür ki, X5 həqiqətən Quba rayonu Hacıqaib kəndində yaşamış, 17.11.2008-ci ildə həmin kənddə vəfat etmiş, arvadı Ərizəçi, oğlanları, X11, X13, qızları, X8, X9, X7, X10, X3 adlı vərəsələri qalmışdır. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-214 KOD 30313088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Torpağın Mülkiyyətə verilməsinə dair JN-214 KOD 30313088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar