Məhkəmə qərarları › İş №2(027)-2005/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2005/2025

08.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2005/2025 08.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsna qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbi Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsna qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş 04 iyun 2025-ci il tarixli arayışa əsasən X5 ümumi xəstəlik səbəbindən İ qrup əlilliyə görə pensiya təyin edilmişdir.

2. AZE 14727071 saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən X8 15 may 1964-cü il tarixdə anadan olmuşdur.

3. AZ-İ seriyalı 758619 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X8 ilə X1 arasında 28 iyul 2012-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2012-ci ilin iyul ayının 28-ci günündə 18 nömrəsi ilə qeyd edilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 3606 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, X3 “X7(AĞİL ZƏİFLİYİ)” (F01) aşkar olunur. Yoxlanılan şəxs X3 “X7 (ağıl zəifliyi)”, davranış pozuntuları ilə” müəyyən edilir. Yoxlanılan şəxs X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Yoxlanılan şəxs X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü Quba rayonu Digah kənd sakini X2nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il təvəllüdlü Quba rayonu Digah kənd sakini X8 ilə xx.xx.2012-ci ildə rəsmi nikaha girib ailə qurmuşdurlar. Ancaq 28 ildir ki ailə kimi birlikdə yaşayırlar. Birgə nikahdan övladları yoxdur. X2 bir neçə dəfə insult keçirmişdir.İlk dəfə 2011-ci ildə noyabr ayında insult keçirmişdir. Sonuncu dəfə isə 2022ci ildə insult keçirmişdir. Ərizəçi qeyd edir ki, ondan sonra özünə nəzarət edə bilmir,hərəkət edə bilmir, danışıq qabiliyyəti yoxdur. Eşitmə qabiliyyəti də çox zəifdir. Özözünə qışqırır, yatmır, tez əsəbləşir. Özünə heç cür nəzarət edə bilmir. Əqli qabiliyyəti yerində deyil, hərəkətlərinin mənasını anlamır. Ərizəçi onun qulluğundadır, o, olmasa tək başına qalması, yaşaması mümkün deyildir. Mütləq yanında kimsə olmalıdır. 2011-ci ildən birinci qrup əlilliyi vardır. Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq arayışlarında da Əli Həmzəyevin kənar şəxsin qulluğuna ehtiyacı olduğu qeyd olunmuşdur. Hətta tibbi komissiyadan keçmək üçün də onların evinə gəlib xəstəni müayinə etmişdirlər. Çünki daimi yataq xəstəsidir. Yerindən tərpənə bilmir, hərəkət edə bilmir. Həkimə aparıb müayinədən keçirmək mümkün deyildir. Xəstə ya evdə gəlib müayinə olunmalı, ya da təcili yardım gəlib aparmalıdır. Ərizəçi bildirir ki, əri onunla yaşayır, ona baxaraq qulluq göstərir. X12 mütəmadi olaraq müalicə alır, lakin heç bir müsbət nəticəsi yoxdur. Bəzi hallarda onun tərəfindən hüquq müəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşirlər. X8 üzərində qəyyum təyin edilməsi zəruridir. Ona qəyyum təyin edilməsi üçün də X2nun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş edir.

b) İddiaya qarşı etirazın dəlilləri

7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları 8.Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. 9.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.

319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.

İV. MƏHKƏMƏNİN MÖVQEYİ

14. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

15. Belə ki, mülki qanunvericiliyə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir.

16. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı öz təsdiqini tapdığından, 15 may 1964-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

16. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 3606 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, X3 “X7(Ağııl Zəifliyi)” (F01) aşkar olunur. Yoxlanılan şəxs X3 “X7(ağııl zəifliyi)”, davranış pozuntuları ilə” müəyyən edilir.Yoxlanılan şəxs X3 “X7(Ağııl Zəifliyi)”, davranış pozuntuları ilə” müəyyən edilir. Yoxlanılan şəxs X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Yoxlanılan şəxs X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.

17. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən ekspert rəyi iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.

18. Ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

19. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır.

V NƏTİCƏ :

20. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və 15 may 1964-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

21. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin olunsun. 15 may 1964-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X4 üzərində qəyyumluq təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına məlumat verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar