Məhkəmə qərarları › İş №2(027)-2008/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2008/2023

10.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2008/2023 10.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı Cavabdeh1, Cavabdeh2-nə qarşı “qiymətləndirmə və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2-nə qarşı “qiymətləndirmə və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, ərizəni və iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2-nə qarşı “qiymətləndirmə və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov Quba rayon Məhkəməsinin hakimi cənab Rahim Həsənova X2 tərəfindən VƏSATƏT Quba rayon Məhkəməsinin 2(027)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı X1 maraqlı Quba Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hazırda zərurət aradan qaldırıldığından qeyd olunanlara əsasən, X A H İ Ş E D İ R Ə M: Quba rayon Məhkəməsinin 2(027)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməsi və işin icraatının təzələnməsi barədə qərardan qəbul edəsiniz. İmza: Svetlana Məstanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar