Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-201/2022 15.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı X4 nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməklə, evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməklə, evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1,Cavabdeh2, Teyyubova (Aydəmirova) Nərmin Malik qızı və Cavabdeh4 3600 manat kompensasiya verilməklə evdən istifadə hüquqlarına xitam verilməklə, onların 1 azyaşlı uşağı, 03.04.2010-cu il təvəllüdlü X7 ilə birlikdə evdən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu,Yenikənd kəndində 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ******* nömrəli RX seriyalı çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh1 oğlu, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Cavabdehlərin nikahı 2000-ci ildən sonra qeydə alınmışdır. Cavabdeh1 onun təsərrüfatından ayrılaraq nənəsinə məxsus evdə yaşamaqla həmin təsərrüfatın başçısı olmuşdur. Sonradan onun qocalığından istifadə edərək nikahları qeydə alınmamış cavabdehi də onun evinə gətirmişdir. Bu illər ərzində cavabdeh onu döyüb təhqir etmişdir. Onun şikayəti əsasında dəfələrlə ona qarşı araşdırmalar aparılmış və məsuliyyətə cəlb edilmişdir. Bu hadisələr barədə polis orqanının 03.08.2016-cı il və 18.06.2019-cu il tarixli qərarları mövcuddur və həmin qərarlara əsasən Cavabdeh1 dəfələrlə onu döyərək xəsarətlər yetirmişdir. Artıq onunla bir evdə yaşamaq mümkün deyildir. Digər Cavabdeh2 isə oğlu Cavabdeh1la 2000-ci ildən sonra nikah qeydiyyatına düşmüş və onun evində qanunsuz olaraq yaşayır. Qanunvericiliyə əsasən onun evdən istifadə hüququ yoxdur və belə olan halda 3 uşağı ilə birlikdə onun evindən çıxarılmalıdır. Onun evinin dəyəri cəmi 14000 manatdır. Həmin evdə digər övladının da istifadə hüququ vardır. Cavabdehlərə 3600 manat kompensasiya verilməklə onların evdən istifadə hüquqlarına xitam verilməli və onlar uşaqları ilə birlikdə evdən çıxarılmalıdırlar. Belə ki, rayonda ən mərkəzi yerdə kirayə mənzillərin qiyməti 80-100 manat həcmindədir. Həmin məbləğlə cavabdehlər bu evə uyğun şəraitdə uzun müddət 3 il yaşaya bilərlər və ona görə də onun təklif etdiyi kompensasiya məbləği tam uyğundur. Cavabdehlərin qızı Teyyubova (Aydəmirova) Nərmin Malik qızı 1998-ci il təvəllüdlü olmaqla ailə həyatı qurmuş və ər evində yaşayır. Məhkəmədə iddiaçı X4 nümayəndəsi X5 iddianı müdafiə edərək, bildirdi ki, atası X4 tikdiyi evdə cavabdehlər onu yaşamağa qoymur. Cavabdehlərin evdən çıxarılmaları üçün 3600 manat kompensasiya ödəməyə hazırdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, ona məhkəmə qaydasında sözügedən evdə yaşamaq hüququ verilmişdir. İddiaçılar ona və ailəsinə iki otaq vermiş, bir otaqda atası yaşayır, digəri isə iddiaçının nümayəndəsi tərəfindən bağlı saxlanılır. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman iş üzrə Cavabdeh4 iddianı qəbul etmərək, onlara qarşı verilmiş iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdi. Məhkəmə iddiaçı X4 nümayəndəsi X3, Cavabdeh1 dinləyib, digər Cavabdeh4 izahatını nəzərdən keçirib, iş materiallarını tam, hərtərəfli və obyektiv tətqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Tüləkəran İƏD üzrə nümayəndəliyinin 23.08.2021-ci il tarixli 354 nömrəli arayışından görünür ki, X2 rayonu, Yenikənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 22.07.2021-ci il tarixli 694 nömrəli arxiv arayışından görünür ki, Quba RİHB-nın Tüləkəran İƏV üzrə nümayəndəliyinin 1991-1995-ci illərə aid Yenikənd kəndi üzrə 3 saylı 35 təsərrüfatbaşına kitabında X6 152 saylı təsərrüfatın başçısı olub, karandaşla “vəfat edib” sözləri yazılmış və adının üstündən xətt çəkilərək təsərrüfat başçısı kimi Cavabdeh1 adı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin RX seriyalı ******* çıxarışdan görünür ki, Quba rayonu, Yenikənd kəndində yerləşən 137,7 m2 sahəsi olan fərdi yaşayış evi X1 mülkiyyətindədir. İş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/9456 nömrəli arayışdan görünür ki, Quba rayonu, Yenikənd kəndində yerləşən 137,7 m2 sahəsi olan fərdi yaşayış evinin bazar dəyəri 14000 manatdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan görünür ki, Cavabdeh1 ilə atası X8 aralarında münaqişələr olmuş və bu hal Cavabdeh1 inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddəyə əsasən mülkiyyət hüququ ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notariat qaydada təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birinə (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin möddəaları nəzərə alınmalıdır”. Konstitusiya Məhkəməsi daha sonra qeyd etmişdir ki, öz müstəqilliyini elan etmiş, hüquqi və demokratik dövlət quruculuğuna başlamış Azərbaycan Respublikasında dövlət tərəfindən mülkiyyət hüququna münasibət tamamilə dəyişmişdir. Konstitusiyanın 13 və 29 maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Azərbayçan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu, mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarınnın istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsi tələb etmək hüququnu verməsə də, o, yaşayış istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. Azərbayçan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 3.600 (on beş min) manat məbləğində kompensasiya verilməklə, onların Quba rayonu, Yenikənd kəndində yerləşən evə dair istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış evindən çıxarılmasını məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 3.600 (on beş min) manat məbləğində kompensasiya verilməklə onların Quba rayonu, Yenikənd kəndində yerləşən evə dair istifadə hüquqlarına xitam verilsin və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış evindən çıxarılsınlar. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-201/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-201/2022
15.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver