Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2020/2022 24.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-138 KOD 30316018 nömrəli Dövlət X5 və X13 ilə yanaşı ona, Ərizəçi məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 01 fevral 1999-ci il tarixli 115 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-138 KOD 30316018 nömrəli Dövlət Aktına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məqsədi ilə 0,76 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-138 KOD 30316018 nömrəli Dövlət Aktında onun adı Ərizəçi əvəzinə səhvən X3, yəni adı Məkanət əvəzinə Mətanət kimi yazılmışdır. O Dövlət Aktında qeyd olunmuş uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********89 nömrəli 30 dekabr 2021-ci il tarixli imtina məktubu almışdır. Dövlət Aktında yanlışlığları aradan qaldıra bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, Torpağa mülkiyyət hüququna dair JN-138 KOD 30316018 nömrəli Dövlət X1 və X13 ilə yanaşı ona, Ərizəçi məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iş üzrə şahid X6 bildirdi ki, o,. Quba rayonu, Aşağı-Atuc kəndinə gəlin köçüb, beş il orda yaşayıb, hal-hazırda qonşu kənddə yaşayır. Məkanətlə qonşu olublar, o kəndə gələndən ərizəçini Ərizəçi kimi tanıyır. Məhkəmə Ərizəçi və şahid X4 dinləyib işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan, Torpağa mülkiyyət hüququna dair JN-138 KOD 30316018 nömrəli Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-ci il tarixli 115 saylı qərarı ilə Quba rayon, Zərdabi kəndi ərazisindən kənd təsərrüfatı məqsədi ilə 0,76 ha torpaq sahəsi Quba rayonu, Zərdabi kənd sakinləri X9, X16, X8 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin X10 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyad, ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan İV-ЖГ 30838 seriya və nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, X11 ilə X7 arasında xx.xx.1986-cı ildə nikah bağlanmış və X11 “Mərdanova” soyadını qəbul etmişdir. Məhkəmədə müəyyən edildi ki, Torpağa mülkiyyət hüququna dair JN-138 KOD 30316018 nömrəli Dövlət Aktına əsasən Quba Rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-ci il tarixli 115 saylı qərarı ilə Quba rayon, Zərdabi kəndi ərazisindən kənd təsərrüfatı məqsədi ilə 0,76 ha torpaq sahəsi Quba rayonu, Zərdabi kənd sakinləri X9, X16, X8 mülkiyyətinə verilib, lakin Dövlət Aktında Ərizəçi əvəzinə X3 səhv yazılıb. Ərizəçi yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağa mülkiyyət hüququna dair JN-138 KOD 30316018 nömrəli Dövlət Aktının digər mülkiyyətçılərlə yanaşı ona da məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-138 KOD 30316018 saylı Dövlət X2 və X13 ilə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-138 KOD 30316018 saylı Dövlət X2 və X13 ilə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2020/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2020/2022
24.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver