Məhkəmə qərarları › İş №2(027)-2023/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2023/2023

19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2023/2023 19.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayonu, N.Nərimanov adına meyvəçilik sovxozunun 09 iyul 1992-ci il tarixli, 69 nömrəli əmrin verilməsinə dair Quba rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-DA-6F/2-Ş-786-39/2 saylı arxiv çıxarışının və həmin sovxozun 11 iyul 1992-ci il tarixli həyətyanı torpaq sahəsinin verilməsinə dair aktının ona məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, şəxsiyyətini təsdiq edən sənədlərində adı Müsbala, soyadı Şixməmmədov, atasının adı Zahir kimi qeyd olunmuşdur. Quba rayonu, N.Nərimanov adına meyvəçilik sovxozunun 09 iyul 1992-ci il tarixli, 69 nömrəli əmri əsasında həmin sovxozun 11 iyul 1992-ci il tarixli aktına əsasən ona yaşadığı Quba rayonu, Dağlı kəndində fərdi yaşayış evi tikmək üçün 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ona verilən vaxtdan halhazıra kimi istifadəsindədir. Şəxsiyyətini təsdiq edən sənədlərində adı Müsbala kimi qeyd olunsa da N.Nərimanov adına meyvəçilik sovxozunun 09 iyul 1992-ci il tarixli, 69 nömrəli əmrində adı Misübala, həmin sovxozun 11 iyul 1992-ci il tarixli aktında isə Müsübala səhvən olaraq qeyd olunmuşdur. Hazırda Quba rayonu, N.Nərimanov adına meyvəçilik sovxozunun 09 iyul 1992-ci il tarixli, 69 nömrəli əmrində adı Misübala, həmin sovxozun 11 iyul 1992-ci il tarixli aktında isə Müsübala kimi səhvən qeyd olunduğundan ona məxsus həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən həmin hüquqmüəyyənedici sənədlərin məxsus olması faktının müəyyən edilməsi tələb olunur. Bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rayastri publik hüquqi şəxsin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Ona qeyd etdiyi sənədlərində ad uyğunsuzluğu olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon İHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 278 №li arayışdan görünür ki, Şixməmmədov X2 qeydiyyatda olmaqla, hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-6F/2-Ş-7xx-xx/2023 saylı arxiv çıxarışından görünür ki, Quba rayon N.Nərimanov adına müyvəçilik sovxozu üzrə 09 iyul 1992-ci il tarixli 69№li əmrlə X4 Quba aqrofirmasının 18 yanvar 1991-ci il tarixli 14 №li əmrini əldə rəhbər tutaraq sovxozun ərazisində yaşayan Quba Aqrofirmasında torpaq növbəsinə alınan X4 fərdi yaşayış evi tikmək üçün Quba rayonu, Dağlı kəndi ərazisindən 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan N.Nərimanov adına sovxozun 11 iyul 1992-ci il tarixli həyətyanı torpaq sahəsinin verilməsinə dair aktdan görünür ki, Dağlı kənd sakini X1 09 iyul 1992-ci il tarixli 69 №li əmrinə əsasən 0,08 hektar torpaq sahəsi təhkim olunmuşdur. İş materiallarına əlavə olunmuş AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçidur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünüvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-Ş-0114-8/2023 saylı məktubundan görünür ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0.08 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Bələ ki, Quba rayon N.Nərimanov adına meyvəçilik sovxozunun xx.xx.1992-ci il tarixli 69 saylı qərarı əsasında sahəsinin yerləşdiyi ərazinin 1:2000; 1:10000 miqyasda yerquruluşu sxemləri əlavə olunmamışdır. Bundan əlavə bildirir ki, ərizəyə əlavə olunmuş Quba rayon N.Nərimanov adına meyvəçilik sovxozunun xx.xx.1992-ci il tarixli 69 saylı qərarın Quba rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-DA-6F/2-Ş-7xx-xx/2023 saylı arxiv çıxarışında və xx.xx.1992-il tarixli Torpaq sahəsinin verilməsinə dair Aktda hüquq sahibinin adında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Ərizənin icrasından imtina olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, ərizəçi “Ərizəçi” olduğu halda, Quba rayonu, N.Nərimanov adına meyvəçilik sovxozunun 09 iyul 1992-ci il tarixli, 69 nömrəli əmrin verilməsinə dair Quba rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48- DA-6F/2-Ş-7xx-xx/2023 saylı arxiv çıxarışında ərizəçinin adı «Müsbala» əvəzinə səhvən «Misübala», həmin sovxozun 11 iyul 1992-ci il tarixli həyətyanı torpaq sahəsinin verilməsinə dair aktında “Müsübala” kmi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında məhkəmələrə tövsiyyə edilir: “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.” Məhkəmə hesab edir ki, ərizəçilər hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişlər. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib məhkəmə hesab edir ki, Quba rayonu, N.Nərimanov adına meyvəçilik sovxozunun 09 iyul 1992-ci il tarixli, 69 nömrəli əmrin verilməsinə dair Quba rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-DA-6F/2-Ş-7xx-xx/2023 saylı arxiv çıxarışının və həmin sovxozun 11 iyul 1992ci il tarixli həyətyanı torpaq sahəsinin verilməsinə dair aktın Ərizəçi məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Quba rayonu, N.Nərimanov adına meyvəçilik sovxozunun 09 iyul 1992-ci il tarixli, 69 nömrəli əmrin verilməsinə dair Quba rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48- DA-6F/2-Ş-7xx-xx/2023 saylı arxiv çıxarışının və həmin sovxozun 11 iyul 1992-ci il tarixli həyətyanı torpaq sahəsinin verilməsinə dair aktın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar