Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2025/2020 30.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun abonent hesabından silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh’' İB-nin, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı AKT-ın etibarsız hesab edilməsinə, bu akt əsasında tərtib olunmuş xx xxxx 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə AKT-larının, qərarların ləğv olunması və onlar əsasında hesablanmış 216,0 manat pulun ona məxsus abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, X2 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları xx xxxx 2020-ci il tarixində yaşadığı ünvan 1 ünvanına gələrək “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı AKT tərtib edərək istifadəsində olan qaz sayğacını xəttən ayıraraq əvəzində Smart G- 4T DİAFRAQMA tipli 12587713 nömrəli yeni sayğac quraşdırdılar və 10925834 nömrəli yeni plomb vurdular. Sayğacın xəttən ayrılma səbəbi kimi AKT-da “Növbəti Dövlət Yoxlamasına Göndəriləcək” qeyd olunmuşdur. Sayğac xəttən açıldıqdan sonra baxış keçirmişlər və çıxarılan sayğacda heç bir nöqsan aşkar olunmadığını bildirmişlər. Yeni sayğac quraşdırıldıqdan sonra da vicdanlı Abonent olaraq mütamadi istifadə etdiyi qazın sərfiyyatını vaxtlı vaxtında ödəmişdir. 2020-ci ilin oktyabr ayında Cavabdeh-nin əməkdaşları tərəfindən ona bildiriş tədim olunanda bilmişdir ki, onun abonent koduna əlavə olaraq 216,0 manat dəyərində qaz sərfi yüklənilmişdir. Dərhal bu məsələ ilə bağlı Quba Xidmət Sahəsinə müraciət etmişlər. Müraciətinə cavab olaraq onarln ******* saylı AKT əsasında qaz xəttinin üzərindən açıb apardıqları sayğacında kənar müdaxilə olduğunu və bu səbəbdən də “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT tərtib olunaraq cərimə hesablanıldığını bildirmişlər. Bu cərimənin hardan və necə yaranması barəsində araşdırma apardığı zaman Cavabdeh-nin Quba Xidmət Sahəsinə müraciət etmişdir ki, bu cərimə nəyin əsasında və necə olub yazılıb. Oradan aidiyyatı üzrə gərəkli olan sənədləri ona təqdim etməmişlər. Məcbur olub Quba ASAN Xidmət mərkəzində fəaliyyət göstərən Cavabdeh-nin xidmət şöbəsindən tələb olunan sənədlərin bir surətini götürmüşdür. Sənədləri araşdırdığı zaman bəlli olmuşdur ki, ümumiyyətlə abonent olaraq “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” belə sonuncu dəfə onunla 2016-cı ilin aprel ayında imzalanmışdır. Bundan başqa hesablanan cərimə borcu onlar üçün xx xxxxxxxx 2020 ci iİ tarixli, ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş AKT üzrə yazılmışdır. Həmin AKT nə zaman va уa harda tərtib olunduğu barədə ümumiyyətlə abonent olaraq onun xəbəri olmamışdır. Lakin AKT-ın abonentə aid olan yerində onun adı qeyd olunaraq imza etməkdən imtina etdiyi göstərilmişdir. Hesab edir ki, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı AKT və bu akt əsasında tərtib olunan dəymiş ziyanın bərpasına dair tələbnamə etibarsız və əsassızdır, ləğv olunmalıdır. İddiaçı məhkəmədə ərizədə yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğac çıxarılaraq yerinə ******* nömrəli yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqlarda əzik-cızıq izlər aşkar olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə müqavilədən görünür ki, Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı arasında xx.xx.2016cı il tarixdə 9166-04-16 nömrəli müqavilə bağlanmışdır İş materiallarında olan **********00000 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı 2020-ci ilin oktyabr ayı üzrə ümumilikdə 216 manat məbləğində qaz sərfiyyatı borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə sayğaca baxış keçirərkən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqlarda əzik-cızıq izlər aşkar olunmuş, bu barədə ******* nömrəli akt, həmin akt əsasında isə Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf aktda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 216 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçının **********00000 saylı abonent hesabına hesablanmış 216 manat məbləğində borc pul onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı **********00000 saylı abonent hesabına hesablanmış 216 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2025/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2025/2020
30.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver