Məhkəmə qərarları › İş №2(027)-2034/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2034/2021

28.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2034/2021 28.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına qeydə alınmış AN 450456 saylı, ********** qeydiyyat nömrəli, 12.11.2019-cu il tarixli, AN 450458 saylı, ********** qeydiyyat nömrəli, 12.11.2019-cu il tarixli Çıxarışın və Şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı Quba rayonu Zizik kəndində olan 0.41 hektar toıpaq sahəsini islahat dövründə 03 avqust 2000-ci ildə onun mülkiyyətinə verilib. Bir müddət özü bağa baxaraq istifadə edib, sonralar təxminən 2006 ci ildə həmyerlisi olan Cavabdeh istifadə etmək üçün 15 illik icarəyə verib, həmən vaxt onun başqa işləri olduğu üçün vaxtı olmadığından öz razılığı ilə cavabdehə torpaq sahəsini istifadə etməyə verib. Onun ailə üzvləriylə birlikdə 0.41 hektar olan toıpaq sahəsinin 0.0541 hetarı əkin sahəsi, 0.3599 hektarı bağ olub. 2006 ci ildə cavabdehə öz mülkiyyətində olan JN 545 kod 30304028 olan 0.41 hektar toıpaq sahəsini 15 illik icarəyə verib ki, cavabdeh onun bağ və əkin sahəsindən yalnız istifadə etsin. Aralarında müqavilə imzaladığdan sonra cavabdehdən torpaq sahəsinin sənədlərini istəyəndə hərdəfə müxtəlif bəhanələr edərək sənədləri verməkdən yayınıb. 15 il keçdikdən sonra cavabdehdən torpaq sahələrini və sənədlərini istəyəndə cavabdeh onun torpaq sahəsinə aid olan sənədləri öz adına özəlləşdirdiyi sənədləri göstərərək bildirib ki, sənədlər bunlardı başqa sənəd yoxdur. Vəziyyəti başa düşərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edib. Ordan ona məktub vasitəsi ilə imtina gəlib ki, bu torpaq sahəsi mübahisəlidir və çıxarış var. Lakin onun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində torpaq sahəsinin mövcudluğu var və ona imtina verilib. Göstərilənləri nəzərə alaraq, Cavabdeh adına qeydə alınmış AN 450456 saylı, ********** qeydiyyat nömrəli, 12.11.2019-cu il tarixli, AN 450458 saylı, ********** qeydiyyat nömrəli, 12.11.2019-cu il tarixli Çıxarışın və Şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, İddiaçı ona qarşı qaldırdığı iddia yalan və əsassızdır. Belə ki, istifadəsində olan 0.0541 ha və 35.99 ha torpaq sahəsini ona 15 illiyinə icarəyə verdiyini və icarə müqaviləsi imzalandığı haqqında iddia ərizəsində qeyd edir. Lakin 2004-cü ildə 0.0541 ha əkin sahəsini (əvvəlki pulla 450.000 manat) müqabilində öz aralarında bələdiyyənin iştirakı və möhrü ilə alqı-satqı edib. 2006-cı ildə 35.99 ha olan bağ sahəsini 7000 ABŞ dolları müqabilində alıb. Həmin anda O,3599 ha ilə birlikdə 0.0541 ha torpaq sahəsini Quba Notarial İdarəsində İddiaçı özü və həyat yoldaşının iştirakı və razılığı ilə alqı-satqı müqaviləsi imzalanıb. Pul verilən zaman iddiaçının evində onun həyat yoldaşı və iddiaçının həyat yoldaşının birgə iştirakı ilə baş verib. Aldığı zaman bağ sahəsi baxımsız yararsız vəziyətdə olduğuna görə öz maliyyə hesabına əziyyətilə illər ərzində qulluq edərək yararsız ağacları çıxararaq, yeni gilas tingiləri əkərək bağı yaxşı vəziyyətə gətirib. Bağ hal-hazırda məhsuldardır. İddiaçı ilə alqı-satqı müqaviləsi imzalanandan bu günə qədər barəsində iddia qaldırmamışdır. Lakin iddiaçı bağ sahəsinin indiki halını görəndən sonra haqqında əsassız və məntiqsiz iddialar irəli sürür. Belə ki, icra müqaviləsi imzalandığını bildirən İddiaçı icarə müqaviləsini təqdim edə bilmir. 0.0541 ha əkin sahəsinin bağ sahəsinə verilməsi barədə bələdiyyənin rəsmi arayışı vardır. İddiada irəli sürülən bağ sahələrini almağı barədə bağ qonşuları və kənd cammatı da təsdiq edə bilər. 2019-cü ildə həmin torpaq sahəsi üçün ƏMDK yanında DƏDRX-dən çıxarış əldə edib Dövlət Aktları da vardır. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh İddiaçı iddiasının təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki,iş materialında olan notarial qaydada təsdiq olunmuş 12 aprel 2006-cı il tarixli alqısatqı müqaviləsinin surətindən görünür ki, İddiaçı və X1 rayonu Zizik kəndində yerləşən 0,41 ha torpaq sahəsini üç min manata Cavabdeh satmışlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin ********** qeydiyyat nömrəli, 12.11.2019-cu il tarixli Çıxarışdan və AN 450456 saylı Torpaq sahəsinin planı və ölçüsü sxemindən məlum olur ki, Quba rayonu Zizik kəndində yerləşən 0.0541 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətinə verilimişdir, həmin torpağın hüquq sahibliyi Cavabdeh məxsusdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin ********** qeydiyyat nömrəli, 12.11.2019-cu il tarixli Çıxarışdan və AN 450458 saylı Torpaq sahəsinin planı və ölçüsü sxemindən məlum olur ki, Quba rayonu Zizik kəndində yerləşən 0.0541 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətinə verilimişdir, həmin torpağın hüquq sahibliyi Cavabdeh məxsusdur. İş materiallarında olan JN-545 kod 30304028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayon AİK-nın 24.02.2000-ci il tarixli, 02 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.41 ha torpaq sahəsi Quba rayonu Zizik kənd sakini İddiaçı və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 10.05.2004-cü il tarixli Quba rayonu Zizik kənd sakini İddiaçı və X6 tərəfindən yazılmış əlyazma ərizənin surətindən görünür ki, İddiaçı və X4 onların xüsusi mülkiyyətində olan 545 Z sahəsi sayılan ərazidən 541.kv.m açıq torpaq sahəsini Quba rayonu Zizik kənd sakini Cavabdeh qarşılıqlı razılaşma əsasında nəğd pula (450.000 dörd yüz əlli min manata ) satıb və ərizə imzalarıyla təsdiq edilib. İş materiallarında olan AZ-Т 008785 seriya və nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı ilə X4 arasında olan nikah 10.01.2005-ci ildə Alekseyevka İƏD-si üzrə nümayəndəliyində bağlanmış, nikah haqqında akt qeydləri kitabında 10.01.2005-ci il tarixində 04 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxs 24.05.2021-ci il tarixli məktubuna əsasən İddiaçı və X3 məxsus Quba rayon Zizik kəndində yerləşən 0.41 ha torpaq sahəsinə verilmiş JN-545 KOD 30304028 nömrəli “Torpağa mülkiyyət hüquqna dair dövlət akı” Quba rayon notariat kontorunun 12 aprel 2006-cı il tarixli, 4-Ə-602 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və həmin torpaq sahələrinə dövlət reyetindən Cavabdeh adına 541.00 kv.m torpaq sahəsinə 12.11.2019-cu il tarixli, **********06 reyestr nömrəli, 3599.08 kv.m torpaq sahəsinə isə **********07 reyestr nömrəli çıxarışların işləndiyi qeyd olunur. İş materiallarında olan Quba rayonu Timiryazev bələdiyyəsinin 09.02.2021-ci il tarixli, 23 nömrəli arayışından məlum olur ki, Zizik kəndində olan **********09, **********06 Çıxarış və JN-404 kod 30304028 nömrəli Dövlət Aktı ilə ona məxsus olan 0.144 ha, 0.0541, 0.2253 ha əkin sahəsi çıxarılmış, bağ sahəsi əkilmişdir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Quba rayonu Zizik kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, sübuetmə yükü baxımından İddiaçı Cavabdeh adına qeydə alınmış AN 450456 saylı, ********** qeydiyyat nömrəli, 12.11.2019-cu il tarixli, AN 450458 saylı, ********** qeydiyyat nömrəli, 12.11.2019-cu il tarixli Çıxarışın və Şəhadətnamələrin etibarsız hesab edilməsini tələb etsə də, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə şərh edilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar