Məhkəmə qərarları › İş №2(027)-2036/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2036/2022

25.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2036/2022 25.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndələri Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN-0152 KOD 30304048 nömrəli Dövlət Aktının Nümayəndə ilə yanaşı, Ərizəçi2 və Ərizəçi1 qızma məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndələri Nümayəndə ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizədə göstərmişdilər ki, onlar bir ailə olmaqla, Nümayəndə, Ərizəçi2. Ərizəçi1 Quba Rayon Aqrar İslahat Komissiyasının 22 aprel 2003-cü il tarixli, 03 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0152 KOD 30304048 saylı Dövlət Aktına əsasən Quba rayonu, Timiryazev kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,47 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa Mülkiyyət Hüququna Dair JN-0152 KOD 30304048 saylı Dövlət Aktında onların soyad və adları səhv yazılmışdır. Belə ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0152 KOD 30304048 saylı Dövlət Aktında Ərizəçi2 əvəzinə səhvən X3, Ərizəçi1 əvəzinə səhvən X4 yazılmışdır. X15 yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət ediblər, 29 iyun 2022-cl il tarixli, **********26 saylı məktub ilə, yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsinin səlahiyyətlərinə aid olmadığı və məhkəməyə müraciət etməyləri tövsiyyə edilmişdir. Dövlət Aktındakı yanlışlığı aradan qaldırmaq mümkün deyil və bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək, Torpağa Mülkiyyət Hüququna Dair JN-0152 KOD 30304048 nömrəli Dövlət Aktının Nümayəndə ilə yanaşı, Ərizəçi2 və Ərizəçi1 qızma məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X2 bildirdi ki, ərizəçlər onun bacısı qızlarıdı, onların adları Dövlət Aktında səhvən Kərimova Pərişan və Kərimova Ayşən yazılıb. Onların adı Ərizəçi1 və Ərizəçi2 yazılmalıydı. Məhkəmə ərizəçilərin nümayəndəsini dinləyib və şahid X1 izahatını nəzərə alaraq, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan, Torpağa Mülkiyyət Hüququna Dair JN-0152 KOD 30304048 saylı Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının Komissiyasının 22 aprel 2003-cü il tarixli, 03 saylı qərarı ilə Quba rayonu, Timiryazev kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.47 ha torpaq sahəsi Quba rayonu, Timiryazev kənd sakinləri Nümayəndə, X9 və X8 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Nümayəndə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyad, ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Quba rayon Alekseyevka İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022ci il tarixli, 596 və 597 nömrəli arayışlardan məlum olur ki, Ərizəçi1 və Ağayeva X5 İƏD-nin Timiryazev kəndində qeydiyyatda olmalarına baxmayaraq və hal-hazırda həmin ünvanda yaşamırlar. İşdə olan AA114768 seriya və nömrəli şəxsiyyat vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1994-cü ildə doğulub adı-Pərvin, soyadı- Ağayeva, ata adı –Müslüm qeyd olunub. İşdə olan AA******* seriya və nömrəli şəxsiyyat vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1996-cı ildə doğulub adı-Ayşən, soyadı- Ağayeva, ata adı –Müslüm qeyd olunub. İşdə olan AZ-İİ 590301 seriya və nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1994-cü ildə doğulub atası- X11, anası – Nümayəndə qeyd olunub. İşdə olan XİX-ЖГ 454980 seriya və nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1996-cı ildə doğulub atası- X11, anası – Nümayəndə qeyd olunub. İşdə olan Azərbaycan Respublikası Quba RİHB-nın xx.xx.2010-cu il tarixli, 232 saylı sərəncamına əsasən X7 adının dəyişdirilərək “Pərişan” əvəzinə “Pərvin” yazılması barədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsini əsas tutaraq, həmçinin yetkinlik yaşına çatmamışların adlarının və ya soyadlarının dəyişdirilməsi barədə Quba Rayon Təhsil Şöbəsi yanında fəaliyyət göstərən qəyyumluq və hİmayəçilik işləri orqanının rəyini nəzərə alaraq, Quba rayonu Timiryazev qəsəbə sakini xx xxxx 1994-cü il təvəllüdlü X7 doğum aktı qeydində “Pərişan” adının əvəzinə “Pərvin” adının yazılması məqsədə uyğun hesab edilməsi, uşağın soyadı, ata və anasının adları, doğulduğu tarix, doğulduğu yer və milliyyəti doğum aktı qeydində olduğu kimi saxlanılması, edilmiş düzəlişə uyğun olaraq yeni doğum haqqında şəhadətnamənin verilməsi Quba rayon qeydiyyat şöbəsinə həvalə edilməsi, bu məsələ ilə əlaqədar 7(yeddi) vərəqdən ibarət sənəd Quba rayonu icra hakimiyyətində saxlanılması qərara alınmışdır. Məhkəmədə müəyyən edildi ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0152 KOD 30304048 saylı Dövlət Aktından görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 22 aprel 2003-cü il tarixli, 03 saylı qərarı ilə Quba rayonu, Timiryazev kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.47 ha torpaq sahəsi Quba rayonu, Timiryazev kənd sakinləri Nümayəndə, X9 və X8 mülkiyyətinə verilib, lakin Dövlət Aktında onların ad və soyadları səhv yazılıb. Ərizəçilər yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0152 KOD 30304048 saylı Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0152 KOD 30304048 saylı Dövlət Aktının Nümayəndə ilə yanaşı, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Torpağa Mülkiyyət Hüququna Dair JN-0152 KOD 30304048 saylı Dövlət Aktının Nümayəndə ilə yanaşı, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar