Məhkəmə qərarları › İş №2(027)-2040/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2040/2021

04.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2040/2021 04.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X28 oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi X19 iştirakı ilə Ərizəçi maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1099F KOD 30319018 saylı şəhadətnamənin mərhum atası X9 ilə yanaşı X12, X7 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslnadırmışdır ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 20 iyun 1997-ci il tarixli 14 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1099F KƏD:30319018 nömrəli Şəhadətnaməyə əsasən ona və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,19 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-1099F KOD:30319018 nömrəli X2 əvəzinə səhvən “X22” qızı, Ərizəçi əvəzinə səhvən “X23” oğlu, X18 əvəzinə səhvən “X24” oğlu kimi yazılmışdır. O, şəhadətnamədə qeyd olunmuş ad və ata adında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı imtina məktubu almışdır. X3 30 may 2017-cı il tarixində və qardaşı X18 15 dekabr 2011-ci il tarixində vəfat edib. Quba rayon İHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilən vərəsəlik arayışlarına əsasən 30 may 2017-cı il tarixində vəfat etmiş X3 və 15 dekabr 2011-ci il tarixində vəfat etmiş qardaşı X10 vərəsələri sırasına o, da daxildir. Şəhadətnamədə yanlışlığı aradan qaldıra bilmir və mən bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X26 ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-1099F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9, X14, X15 və X5 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı ilə 0,19 hektar torpaq sahəsi verilmiş, həmin şəhadətnamədə Ərizəçi adı “Seyran”, ata adı “Mövlanağa”, X10 ata adı “Mövlanağa”, X8 adı “Zeynəb” kimi qeyd olunmuşdur. İş materiallarında olan 24.01.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0*******№-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı, soyadı atasının adı müvafiq olaraq Ərizəçidur. İş materiallarında olan 07 iyun 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 881329 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 30.05.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 31 mart 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 675568 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 06.06.2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan 16 dekabr 2011-ci il tarixdə verilmiş İ-DP seriyalı, 658457 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 16.12.2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba RİHB-nın 2-ci Nügədi kənd İƏD üzrə nümayəndəsinin 23.07.2021-ci il tarixli, 954 saylı arayışından görünür ki, X9 06.06.2009-cu il tarixdə vəfat etmişdir. Ərizəçi onun vərəsəsi sırasına daxildir. İş materiallarında olan Quba RİHB-nın 2-ci Nügədi kənd İƏD üzrə nümayəndəsinin 23.07.2021-ci il tarixli, 955 saylı arayışından görünür ki, X13 30.05.2017-ci il tarixdə vəfat etmişdir. Ərizəçi onun vərəsəsi sırasına daxildir. İş materiallarında olan Quba RİHB-nın 2-ci Nügədi kənd İƏD üzrə nümayəndəsinin 23.07.2021-ci il tarixli, 956 saylı arayışından görünür ki, Mədətov Rövşən Mövlağa oğlu 15.12.2011-ci il tarixdə vəfat etmişdir. Ərizəçi onun vərəsəsi sırasına daxildir. İş materiallarında olan Quba Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin 03 sentyabr 2021-ci il tarixli, 2794№li məktubundan görünür ki, Ərizəçi, 15.12.2011-ci il tarixində vəfat etmiş X10, 30.05.2017-ci il tarixdə vəfat etmiş X6, 06.06.2009-cu il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsələri sırasına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 26.08.2021-ci il tarixli, **********84 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-1099F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il il tarixli, 14 nömrəli qərarı ilə JN-1099F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında X9, X13, Ərizəçi və X10 mülkiyyətinə 0,19 hektar torpaq sahəsinin verilməsi, həmin şəhadətnamədə Ərizəçi adı Sehran əvəzinə səhvən “Seyran”, ata adı “Mövlağa” əvəzinə “Mövlanağa”, X10 ata adı “Mövlağa” əvəzinə səhvən “Mövlanağa”, X6 adı “Zeynab” əvəzinə səhvən “Zeynəb” kimi qeyd olunması, X6 30.05.2017-ci il tarixdə, X4 06.06.2009-cu il tarixdə, X10 16.12.2011-ci il tarixdə vəfat etmələri, Ərizəçi X6, X4 və X10 vərəsəsi olması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, hüquqmüəyyənedici sənəd olan JN-1099F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 ilə yanaşı X12, X7 və Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. JN-1099F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 ilə yanaşı X12, X7 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar