Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2043/2024 07.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, İddiaçı üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi cəlb olunmaqla Cavabdeh qarşı vəsiyyətnamə üzrə miras əmlakdan tam vərəsəlik payının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı, 29 iyun 2019-cu ildə vəfat etmiş babası X4 miras qalmış Quba rayonu, Hacıhesüynli kəndində yerləşən Seriya RX ******* nömrəli Çıxarışlı kənd təsərrüfatı təyinatlı 0,2392 ha torpaq sahəsinin, Seriya RX ******* nömrəli Çıxarışlı 142 kv.m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,13 ha həyətyanı torpaq sahəsinin vərəsəlik üzrə tam payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, miras qoyan X6 onun babasıdır. Babası 01 iyun 1937-ci ildə anadan olmuş, 29 iyun 2019-cu ildə vəfat etmişdir. Babasının vəfatından sonra 5 vərəsəsi qalmışdır. Hazırki iş üzrə cavabdeh - arvadı Cavabdeh, bibiləri - X10, X11, X12. Cavabdeh babasının ikinci həyat yoldaşı olmuşdur. Onun birinci həyat yoldaşı X7 12 noyabr 1999-cu ildə, atası X8 isə 13 iyul 2017-ci ildə vəfat emişdir. X19 11 yanvar 2017-ci il tarixində notarial qaydada vəsiyyətnamə imzalayaraq ölən günədək ona məxsus olan bütün əmlakını Quba rayonu, Hacıhüseynli kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini, özəl pay torpağını ona vəsiyyət etmişdir. Babasının vəfatından sonra onun vəsiyyətinə uyğun olaraq dəfn xərclərini o çəkmişdir, ona məxsus fərdi yaşayış evində ailəsiylə yaşayır. Babasından Quba rayonu, Hacıhüseynli kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və Hacıhüseynli kəndi ərazisindən 0,2392 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. O babasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Cavabdeh miras bölgüsünə dair münasibətini bildirmədiyi üçün şəhadətnamə verilməmişdir və mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi tösiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Bildirir ki, vərəsələrdən miras qoyanın qızları - X10, X11, X12 babasından miras qalmış və ona vəsiyyət olunmuş əmlaka dair tam payının müəyyən olunmasına razıdırlar, amma cavabdehin miras əmlaka dair heç bir tələbi olmasa da notariat orqanına gəlmir, münasibət bildirmirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini nəzərə alıb, işə nümayəndələrinin iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, işə qeyd edilən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********49-10301 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Hacıhüseynli kəndində yerləşən 0.13 ha torpaq sahəsi və üzərində yerləşən 142.0 kv.m fərdi yaşayış evi tam pay hüququ ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Hacıhüseynli kəndində yerləşən 0.2392 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam pay hüququ ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İ-ИE 475300 seriya və nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X9 arasında xx.xx.1959-cu ildə nikah bağlanmış, nikahdan sonra qadın “Qədməliyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İ 009807 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən göründüyü kimi, X7 xx.xx.1999-cu il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.1999-cu ildə 22 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 021792 seriya və nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən göründüyü kimi, X6 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 0468 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba rayonu, Hacıhüseynli kənd İƏD üzrə nümayəndəlyindən verilmiş 316 saylı aprel 2023-cü il tarixli arayışdan göründüyü kimi, X6 həqiqətən Hacıhüseynli kəndində yaşamış, xx.xx.2019-cu il tarixdə Hacıhüseynli kəndində vəfat etmiş və arvadı- Cavabdeh, qızı - X10, qızı- X11, qızı- X12, oğlu- X8 (vəfat edib) vərəsələri kimi qalmışdır. İş materiallarında olan Quba rayonu, Hacıhüseynli kənd İƏD üzrə nümayəndəlindən verilmiş 02 may 2023-cü il tarixli arayışdan göründüyü kimi, X6 xx.xx.2019-cu il tarixdə Hacıhüseynli kəndində vəfat etmiş, bütün dəfn xərclərinin nəvəsi İddiaçı öz üzərinə götürmüşüdür. İş materiallarında olan AZ-İ 881388 seriya və nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, X8 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 26 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş reyestrdə 8i-7637 nömrə ilə qeydə edilmiş ərizədən göründüyü kimi, Hacıhüseynli kəndi ünvanında qeydiyyatda olan X10 mərhum atası X5 ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş və etmək fikirində də deyildir. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş reyestrdə 8i-7635 nömrə ilə qeyd edilmiş ərizədən göründüyü kimi, Novo-Nikolayevka kəndi ünvanında qeydiyyatda olan X11 mərhum atası X5 ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş və etmək fikirində də deyildir. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş reyestrdə 8i-7636 nömrə ilə qeyd edilmiş ərizədən göründüyü kimi, Hacıhüseynli kəndi ünvanında qeydiyyatda olan X12 mərhum atası X5 ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş və etmək fikirində də deyildir. İş materiallarında olan 11 yanvar 2007-ci il tarixli “Vəsiyyətnamə”nin təsdiqlənmiş surətindən göründüyü kimi, Quba rayonu, Hacıhüseynli kəndində yaşayan X3 rayonu, Hacıhüseynli kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini, özəl pay torpağını nəvəsi İddiaçı vəsiyyət etmişdir. X16 “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş reyestrdə 1S-4825 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci tarixli Qərarına əsasən Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan mərhum X6 özünə məxsus miras əmlakı nəvəsi İddiaçı vəsiyyət etmiş, vəfatından sonra miras əmlakı nəvəsi İddiaçı tərəfindən faktiki qəbul edilmişdir. Digər vərəsələr X5 miras əmlakından imtina etdiklərini notarial qaydada təsdiq olunmuş ərizələrlə ifadə etsələr də, Cavabdeh miras açıldıqdan sonra da mirasın qəbulunda ifadə edilən hər hansı hərəkətlər etməmişdir və miras əmlak hazırda yalnız vərəsə İddiaçı tərəfindən qəbul edilməklə idarə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarına əsasən miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü tarixli Qərarına əsasən vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Həmin Qərara əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). X2, X11 və X12 mirasdan imtina etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1265-ci maddəsinə əsasən mirasdan nəvənin xeyrinə imtina etməyə o halda yol verilir ki, mirasın açıldığı gün onun miras qoyanın vərəsəsi olmalı valideyni sağ olmasın və ya nəvə vəsiyyət üzrə vərəsə olsun. Beləliklə də, X1 miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********49-10301 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Hacıhüseynli kəndində yerləşən 0.13 ha torpaq sahəsi və üzərində yerləşən 142.0 kv.m fərdi yaşayış evinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Hacıhüseynli kəndində yerləşən 0.2392 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vəsiyyətnamə üzrə nəvəsi- İddiaçı tam pay hüququ müəyyən edilməklə vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 miras qalmış --Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********49-10301 reyestr nömrəli Çıxarışa əsasən, Quba rayonu, Hacıhüseynli kəndində yerləşən 0.13 ha torpaq sahəsi və üzərində yerləşən 142.0 kv.m fərdi yaşayış evinə, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli, xx.xx.2014cü il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli Çıxarışa əsasən, Quba rayonu, Hacıhüseynli kəndində yerləşən 0.2392 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı tam pay hüququ müəyyən edilməklə vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-2043/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2043/2024
07.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver