Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2054/2021 15.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Ərizəçilər Ərizəçi1 Qazəhməd qızı və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDRK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyən etdim: Ərizəçilər Ərizəçi1 Qazəhməd qızı və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDRK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizini və iş sənədlərini nəzərdən keçirərək hesab edirəm ki, ərizəçilər Ərizəçi1 Qazəhməd qızı və Ərizəçi2 rəsmi qeydiyyatda olduğu yer ünvan 1i ünvanı olması səbəbindən, hazırki işə ərizəçilər Ərizəçi1 Qazəhməd qızı və Ərizəçi2 rəsmi qeydiyyatda olduğu yer üzrə Qusar Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçilər Ərizəçi1 Qazəhməd qızı və Ərizəçi2 rəsmi qeydiyyatda olduğu yer üzrə Qusar Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 309, 151, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçilər Ərizəçi1 Qazəhməd qızı və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDRK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçilər Ərizəçi1 Qazəhməd qızı və Ərizəçi2 izah edilsin ki, ümumi qaydada rəsmi qeydə alındıqları yer üzrə Qusar Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2054/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2054/2021
15.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver