Məhkəmə qərarları › İş №2(027)-2057/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2057/2022

20.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2057/2022 20.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı gəlin getdiyi evə köçürülmə və cavahdehin mübahisəli evdə yaratdığı maneəlarin aradan qaldırılması talabina dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddia tələbini təmin edib, gəlin gəldiyi və birgə təsərrüfat apardığı, cehiz əşyalarının, əksəriyyəti ona məxsus əşyalarının olduğu və yaşadığı ünvan 1i ünvanında yerləşən dörd otaqdan ibarət mübahisəli evə köçürülməyi barədə, cehiz əşyalarının yerləşdiyi mübahisəli evin otaqlarından istifadə qaydasının müəyyən edilməsi, evin tikintisində və təmirində onun böyük əziyyəti olduğundan evin bir otağı cavabdehin, üç otağı isə onun istifadəsinə verilməsinə, mübahisəli evə daxil olmaq üçün cavabdeh tərəfindən yaradılan suni maneələrin aradan qaldırılaraq evin bayır və içəri qapılardakı qıfılların bir nüsxəsinin ona təhvil verilməsinə dair və mətbəx, sanitar qovşaqlarının olduğu hissələrin isə (hamam və ayaqyolu hissəsinin) ümumi istifadədə saxlanılmasına dair qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə ailə həyatı qurmuş və evləndiyi gün 29 mart 2007-ci ildə nikahlarını rəsmiləşdirərək, ünvan 1inə gəlin getmişdir. ünvan 1indəki həyət evinə gəlin gələn zaman bütün cehiz əşyalarını da həmin evdə yerləşdirmişdir. O, özü Quba rayonunda müəllimə olaraq işləyib, qazanc əldə edir. Yaşadığı müddət ərzində cavabdehin səhlənkarlığı və pis vərdişləri ucbatından birgə nikahlarndan övladı olmamışdır. Gəlin gəldiyi və hazırda bütün cehiz əşyalarının olduğu ünvan 1i ünvanında yerləşən evin təmiri zamanı çəkilən xərclərə, evdə işləyən ustaların zəhmət haqlarının ödənilməsi və onların yeməkləri və qidalanması ilə bağlı işlərdə özü şəxsən iştirak etmiş və qazandığı vəsaitindən pullar xərcləmişdir. Hazırda bir neçə ay olar ki, Cavabdeh pis vərdişlərindən əl çəkməyərək evdə yersiz və səbəbsiz yerə dava-dalaş salaraq mübahisəli evi dəyər dəyməzinə satacağını, ona mübahisəli evdən heç nə qalmayacağnı, mübahisəli evin gətirdiyi cehiz əşyaları ilə birlikdə cavabdehə qalacağı və evə müştərilər gətirdiyindən ondan evi tərk etməyi kimi mənasız və yersiz sözlər danışır və hərəkətlər edir. Cavabdeh özü evdən çıxıb işə getdiyi və işdə olduğu müddətdə gəlin gəlib, cehiz əşyalarının və əksəriyyəti ona məxsus əşyalarının olduğu və birgə yaşadığı mübahisəli evin bayır otaqların və içəri otaqların qapılarının qıfıllarını da dəyişdirərək, onu cehiz əşyalarının, əksəriyyəti ona məxsus əşyalarının olduğu otaqlardan istifadə etməyə imkan vermir və gəlin gəlib yaşadığı həmin mubahısəlı evə buraxmır. Cavabden ilə nikahları qüvvədədir və cavabdeh tərəfindən nikahın pozulması ilə bağlı məhkəməyə heç bir iddia ərizəsi daxil olmayıb və verilməyibdir. Cavabdehin bu özbaşnalıqlarının qarşısının alınması üçün o, qaynanasına müraciət edib desə də onlar da heç bir tədbir görməyib, cavabdehin mənafeyi baxımından onu susdurmağa çalışıblar. Bundan əlavə cavabdeh ailə maraqlarına zidd olaraq müxtəlif məbləğdə borc götürür, ailəni məqsədyönlü şəkildə borclandırır. Cavabdehin ona qarşı saymazyana davranışları, kobudluğu və özbaşınalıqlarından və göstərdiyi şiddətdən bezərək məhkəməyə 29 mart 2007-ci ildən ünvan 1i ünvanında yerləşən dörd otaqlı gəlin gəldiyi, birgə təsərrüfat apardığı, cehiz əşyalarının, əksəriyyəti ona məxsus əşyalarının olduğu və yaşadığı həmin mübahisəli evə köçürülməyi, cehiz əşyalarını yerləşdirdiyi evin otaqlarından istifadə qaydasının müəyyən edilməsi, ona cavabdeh tərəfindən süni yaradılmış maneələrin aradan qaldırılması, evin bayır və içəri qapılarının qıfıllarının bir nüsxələrinin ona məcburi qaydada təqdim edilməsi tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi əsaslıdır, ona görə də məhkəməyə mübahisəli evə köçürülməyi, cehiz əşyalarının yerləşdirdiyi evin otaqlarından istifadə qaydasının müəyyən edilməsi, mənə süni yaradılmış maneələrin aradan qaldırılması, evin bayır və içəri qapılarının qıfıllarının ona təqdim edilməsi tələbi ilə bağlı müraciət etmişdir. Mübahisəli evin tikintisində və təmirində onun böyük əziyyəti olduğundan evin bir otağı cavabdehin, üç otağı isə onun istifadəsinə verilməli, mübahisəli evə daxil olmaq üçün cavabdeh tərəfindən yaradılan suni maneələr aradan qaldırılmalı, evin bayır və içəri qapılarındakı qıfılların bir nüsxəsi iddiaçı olaraq ona verilməsi və mətbəx, hamam və ayaqyolu hissəsinin isə ümumi istifadədə saxlanılmasına dair qətnamə çıxarılmalıdır. İddia tələbi əsaslı olduğundan təmin edilməli, gəlin gəldiyi, birgə təsərrüfat apardığım, cehiz əşyalarının olduğu və yaşadığı ünvan 1i ünvanında yerləşən dörd otaqdan ibarət mübahisəli evə köçürülməyi, cehiz əşyalarının yerləşdiyi mübahisəli evin otaqlarından istifadə qaydasının müəyyən edilməsinə, evin tikintisində və təmirində onun böyük əziyyəti olduğundan evin bir otağı cavabdehin, üç otağı isə onun istifadəsinə verilməsinə, mübahisəli evə daxil olmaq üçün cavabdeh tərəfindən yaradılan suni maneələr aradan qaldırılaraq, mübahisəli evin bayır və içəri qapılarındakı qıfılların bir nüsxəsinin ona təhvil verilməsinə dair və mətbəx, sanitar qovşaqlarının olduğu hissələrin isə (hamam və ayaqyolu hissəsinin) ümumi istifadədə saxlanılmasına dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, iddiaçı ilə 15 il evli olmuşlar. Bu müddətdə övladları olmamışdır. Evi 2014-cü ildə tikmişlər, evin tikilməsində atası və anası köməklik etmişdir. Evə iddiaçı ilə birgə köçmüşlər, iddiaçının cehiz əmlakı da orada olmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun adına olsa da fərdi yaşayış evinin sənədi yoxdur. 1 il 6 aydır ki, iddiaçı ilə ayrı yaşayırlar. Övladıları olsa idi evi iddiaçıya verərdi, lakin övladları yoxdur. 6 ay iddiaçıdan xəbər olmadığından evin açarlarını dəyişmişdir. Onların bir yerdə yaşaması qeyri-mümkündür. İddianı əsasız hesab edir, rədd olunmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında AZ-İ seriyalı, 304261 №li şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 29 mart 2007-ci il tarixdə bağlanmış və 65 № ilə qeyd edilmişdir. İş materiallarında olan 149 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli, 82 №li arayışından görünür ki, İddiaçı Səbail rayonu, T.Qurbanov küçəsi 48 №li evin 14 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 30 mart 2022-ci il tarixli 513/2 №li məktubundan görünür ki, ünvan 1 sakinləri Cavabdeh və digər şəxlərin adına Rayon İcra Hakimiyyəti tərəfindən 2006-cı ildən sonra daşınmaz əmlakın verilməsi barədə sənədlər Rayon İcra Hakimiyyətinin müvəqqəti mühafizə olunan arxivində aşkar edilməmişdir. İş materiallarında olan Qub rayon Rustov bələdiyyəsinin 09 iyun 2022-ci il tarixli, 23 №li məktubundan görünür ki, X1 məxsus mülkiyyətində Cədəri kəndində 0,12 ha torpaq sahəsi və yaşayış evi vardır, lakin sözü gedən ərazidə bələdiyyə ərazisində Cavabdeh istifadəsində 0,10 ha torpaq sahsi və yaşayış evi vardır. Həmin torpaq sahəsi və yaşayış evi haqqında Rustov bələdiyyəsinin qeydiyyat kitablarında Cavabdeh mülkiyyətində dair heç bir sənəd yoxdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 2007-ci ildə Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından övladları olmamışdır. İddiaçı Cavabdeh ilə ailə qurduqdan sonra Cavabdeh yaşadığı ünvan 1ində yerləşən fədri yaşayış evinə gəlin köçərək həmin evdə yaşamışdır. Sonradan Cavabdeh ilə xasiyyətləri uyğun gəlmədiyi üçün iddiaçı Quba rayonunda işlədiyi üçün məcbur olaraq Quba şəhərində kirayə mənzil tutaraq orada yaşamış, lakin, İddiaçı ilə Cavabdeh arasında olan nikah rəsmi qaydada pozulmamışdır. İddiaçıya məxsus cehiz əşyaları hal-hazırda mübahisəli evdədir. Eyni zamanda, məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, İddiaçı köçürülməsini tələb etdiyi ünvan 1ində yerləşən mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi ünvan 1ində yerləşən mübahisəli fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmadığından, həmin evə heç bir hüquq müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xilamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşmmaz əmlaka-digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alımalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur və iddiaçı mübahisəli evə köçürülməlidir. Belə ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Yəni, ev özbaşına tikili olduğu üçün həmin evə istifadə hüququ yarana bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olaraq iddia tələblərinə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı Quba rayonu Rustov kəndində yerləşən faktiki Cavabdeh istifadəsində olan 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməlidir, iddia tələbi qalan hissədə əsasız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Quba rayonu Rustov kəndində yerləşən faktiki Cavabdeh istifadəsində olan 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin . Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar