Məhkəmə qərarları › İş №2(027)-206/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-206/2025

05.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-206/2025 05.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs QUBA rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası cəlb olunmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs QUBA rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası cəlb olunmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, QUBA rayonu, Aşağı-Xuc kəndində anadan olmuş 03 fevral 1972ci il təvəllüdlü X2nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi qızı ərizəsini onunla əsaslandırmışdır ki, anası X4 ilə atası X7 01 avqust 1966-cı il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşlar. Onların rəsmi nikahından o xx xxxx 1980-ci il təvəllüdlü Ərizəçi və qardaşı 03 fevral 1972-ci il təvəllüdlü X9 doğulmuşdur. X16 21 aprel 1997-ci ildə, anası X4 isə 01 iyun 2017-ci il tarixdə vəfat etmişlər. X2 müddətsiz ikinci qrup əlildir, əmək qabiliyyəti yoxdur. X12 İİ qrup əlillik təyin olunmasına səbəb olan xəstəlik doğuş travması nəticəsində orta dərəcəli imbesiİlikdir. Qeyd edilən dioaqnozlu xəstə kimi qardaşının daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Valideynlərinin vəfatından sonra qardaşına o baxır. X14 mütəmadi olaraq müalicə və müayinə olunur. Azayın kənar adamın qulluğu və nəzarəti olmadan yaşaması mümkün deyildir. X14 hal-hazırda müstəqil şəkildə qərar vermək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. O, öz fikrini ifadə edə bilmir. İllər keçdikcə qardaşının problemləri artır, onu idarə edə bilmək daha da çətinləşir. Sənədləşmə zamanı da qardaşı özünü ifadə edə bilmədiyi üçün imza edə bilmir. Eyni zamanda təmsilçiliklə bağlı etibarnamə verə bilmədiyindən müxtəlif dövlət orqanlarında onun Azayın adından Azayın xeyrinə hər hansı hərəkət etməyi də mümkünsüz olur. Odur ki, 03 fevral 1972- ci il təvəllüdlü X6 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs QUBA RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İ-ЖГ 271856 seriya və nömrəli “şəxsiyyət vəsiqəsi”nin surətindən göründüyü kimi, X9 xx.xx.1972-ci ildə anadan olmuş, atası X7 anası- X4 qeyd edilib. İş materiallarında olan İ-ИЕ 545309 seriyalı “Nikahın bağlanması haqqında şəhadətnamə”dən göründüyü kimi, X7 ilə X5 arasında 01 avqust 1966-cı il tarixdə QUBA rayon İHB-nın Xucbala kənd üzrə nümayəndəliyində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Paşayeva” soyadı verilmişdir. İş materiallarında olan Vİİ-ЖГ 360810 seriya və nömrəli “şəxsiyyət vəsiqəsi”nin surətindən göründüyü kimi, Ərizəçi xx.xx.1980-ci ildə anadan olmuş, atası X7 anası- X4 qeyd edilib. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 172 saylı ekspert rəyindən göründüyü kimi, X9 orta imbesillik dərəcəsində kəmağıllıq, davranış pozuntuları ilə formasında psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar ona müddətisiz İİ qrup əlillik təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.1972 ci il təvəllüdlü X9 diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüüurlu ölçüb biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından ərizə təmin edilməli, xx.xx.1972-ci il tarixdə QUBA rayonu, Xucbala kəndində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1972-ci il QUBA rayonu, Xucbala kəndində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X9 üzərində Qəyyumluq təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına məlumat verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində QUBA rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar