Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2072/2024 04.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, XN, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb olunmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arayışında qeyd olunan N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, NN3 nömrəli əmrində (N4-cü paraqraf, səhifə N5, sıra N5) və hərbi mükəlləfiyyətçilərin siyahısında “X5” kimi yazılmış qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, N988-N990-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. N aprel N994-cü il tarixində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün çağırılmışdır. Həmin tarixdən xx.xx.N996-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində və Ağdam istiqamətində cəbhədə gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli, 26 saylı əmrinə əsasən Ordu sıralarından azad edilmiş və hərbi hissə komandirinin N fevral N996-cı il tarixli 38 saylı əmrilə şəxsi heyətin siyahısından çıxarılmış, qeydiyyata düşmək üçün rayon hərbi komissarlığına göndərilmiş, Quba rayon Hərbi Komissarlığında qeydiyyata alınmışdır. Qeyd olunanlar onun hərbi biletində yazılmışdır. O Müharibə Veteranı adının verilməsi üçün Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən N aprel N994-cü ildən 24 yanvar N996-cı ilədək hərbi xidmətimə dair məlumatlar olmadığına görə Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır. Buna səbəb N saylı hərbi hissə komandirinin N aprel N994-cü il tarixli NN3 saylı əmrində hərbi mükəlləfıyyətlilərin siyahısında soyadının “Ayıbov” əvəzinə səhvən “Anbov” yazılması olmuşdur. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışında qeyd olunmuşdur. Halbuki onun şəxsiyyət vəsiqədində, hərbi biletində, eyni zamanda bütün digər sənədlərində soyadı olduğu kimi Ayıbovdur. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyi etiraz ərizəsiylə məhkəməyə müraciət edərək, Ərizəçi “hüquqi müəyyənedici səndələrin həmin şəxsə maxsus olması faktı müəyyən edilməsi"nə dair ərizəsi üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir və ərizə onunla əsaslandırılmışdır ki, təcrübədə bu kateqoriya işlərin ümumiləşdirilməsi və rəhbər tövsiyələrin verilməsi zərurəti olduğundan ali məhkəmə instansiyası olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən N2 aprel 20N9-cu il tarixli 03 saylı qərar qəbul edilmişdir. Belə ki, Plenum qərarının N.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, Plenum qərarının N4-cü maddəsində deyilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.” Beləliklə də, hazırkı iş üzrə ərizəçinin məqsədi başqa qaydada əldə edə bilməsi mümkün olmayan faktın xüsusi icraat qaydasında məhkəmə tərəfindən tanınması deyil, hərbi xidmət keçməsini təsdiq edən müvafiq sənədlərdə (hazırki vəziyyətdə hərbi biletdə) natamam olan qeydlərin məhkəmə tərəfindən tam fakt kimi tanınmasına və beləliklə də iş üzrə yekun məhkəmə qərarının gələcəkdə inzibati icraat zamanı preyudisial əhəmiyyətə malik qərar kimi istifadə etməkdən ibarətdir. Bu isə qüvvədə olana mülki-prosessual qanunvericiliyin 26N.0.N-ci maddəsinin və Plenum qərarının qeyd edilən rəhbər göstərişlərinə zidd olduğundan mümkün hesab edilə bilməz. Məhkəmə iclaslarında Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, heç bir əlavəsinin olmadığını və ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə, iş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan A3 ******* seriyalı “Doğum haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, Ərizəçi xx.xx.N970-ci ildə Quba rayonu, Davudoba kəndində anadan olmuşdur. İş materiallarında olan Ərizəçi məxsus olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, -şəxsin soyadı “Ayıbov”, adı “Baba”, ata adı “Nəsir” oğlu kimi qeyd edilmiş və doğum tarixi xx.xx.N970-ci il qeyd olunmuşdur. İş materiallarında olan Quba rayon İHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il 4N8 saylı arayışdan görünür ki, Ərizəçi hal-hazırda Quba rayonu, Davudoba kəndində yaşayır. İş materiallarında olan Ərizəçi məxsus hərbi biletin 7-ci vərəqində qeyddən göründüyü kimi, qərargah rəisi F.Ağalarov tərəfindən Ərizəçi “Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak etmişdir” qeydi təsdiqlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 708 nömrəli arayışından göründüyü kimi, N №-li hərbi hissə komandirinin 24.0AN994-cü il tarixli NN3 №-li əmrində (əsas: §-N4, səh-N5, sıra-N5, əmrdə soyadı “Anbov” yazılmışdır) N27 №-li təlim mərkəzindən göndərilmiş, 6-cı MAT-da şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təchizatlarla təmin olunmuş hərbi mükəlləfiyyətlilərin siyahısında “Anbov” Baba Nəsir oğlunun adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli N №-li əmrinə əsasən, 2-ci motoatıcı taborun hərbi qulluqçusu, pulemyotçu, N970-ci il təvəllüdlü, sıravi Ayıbov X2 azad edildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 38 №-li əmrilə (əsas: §-N, səh-3N, sıra-N8) 2-ci motoatıcı taborun şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün rayon hərbi komissarlığının sərəncamına göndərilmişdir. xx.xx.N996-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiyinə görə, həmin tarixə kimi məvacibi üçqat ödənilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 2/2-3424 nömrəli arayışından göründüyü kimi, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli N082 nömrəli arayışına əsasən xx.xx.N994-cü ildən xx.xx.N996-cı ilədək hərbi xidmətinizə dair məlumatlar olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqmüəyyənedici sənəd N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN3 №-li əmrində Ərizəçi soyadı səhvən “Anbov” kimi qeyd edilmişdir. Göründüyü kimi, Ərizəçi həmin əmrdə göstərilən soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən soyadı ilə uyğun gəlmir və hüquq müəyyənedici sənəddə hüquq sahibinin adı və ata adı düz qeyd olunduğu halda, soyadı ilə onun şəxsiyyətini təsdiq edən sənəddə və digər sənədlərdəki soyadı arasında fərq aşkardır. Azərbaycan Respublikası MPM-nin 307.N maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcələnin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” N2 aprel 20N9-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Ərizə ilə həmçinin hərbi mükəlləfiyyətçilərin siyahısında “X5” kimi yazılmış qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi də tələb edilmişdir, məhkəmə hesab edir ki, ərizə qeyd olunan hissədə təmin oluna bilməz. Belə ki, qeyd edilən Qərardan göründüyü kimi, şərtlərin biri də həmin sənədlərin hüquq müəyyənedici sənədlər olmasıdır ki, hər hansı siyahıda hüquq müəyyən etmək baxımından iradə ifadəsi müəyyən oluna bilməz. Məhkəmə həmçinin bildirir ki, maraqlı şəxsin hərbi xidmət keçməsini təsdiq edən müvafiq sənədlərdə (hazırki vəziyyətdə hərbi biletdə) natamam olan qeydlərin məhkəmə tərəfindən tam fakt kimi tanınmasına və beləliklə də iş üzrə yekun məhkəmə qərarının gələcəkdə inzibati icraat zamanı preyudisial əhəmiyyətə malik qərar kimi istifadə etməkdən ibarət olması ilə əsaslanma hazırki mübahisədə öz mahiyyətinə görə hüquq haqqında mübahisə kimi qiymətləndirilə bilməz. Belə ki, ərizə natamam olan qeydlərin tam fakt kimi tanınması ilə bağlı deyil, bir qeyd üzrə, hətta bir hərf üzrə natamamlıqdan irəli gələn hala bağlı sənədin məxsusluğu ilə bağlıdır və digər əmrlərdə (Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli N №-li əmri və N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 38 №-li əmri) ərizəçi barədə ad, soyad və ata adı qeydləri 2-ci motoatıcı taborun hərbi qulluqçusu, pulemyotçu, N970-ci il təvəllüdlü, sıravi “Ərizəçi” kimi müəyyən olunmaqla maraqlı şəxsin cavab məktubu ilə natamamlıq müəyyən olunmamışdır ki, sənədin məxsusluğunu müəyyən edən və preyudisial əhəmiyyətə malik bir yekun qərar digər hüququn həyata keçirilməsi baxımından mütləq hal kimi çıxış etsin. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arayışında qeyd olunan N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, NN3 nömrəli əmrinin (N4-cü paraqraf, səhifə N5, sıra N5) Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 2N7.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 2N6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, NN3 nömrəli əmrinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş N00 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 0N (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-2072/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2072/2024
04.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver