Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2073/2023 01.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən mülkiyyətində olan mənzilə dair abonent hesabına yazılmış 281,70 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ona məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən evinə quraşdırılmış su sayğacını çıxardaraq yeni su sayğacı quraşdırılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixli, 09557/0235278 saylı laboratoriya rəyi əsasında sayğacın elektron palatasının işləmədiyi, qapaqaltı platforma hissəsinin çatlaq olduğu, daxilinə su sızması olması müəyyən edilmişdir. Həmin rəy əsasında ona sudan istifadəyə görə 281,70 manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmır. Sayğac onun tərəfindən zədələnməmişdir. Yaşadığı fərdi yaşayış evinə quraşdırılmış su sayğacı çöldə yerləşir. Sayğac çöldə olduğu üçün, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. Sayğac dövlət yoxlamasında olarkən onu iştirakı təmin edilməmişdir. Sayğac onun iştirakı olmadan yoxlanılmışdır. Məhkəmə iclasında İddiaçı tələbini müdafiə edərək bildirdi ki, yaşadığı Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən evinə quraşdırılmış su sayğacı əvvəl smart tipli olmuş və o, sudan istifadə etdiyi kimi mütəmadi olaraq ödənişləri etmişdir. Onun borcu olmamışdır. Sayğac nasaz vəziyyətdə olmuş, düzgün işləməmişdir. Sayğac smart kartla işləməli olmasına baxmayaraq, suyu kartsız da buraxmışdır. Beləliklə də, o sudan adi qaydada istifadə etmiş və sərfiyyatına uyğun hətta artıq ödənişlər etmişdir. Cavabdeh ASC-nin əməkdaşı su sərfiyyatını qeydə almaq üçün gələn zaman sayğacın nasaz olduğunu bildirərək, yenidən smart tipli sayğacın quraşdırılmasını xahiş etsə də, Cavabdeh ASC-nin əməkdaşları sayğacı düzəltmək əvəzinə, hər dəfə sayğacın “başından” vuraraq guya işləməsini təmin etmişlər. Çoxsaylı müraciətlərindən sonra sayğac yenisi ilə əvəz edilmiş, köhnə sayğac isə laboratoriyaya göndərilmişdir. Laboratoriyanın rəyinə əsasən, ona sudan istifadəyə görə 281,70 manat məbləğində borc hesablanmışdır. Onun suya borcu olmamış, çünki az istifadə etdiyi hallarda belə artıq məbləğdə ödənişlər etmişdir. Bundan başqa sayğacın aparılması zamanı və ekspertizadan keçirilməsində onun iştirakı təmin olunmamışdır. Hesablaşmış borcu əsassız hesab edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh "xxxx" ASC-nə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh ASC X2 İdarəsi “X1 Laboratoriyasının” xx.xx.2023-cü il tarixli 09557/0235278 saylı rəyindən görünür ki, İddiaçı yaşadığı evdən çıxarılmış Alfasu-20 markalı smart tipli suölçən cihaz istismara yararsızdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, sayğacın kipliyə davamlığı puzulmuş, elektron platasının işləmir, qapaqaltı platform hissəsi isə çatlaqdır. Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 1 nöməli Regional Sukanal İdarəsinin İddiaçı ünvanlanmış məktubundan görünür ki, İddiaçı məxsus Quba şəhəri Timiryazev qəsəbəsində yerləşən fərdi yaşayış evinin su xətti üzərinə xx.xx.2014-cü il tarixində Alfasu-20 markalı, 49809557 nömrəli smart kart tipli su sayğacı quraşdırılmışdır. xx.xx.2021-ci il tarixindən etibarən aylıq sərfiyyatlar sayğacın smart hissəsi sıradan çıxdığına görə həmin sayğacın mexaniki hissəsinin göstəricisinə əsasən hesablanmışdır. Müraciətinizə əsasən 2023-cü ilin yanvar ayı ərzində hesablanan 196 m3 sərfiyyat səbəbilə sayğac laborator yoxlamaya göndərilmişdir. Sərfiyyatın sayğac göstəricisinə əsasən hesablanmasında nöqsan aşkarlanmadığına görə X2 İdarəsinin “X1 Laboratoriyası”nın rəyinə əsasən abonent bazasında hər hansı dəyişikliyin edilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı **********000 saylı abonent kartından görünür ki, abonent mütəmadi olaraq sudan istifadə etmiş və müntəzəm olaraq ödənişlər etmişdir. Sərfiyyata dair göstəricilərə əsasən abonentin su sərfiyyatının ölçüsü davamlı şəkildə dəyişmiş, lakin 2023-cü ilin yanvar ayından əvvəlki illərə nisbətdə sərfiyyat olduqca yüksək hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilən "Sudan istifadə qaydaları"nın: 6.4-cü bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. 6.6-cı bəndinə əsasən suölçən cihazlar Xidmətin müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən dövlət yoxlamasından keçirilir. 6.7-ci bəndinə əsasən Suölçən cihazların növbəti dövlət yoxlaması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 6.8-ci bəndinə əsasən suölçən cihazın dövlət yoxlaması istehlakçının arzusu ilə və ya istehlakçının təqsiri səbəbindən həyata keçirildikdə istehlakçının, digər hallarda isə STKMin vəsaiti hesabına həyata keçirilir. 6.9-cu bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların göstəricilərinə sərbəst şəkildə baxılmasına şərait olmalıdır və həmin cihazların üzərindəki plomblar onların toxunulmazlığının təmin edilməsi məqsədi ilə STKM tərəfindən örtüklə örtülməlidir. 6.10-cü bəndinə əsasən zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda su sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Dəyişdirilmiş sayğacın laboratoriya yoxlaması zamanı smart tipli suölçən cihazın istismara yararsız olması müəyyən edilmiş və müvafiq rəy tərtib edilmişdir. Rəydə həmçinin, suölçən cihaz üzərinə yerləşdirilmiş dövlət və STKM-nə məxsus plombların mövcud olması qeyd olunmuş, plombun qırılması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması və yaxud müdaxilə edilməsi barədə qeydlər göstərilməmişdir. Suölçən cihazın ekranının işləməməsi səbəbindən istismara yararsız olması göstərilmiş, suölçən cihazın qüsur təsnifatı kimi “istismar xətası” qeyd olunmuşdur. Məhkəmədə müəyyən olunan hallara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilən "Sudan istifadə qaydaları"na əsaslanaraq, məhkəmə hesab edir ki, Cavabdeh ASC X2 İdarəsi “X1 Laboratoriyasının” xx.xx.2023-cü il tarixli 09557/0235278 saylı rəyinə əsasən, İddiaçı yaşadığı ünvanda quraşdırılmış suölçən cihaza müdaxilə edilməsi, sayğac üzərində yerləşən plombun iddiaçının təqsiri səbəbindən qırılması halları müəyyən edilmədiyindən, nasaz cihaz tərəfindən qeydə alınmış borcun iddiaçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Belə ki, yuxarıda qeyd edildiyi kimi İddiaçı mütəmadi olaraq sudan istifadə etmiş və müntəzəm olaraq ödənişlər etmişdir. Lakin abonent kartından da göründüyü kimi, 2023-cü ilin yanvar ayından əvvəlki illərə və aylara nisbətdə sərfiyyat olduqca yüksək hesablanmış, belə halın yaranması cihazın nasazlığı səbəbindən olmasını istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq əlаvə sərfiyyаt hesаblаnmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "xxxx" ASC tərəfindən hesablanmış 281,70 (iki yüz səksən bir manat yetmiş qəpik) manat borc İddiaçı **********000 saylı abonent hesabından silinməlidir. Bundan başqa, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "xxxx" ASC tərəfindən hesablanmış 281,70 (iki yüz səksən bir manat yetmiş qəpik) manat borc İddiaçı **********000 saylı abonent hesabından silinsin. İddiaçının azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh ASCdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2073/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2073/2023
01.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver