Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2076/2022 10.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə , Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtidadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 15 may 2014-cü il tarixli, Seriya RX № ******* saylı, **********37-06301 reyestr nömrəli hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın atası X7 məxsus olması faktını müəyyən edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X6 adına qeydiyyata alınmış Quba rayonu, Bərqov kəndi ərazisində yerləşən, ümumi sahəsi 64,5 kv.m. olan qeyri-yaşayış sahəsinə dair 15 may 2014-cü il tarixli, Seriya RX № ******* saylı, **********37-06301 reyestr nömrəli hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda atasının atasının adı yanlış olaraq “Adimoviç” əvəzinə “Adil oğlu” kimi qeyd olunmuşdur. Atası X9 19 noyabr 2021-ci ildə vəfat etmişdir. Atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Dövlət reyestrindən çıxanşda atasının ata adı yanlış yazıldığına görə, həmin çıxarışın atası X7 məxsus olması faktı müəyyən olunmalıdır. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün bu barədə Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin 29 iyun 2022-ci il tarixli arayışı ilə uyğunsuzluğun aradan qaldırılmasının idarənin səlahəyyətinə aid olmadığı bildirilmişdir. Beləliklə çıxarışdakı yanlışlığa başqa yolla düzəliş etdirmək mümkün deyildir. İş üzrə Ərizəçi məhkəməyə teleqram göndərərək, həmin teleqramda məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə prosesinin onun iştirakı olamadan keçirilməsini ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtidadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dödlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, reyestr nömrəsi **********37-06301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Bərqov kəndində yerləşən 64,5 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 211675 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan X13 Xidməti Mərkəzində Notariat Kontorunun Ərizəçi ünvanlamış 24 iyul 2022-ci il tarixli, 2193 saylı məktubundan görünür ki, Ərizəçi xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1mış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi hüquq sahibin adı miras qoyanın adı ilə uyğunsuz olduğundan ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********14 saylı məktubundan görünür ki, mərhum X3 adına verilmiş **********37-06301 reyestr nömrəli çıxarış Quba rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2/027/645 saylı məhkəmə qətnaməsi və JN-0636 saylı, xx.xx.2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında işlənilib hazırlanmış, qeyd olunan sənədlərdə X3 ata adı “Adil “ kimi qeyd olunmuş, uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, 15 may 2014-cü il tarixdə X7, Seriya RX seriyalı ******* №li, reyestr nömrəsi **********37-06301 olan Hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi həmin çıxarışda X6 ata adının Adil kimi səhv qeyd olunması, X6 xx.xx.2021-ci il tarixdə ölməsi, Ərizəçi X6 vərəsəsi sırasına daxil olması, sənədlərdə uyğunsuzluq olduğundan ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında məhkəmələrə tövsiyyə edilir: “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.” Məhkəmə hesab edir ki, ərizəçilər hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişlər. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib məhkəmə hesab edir ki, Seriya RX № ******* saylı, **********37-06301 reyestr nömrəli hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın X7 məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Seriya RX № ******* saylı, **********37-06301 reyestr nömrəli hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2076/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2076/2022
10.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver