Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2077/2020 20.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, Ərizəçi Adimoviçin maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Adimoviç maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona aid olan, sənədlərdə qeyd olunan “Ərizəçi Adimoviç oğlu”nun “Ərizəçi Adimoviç”lə eyni şəxs olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Ərizəçi Adimoviçin ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, ərizədə qeyd edilən tələbin Ərizəçi Adimoviç tərəfindən verilməsi qeyri-mümkün olduğundan, ərizə və ona əlavə edilmiş sənədlər müraciət etmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər; 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İlkin olaraq, ərizəyə nəzər saldıqda müəyyən edildi ki, ərizəçi məhkəmədən “ona aid olan, sənədlərdə qeyd olunan “Ərizəçi Adimoviç oğlu”nun “Ərizəçi Adimoviç”lə eyni şəxs olması” barədə qətnamə qəbul olunmasını xahiş etsə də, məhkəməyə müraciət edərkən maraqlı şəxs qismində Quba rayon Qeydiyyat şöbəsini və ya Quba Regional “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsini deyil, Quba Regional “ASAN Xidmət” mərkəzini qoymuşdur ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi Azərbaycan Respublikasının qanunvericiliyin tələblərinə əsasən, hüquqi əhəmiyyətli faktın, yəni ona aid olan, sənədlərdə qeyd olunan “Ərizəçi Adimoviç oğlu”nun “Ərizəçi Adimoviç”lə eyni şəxs olması faktının müəyyən edilməsi üçün Quba rayon Qeydiyyat şöbəsinə müraciət etmədən və həmin şöbədən müvafiq cavab almadan, tək şəxsiyyət vəsiqəsinin və başqa sənədlərin surətini məhkəməyə təqdim etməklə kifayətlənərək, məhkəmə qarşısında faktın müəyyən edilməsi tələbi ilə çıxış etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Belə olan halda, hüquqi əhəmiyyətli faktın məhkəmədə baxılması mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Adimoviç oğlunun maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, Ərizəçi Adimoviç oğluna qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263-264 və 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Adimoviç oğlunun maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. Ərizəçi Adimoviç oğluna izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2077/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2077/2020
20.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver