Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2094/2022 15.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 29 sentyabr 1959-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, X7 onun atasıdır. O, 29 sentyabr 1959-cu il təvəllüdlüdür. Onda sol beyin yarımkürəsində keçirilmiş iri ocaqlı işemik insult sağ tərəfli himeplegiyadır. X11 epikrizdən əziyyət çəkir. O, 2020-ci ilin dekabr ayında insult keçirib. Atası onun himayəsindədir. Özü sərbəst hərəkət edə bilmir, sağ tərəfi işləmir, hərəkətsizdi, üzərində nəzarət olmasa hərəkət etməyi mümkün deyil. Ev şəraitində daimi müalicədədir. Topçubaşov adına elmi cərrahiyyə mərkəzinin xx.xx.2021-ci il tarixli çıxarış epikrizində atasının aota qapaq çatmamazlığı-2-3cü dərəcə, səyrici aritmiya. Beyin qan dövranı pozğunluğu. Sol tərəfli hemiplegiya. Sağ diz oynağının kontrakturası mövcuddur.Quba rayon MərkəziXəstəxanasının xx.xx.2021-ci il tarixli göndəriş vərəqəsində X11un sol beyin yarımkürəsində keçirilmiş iri ocaqlı işemik insult sağ tərəfli himeplegiya olduğu qeyd olunmuşdur. Bəzi hallarda onun tərəfindən hüquq müəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşirlər. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Quba rayon Qəyyumluq, Himayəçilik və azyaşlıların vərəsəlik hüquqlarının mühafizəsi işləri orqanın nümayəndəsi Ramil İsmayılov məhkəməyə ərizə göndərərək, mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Ərizəsinə həmçinin, şəxsin ekspertizasının rəyində qeyd olunan hallara əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədiyini göstərmişdir . Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 07711064 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Quba rayon İHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 722 №li Arayışdan görünür ki, Ərizəçi Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Quba RİHB-nın Aşağı-Atuc kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 154 №li Arayışdan görünür ki, X2 rayonu, hal-hazırda Quba rayonu, Susayqışlaq kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalisnin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13 may 2022-ci il tarixli arayışından görünü ki, X5 xx.xx.2022-ci il tarixindən İ dərəcə əlilliyə görə 240 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. İş materiallarında olan Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X1 beyin qan dövranı pozğunluğu işemik insult diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Espertiza Mərkəzi” X12 xx.xx.2022-ci il tarixli, 2707 saylı rəyindən görünür ki, X4 hazırda keçirilmiş insult nəticəsində yaranmış ağır demensiya (ağıl zəifliyi) müəyyən edilir. X7 hazırda öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə şüurlu rəhbərlik etmək iqtidarında deyil. X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, həmin sübutlarla X3 Ərizəçi atası olması, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması və bu halın onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas verməsi müəyyən edilir. Ona görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 319-cu maddəsnə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda, onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Beləliklə, məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdəki sübutları araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1959-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2094/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2094/2022
15.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver